Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bizdən gedən zaman
Bizdən gedən zaman
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 421
Səs ver:
Gözəl xəyallarım vardı bir zamanlar. Olar hesab edərdim olmazları çox istədiyimizdə. Hər şey çox gözəl idi. Uşaqdım, yoxluq böyüklərin izah etdiyi can yandırıcı bir nağıl idi mənim üçün. Yavaş-yavaş böyüdüm. Böyüklər söz verdimi sözünün üstündə durar deyə fikirləşirdim. Çünki yalan danışmaq günah idi. Bunu belə öyrətmişdilər mənə və hətta yalan danışdığımda cəzalar alırdım bəzi zamanlar. Böyüdükcə anladım ki, böyüklər də yalan danışa, verdikləri sözləri tutmaya da bilirlərmiş. Bunun bir aldatmaca olduğunu öyrəndim əvvələr, sonra ustası oldum, bəzən, məcburi də olsa yalanların...

Gizlənqaçlar oynayardıq məhəllə aralarında. Gizli künclərdə saxlana bildiyimizi hiss edirdik. Nədənsə qorxduğumuzda anamızın yanına qaçırdıq. Çünki ən etibarlı sığınacaq idi anamız. Bizi hər şeydən qoruyardı. Zamanla bütün qorxularımızla özümüz üzləşməliydik. Necə də qəribə olsa da, ağlamaq doğuşdan gələn vərdişimiz idi, amma artıq gözyaşlarımızı da başqalarından saxlayırdıq.Həmişə al-əlvan idi hər yer. Bütün parlaq rəngləri sevirdim. Gedərək bozlara, qaralara büründüm. Məktəbdə formalarım, iş həyatında paltarımın rəngi idi artıq iç qaraldan tünd rənglər. Çünki adına ciddilik deyirdilər həyatımızın o dövrünə. Müdrik görünməliydik. Həyat şərtlərim vərdişlərimi təyin etdi. Necə deyərlər, sifət ifadələrim geyimlərimin rəngində...

Həmişə gülən gözlərim vardı. Dərd nə idi, fikir nə idi? Bunlar kimin vecinə idi ki?! Pis hər bir şey nağıllardakı olan pis qəhrəmanlar idi mənim üçün.

Zamanla ölümlərlə, sevgilərlə, tərk edilişlərlə və bezdirici "ACINACAQLI HƏYAT” la tanış oldum.Təbii ki, yavaş yavaş diqqətə çarpmağa başladı həyatın gerçəkləri mənim üçün.

"HƏYAT!" sözü ən böyük qayğım oldu.Zaman keçdi... Artıq gizlənqaç da oynamırdım, küçədə satılan "pambıq şəkərlər” də uşaqlar üçün idi. Hər gizli künc cinayət təşkil edirdi mənim üçün. Cəmiyyətin bir fərdi olmuşdum. Artıq öz imzam, öz hisslərim, mehriban və səmimi dostlarım, daima bir saniyənin belə dəyərli olduğunu bildiyim, bəzəndə unutduğum bir həyatım var idi… Budur məni "ACINAQLI HƏYAT” sözünü deməyə vadar edən...

Həmişə Novruz Bayramında əlimizdə neylon paketlər bayram payı toplamağa çıxardıq "keçmiş” məhlə uşaqları ilə. Keçmiş deyirəm, çünki artıq, o uşaqların heç birini demək olar ki, görmürəm. Ən çox yaxın qohumlarıma və valideynlərimə mehribançılıq göstərərdim, bayramlarda bayram cibxərcliyiləri verdikləri üçün.

Çox qəribə uşaqlıq xatirələrim, gənclik sevdalarım vardı VƏ SONDA… Yaşlanıb, yaşlılıq xatirələri izah edəcəyik bir gün nəvələrimizə. "Sənin yaşındaykən mən belə edərdim” başlıqlı cümlələr quracağıq. Və bizim də məzar daşlarımız olacaq, bir gün üzərində adlarımız yazılı... Bayramdan bayrama bəlkə bir Fatihə oxuyarlar deyə düşünəcəyimiz… Təbii ki, Allah bunu bizlərə qismət edərsə…

Hər gün yeni doğan günəşlə yeni həyata başlamaq ümidiylə yaşamaq, inanın, ən gözəl duyğudur mənim üçün. Ümid edirəm ki, zamanla gələn "ACINACAQLI HƏYAT” elə zamanla da gedəcək.

Yadıma düşən gözəl bir cümlə: "Dünya 3 gündür... dünən, bu gün, sabah. Dünən artıq keçib, sabahın gələcəyi isə məlum deyil. Elə isə, BU GÜNÜN QİYMƏTİNİ BİL!"

Müəllif: Aysel Abdullazadə


Şərhlər:
Baxılıb: 421
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz