Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsan bədəni robot olsaydı
İnsan bədəni robot olsaydı
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 228
Səs ver:
Həyatımız boyu bədənimizlə görür, eşidir, nəfəs alır, yeriyir və qaçırıq. Bədənimiz sümükləri, əzələləri, damarları, daxili orqanları ilə birlikdə mükəmməl nizama malikdir. Bu nizamın təfərrüatını təhlil etdikdə isə daha heyranedici həqiqətlə qarşılaşırıq: insan bədəni yer üzündəki ən kompleks sistemlərdən təşkil olunmuş canlı "robot”dır. Bu robotun içində ən üstün texnologiyalardan da üstün texnologiyaya malik cihazlar, Allah`ın izni ilə hərəkət edən, öz sahəsində ixtisaslaşmış fərdlər, tam təchizatlı əsgərlər və başqa sistemlər mövcuddur. Bədənin içindəki sistemlərin bu nizamını və bütün üstün sistemləri yaradan göylərin, yerin və bunların arasındakıların hakimi olan uca Allah`dır.

Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya saldı. (İnfitar surəsi, 6-7)

Beyin-kompyuter
Sinir hüceyrələrinin hər biri məlumat ötürülməsi üçün xüsusi vahidlərdən təşkil olunub. Beyin təkmil kompyuterdəki mikroprosessorun məlumat ötürməsini təmin edən 4.5 milyon tranzistorun işini təkbaşına görə bilir. Bu rəqəm beyində elektrik mübadiləsi aparan 10 milyard sinir hüceyrəsi ilə müqayisə edildikdə çox kiçikdir. Üstəlik, beyin dad və qoxu impulslarını qavraya bilir, lakin bunu edən qurğu hələ mövcud deyil.

Əzələ və sümük-kondisioner
Əzələlərin hərəkəti soyuq havada bədənin isinməsinə kömək edir. Əzələlər bu yolla bədən temperaturunun 90%-ni təmin edirlər. Tərləmə isə həddindən artıq isinmə olduqda ideal sərinləmə mexanizmidir. Bir-birini tənzimləyən bu iki sistem hər şəraitdə bədən temperaturunu sabit saxlayır. Bu sistem hər hansı kondisionerdən daha sürətlə işləyir və daha yaxşı nəticə əldə olunur.

Hormonlar-poçt-rabitə
Bədəndə hər şey rabitəlidir. Bir çox məlumat böyük molekullardan ibarət hormonlardan təşkil olunub. Hormonların daşıdığı məlumat zərfinin üstündə ünvan yoxdur. Hormonlar qan dövranında pərakəndə halda gəzirlər. Ancaq məktub yenə də yerinə çatdırılır. Çünki sənədi alacaq orqanlar bu məktubları qəbul edən xüsusi reseptorlara malikdirlər.

Böyrəklər-təmizləmə sistemləri
Nefron adlanan bir milyona yaxın mini-filtr sayəsində insan böyrəyi gündə 140 litr qanı süzür. Dəqiqədə isə təqribən 1 desilitr (bir litrin onda biri) qədər qan 80 il boyu fasiləsiz süzülür. Sənaye tullantıları üçün istifadə edilən təmizləmə cihazları böyrəklərlə müqayisədə daha çox iş görürlər. Lakin ömürləri böyrəklərlə müqayisə edilməyəcək qədər qısadır. Üstəlik, filtrdən keçirdikləri maddələrin quruluşu qandan da sadədir. Böyrək hər cür təmizləmə cihazından daha kompleks və səmərəlidir.

Orqanizmimiz 200 milyarda yaxın limfosit tərəfindən qorunur. Əsgərlər kimi onların da kəşfiyyat sistemi, öldürücü döyüş silahları və xüsusi döyüş taktikaları var. Ancaq dünyadakı heç bir ordu immun sistemi qədər dəqiq, qüsursuz deyil.

Ürək-pompa sistemləri
Hələ ana bətnində ikən döyünməyə başlayan ürək dəqiqədə 70-200 ritmlə ömür boyu fasiləsiz işləyir. Hər döyüntü arasında ən çox yarım saniyə dincəlir. Bir gün ərzində təqribən 10.000 dəfə döyünür. 60 kq çəkidəki insanın ürəyi dincəldikdə təqribən 6.5 litr qan vurur. Ürək ömür boyu həcmi 300 m3 olan 500 hovuzu dolduracaq qədər qan vurur. Süni pompa sistemləri isə qulluq edilmədiyi təqdirdə, bu qədər uzun müddət səmərəli işləyə bilməz.

Qol-qaldırıcı kran
Qol qaldırıcı kran kimi işləyir. Özül kimi dirsəkdən istifadə edir və üzərindəki əzələləri yığıb-açaraq hərəkəti təmin edir. Kranlar da eyni sistemlə işləyir. Ancaq kran qaldırdığı çəkidən asılı olmayaraq, eyni gücü sərf edir. Qol əzələləri isə gərilmə miqdarını dəyişən çəkiyə görə tənzimləyə bilir.

Göz-fotoaparat
Gözün tor qişası işığa çox həssasdır. İşığı hiss edən müxtəlif tipli hüceyrələr görmə sahəsindəki ən yaxşı görüntünü tutacaq şəkildə düzülüblər. Bundan əlavə, göz avtomatik fokuslama edir və xarici mühitdəki işıq miqdarına görə həssaslığını tənzimləyir. Bu cür xüsusiyyətlərinə görə göz dünyadakı bütün kamera və fotoaparatlardan üstündür.

Qulaq-Hİ-Fİ səs sistemi
İnsanın daxili qulağındakı kirpiyəbənzər hüceyrələr mikrofondakı kimi havadakı titrəyişləri elektrik impulslarına çevirir. Qulaq ancaq 20-20000 Hs tezlikdəki səsləri hiss edir. Bu interval insan üçün seçilmiş ideal ölçüdür. Əgər insanın eşitmə intervalı daha geniş olsaydı,  onda yerdə gəzən qarışqanın ayaq səslərini və ya atmosferdəki yüksək tezlikli səs dalğalarını da eşidərdik. Daimi səs-küylü vəziyyət isə gün ərzində insanı çox narahat edərdi.

Hüceyrə-motor
Hüceyrə yanacağı çox qənaətlə sərf edən mühərrikdir. Yanacaq kimi ATF adlanan kiçik molekullardan istifadə edir. Bütün mühərriklərdən fərqli olaraq hüceyrə ATF molekullarından çox qənaətlə və ən səmərəli şəkildə istifadə edir. Bundan əlavə, hüceyrə bütün texnoloji cihazlardan fərqli olaraq bir çox mürəkkəb prosesi eyni anda həyata keçirir.

Həqiqət mütləqdir!


Şərhlər:
Baxılıb: 228
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz