Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heç bir böyük amala pis və alçaq üsullarla çatmaq olmaz
Heç bir böyük amala pis və alçaq üsullarla çatmaq olmaz
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 393
Səs ver:
Öyrət ona - Bütün insanların dürüst və ədalətli olmadığını, lakin bunu da öyrət ona: 'hər alçağa qarşı bir qəhrəman, hər eqoist siyasətçiyə qarşı özünü həsr etmiş bir lider vardır.' Hər düşmənə qarşı bir dost olduğunu da öyrət ona. Əgər öyrədə bilsən, qazanılan bir manatın, tapılan beş manatdan daha qiymətli olduğunu öyrət. İtirməyi öyrənməsini öyrət ona və qazanmaqdan sevinc eşitməyi öyrət. Qısqanclıqdan uzaqlara yönəlt onu. Əgər edə bilsən, səssiz qəhqəhələrin sirrini öyrət ona. Burax erkən öyrənsin, zorbaların görünüşcə qalib olduqlarını. Əgər edə bilsən ona kitabların möcüzələrini öyrət. Lakin ona səmadakı quşların, günəşin üzü önündəki arıların və yamyaşıl yamacdakı çiçəklərin əbədi sirrini düşünə biləcəyi zamanlar da öyrət. Məktəbdə səhv etmənin, hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət ona. Ona öz fikirlərinə inanmasını öyrət, hər kəs ona səhv olduğunu söylədiyində belə. Nəzakətli insanlara qarşı nəzakətli, sərt insanlara qarşı sərt olmasını öyrət ona. Bütün insanları dinləməsini öyrət ona, lakin bütün dinlədiklərini gerçəyin ələyindən keçirməsini və yalnız yaxşı olanları götürməsini də öyrət. Əgər edə bilsən kədərləndiyində belə necə gülümsəyə biləcəyini öyrət ona. Gözyaşlarında heç bir utanc olmadığını öyrət. Hər kəsin yalnız öz yaxşılığı üçün işlədiyinə inananlara dodaq bükməsini öyrət ona. Ona, qüvvətini və beynini ən yüksək qiymətə satmasını lakin heç bir zaman ürəyinə və ruhuna qiymət etiketi qoymamasını öyrət. Uluyan bir insan kütləsinə qulaqlarını tıxamasını öyrət ona və əgər özünün haqlı olduğuna inanırsa igidcəsinə döyüşməsini öyrət. Ona nəzakətli davran amma onu qucaqlama. Çünki, poladı ancaq od saflaşdırar. Burax səbirsiz olacaq qədər cəsarətinə sahib olsun, burax cəsur olacaq qədər səbri olsun. Ona hər vaxt özünə qarşı dərin bir inanc daşımasını öyrət. Beləcə insanlığa qarşı da dərin bir inanc daşıyacaq. Bu, böyük bir tələbdir...


Şərhlər:
Baxılıb: 393
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz