loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Svastika simvolu haqqında
Svastika simvolu haqqında
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 525
Səs ver:
Svastika - ən qədim, ən çox yayılmış qrafik simvollardan biridir. II Dünya Müharibəsinə qədər svastika simvolundan, demək olar ki, dünyanın hər yerində istifadə olunurdu.

1945-ci ildən faşist Almaniyasının məğlubiyyətindən sonra bir çox ölkələrdə svastikadan bir simvol kimi istifadə qadağan olunmuşdur. Keçmiş SSRİ-də müharibədən sonrakı illərdə uşaqlara və yeniyetmələrə belə başa salırdılar ki, guya svastika simvolu kiril əlifbasının 4 ədəd  "Г” hərfindən təşkil olunmuşdur. Bu da , 4 əsas qəddar faşizm ideoloqlarının soyadlarının baş hərfləridir. Yəni – Hitler(Гитлер), Hebbels (Геббельс), Himmler (Гиммлер), Нerinq (Геринг)…

Əvvəllər svastika simvolu geniş yayılmış simvollardan biri olmuşdur. Bu simvol mistik simvollardan biri olmuş və mistik məna daşımışdır. Bəzi mütəxəssislər bu simvolu 4 əsas ünsürün göstəricisi kimi izah etməyə çalışmışlar. Yəni – hava, su, od, torpaq..... Amerika və İngiltərə mütəxəssisləri isə bu qərara gəlmişlər ki, svastika simvolunun abbreviaturası latın əlifbasının "L” hərfi ilə başlayan 4 sözün birləşməsi kimi başa düşülməlidir. Yəni – "light” – işıq, günəş, "love” – sevgi, məhəbbət, "life” – həyat, "luck” – tale, uğur, xoşbəxtlik...

Svastika simvoluna arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyaların üzərində, qədim xalçaların üzərində daha çox rast olunur. XX əsrin 15-17-ci illərində Rusiyada "Müvəqqəti hökümət”in rəhbəri Kerenskinin dövründə dövriyyəyə buraxılan 250 manatlıq pul əskinazlarının üzərində də svastika simvolu həkk olunmuşdur. Hətta sonuncu rus imperatoru II Nikolayın avtomobilinin üstündə də svastika simvolu var idi.

Svastika qədim simvol olmaqla bərabər, sirri açılmamış bir simvoldur. Yəni- bu simvolun nə demək olduğu, nəyə işarə olduğu hələ də dəqiqliyi ilə açıqlanmamışdır. Bu simvolun hansı məna daşıması haqqında isə mütəxəssislər müxtəlif cür versiyalar irəli sürürlər...

Şərhlər:
Baxılıb: 525
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz