Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Asılmış cəsədlər, kəsilmiş başlar... - Dünyanın ən qəribə muzeyləri - fotolar
Asılmış cəsədlər, kəsilmiş başlar... - Dünyanın ən qəribə muzeyləri - fotolar
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 856
Səs ver:
Muzeylər maraqlı abidələrin, tarixi eksponatların saxlanılması üçün nəzərdə tutulmuş müəssisələrdir. Bu məkanları gəzən hər kəs keçmişə ekskurs edir, yaxın və uzaq tarixlə tanış olur. Lakin dünyada elə muzeylər də var ki, bu müəssisələrdə qorxunc, əcaib, insanı heyrətə salan eksponatlar saxlanılır.

Ölüm muzeyi təhlükəli cinayətkarların alətlərinin, cinayət törədərkən istifadə etdikləri bıçaqların və silahların nümayiş etdirildiyi yerdir. Los-Ancelesdə yerləşir. Muzeydə edamlara, cinayətlərə və intiharlara aid videogörüntülərin nümayiş etdirildiyi xüsusi otaq var
 
Cəsəd muzeyi bir zamanlar İtaliyada açılıb. Dünyanın ən qorxunc muzeylərindən olan bu məkanda 8000 cəsəd nümayiş etdirilir. Onların əksəriyyəti üç yüz illik cəsədlərdir. Diri-diri basdırılmış insanların çoxlarının gömüldükləri zaman siamlarındakı ifadə qalmaqdadır. Cəsədlərin təmizlənməsi çox vaxt aparıb. Onların bir qismi divarlardan asılmış şəkildə sərgilənir.   

Qəribə muzeylərdən biri də Yaponiyadadır. Ona parazit muzeyi də demək olar. Burada insan cəsədləri, skeletlər yox, ayrı-ayrı vaxtlarda insanların orqanizmlərində aşkar edilmiş parazitlər, qurdlar nümayiş etdirilir.

Parisdə anormal doğulmuş körpələrin, siam əkizlərinin, ana bətnindən çıxarılmış döllərin, kəsilmiş bədən orqanlarının sərgiləndiyi muzey hələ 1835-ci ildə fəaliyyətə başlayıb. Onun yaradıcısı həmin illərin populyar həkimlərindən biri imiş.

Burada ruhi xəstələrin beyinləri də nümayiş etdirilir.   

Mumiya muzeyi Meksikadadır. Burada 111 mumiya saxlanılır. Mumiyaların arasında hətta uşaq mumiyaları da var. Bu baxımdan dünyanın ən kiçik mumiyası da bu muzeydədir.

Cəsədlərin bəziləri diri ikən torpağa basdırılmaqla öldürülmüş insanlardır. Bu səbəbdən, öldürüldükləri zaman üzlərindəki ifadə hələ də qalmaqdadır.

Vəbadan ölmüş hamilə qadının bətnindəki körpə də çıxarılaraq mumyalanıb.

Mutant muzeyi –tibbi anormallıqların sərgiləndiyi məkanıdır. 1858-ci ildən indiyədək fəaliyyət göstərən muzeydə ayrı-ayrı insanların bədən orqanları, cinayətkarların cəsədləri, siam əkzilərinin bədənləri, uzun boylu insanların skeletləri saxlanılır.

Orta əsr işkəncələri muzeyi İtaliyada yerləşir. Orta əsrlərdə insanlara necə işkəncə verilməsini əks etdirən hər şey burada saxlanılır.

1800-cü illərdə ABŞ-da psixi xəstələrin müalicə olunduğu xəstəxana indi muzey kimi fəaliyyət göstərir. Məlum olub ki, bu xəstəxananın həkimləri ruhi xəstələrə amansızcasına işgəncələr veriblər. İşgəncə alətləri, elektrik stulları Psixiatrik muzeydə saxlanılaraq nümayiş etdirilir.

Lombroso Kriminal Antropoloji Muzeyi də İtaliyadadır. Qeyd edək bir zamanlar Cesare Lombroso adlı həkim qatillərin, əsgərlərin və ruhi xəstələrin beyinləri üzərində araşdırmalar aparıb. Araşdırmaların nəticələri 1898-ci ildən bu günə kimi həmin muzeydə saxlanılır. Muzeydə 400-dən çox insanın kəllə sümüyü var.

Həkim Cesare Lombrosonun da kəlləsi buradadır.

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 856
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz