Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburi dözülən evliliklər (ARAŞDIRMA)
Məcburi dözülən evliliklər (ARAŞDIRMA)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1492
Səs ver:
http://imgs.su/tmp/2012-02-08/1328687944-435.jpg
Uğursuz ailə münasibətləri niyə məcburi şəkildə davam etdirilir?

Dövrümüzdə boşanma hallarının səbəbləri çox olduğu kimi, münasibətlərinin axarı heç də uğurlu olmayan ailələrin bu izdivacı davam etdirməsinin də bir çox səbələri var. Ailədəki uşaqlar, ictimai qınaq, qadının kişidən iqtisadi asılılığı, özünü bir çox cəhətdən zəif bilməsi və s. Eyni zamanda, bu, milli-mənəvi dəyərlərə görə təxirə salınan bir addımdır. Əslində övlada görə davam etidirlən bir ailənin o uşaq üçün sağlam gələcək vəd etdiyini də heç kim sığortalaya bilməz. Çünki davamlı şəkildə ailədəki söz-söhbətlərə, qovğalara və zorakılığa şahid olan bir uşaq psixoloji cəhətdən düzgün formalaşmır. Bu da artıq onun gələcəyini bilavasitə təhlükəyə atır. Həmçinin, sözdə dəyərlərin qorunması üçün təməli möhkəm olmayan bir ailəni ayaqda saxlamağa çalışmaq özü də bir çox problemlərə yol aça bilər. Elə buna görə də, boşanma, ailənin dağılması nə qədər riskli, arzuolunmaz bir hal olsa da, bəzən ən doğrusudur. Həm qadın və kişi üçün, həm də övlad üçün. Bu gün bu məsələyə ekspertlərlə birgə aydınlıq gətirməyə çalışacağıq.

"El-aləm bizə nə deyər?"-"Meyidin ər evindən çıxmalıdır!"

Mövzuya bir fakt əsasında nəzər salaq. Belə ki, Rauf ailəsinin məsləhəti ilə, qızı yaxından tanımadan ailə qurur. Ancaq ailə münasibətləri zəminində onların heç bir uyğunluğu olmadığı ortaya çıxır. Buna baxmayaraq, ailə davam edir və dünyaya iki övlad da gəlir. Lakin ailə münasibətlərində yaxşıya doğru dəyişən heç bir şey olmur. Əksinə qadın heç bir cəhətdən ərini təmin edə bilmir və onlar arasında demək olar ki, ər-arvad, ailə münasibətləri mövcud olmur. Bütün bunlarla yanaşı, boşanma addımını ata bilmir. Səbəb isə ailəsinin "El-aləm bizə nə deyər?", "İki balan var, döz" kimi ifadələr olur. Nə qədər dözülsə də, 8 ildən sonra ailə dağılmalı olur. Ancaq Raufun fikrincə, bu addım vaxtında atılmalı, heç bir şeyə görə bu qədər müddətdə həyatını puç etməməliydi.

Qadınların gözüylə baxanda isə Aynurun həyat hekayəsi insanı düşünməyə vadar edir. Ən azından qızlarını zorla doğru seçilməyən bir insana ərə verən ailələri. Aynur 17 yaşında zorla ərə verilir. Təbii ki, heç bir təhsil almasına imkan verilmir və bu da onu gələcəkdə ərindən asılı qalmağa məcbur edir. Onun ailə münasibətləri də heç də yaxşı olmur. Hətta əri tərəfindən həmişə zorakılığa məruz qalıb. Ancaq ailəsi də həmişə bu münasibətə biganə qalıb və dözməli olduğunu bildirib. "Meyidin ər evindən çıxmalıdır", "Bizi biabır eləmə" misalı kimi oxşar səbəblər. Beləliklə, Aynur və onun kimi hüququ tapdalanmış bir çox qızlar belə evliliklərə məcburən dayanmalı olurlar. Onların başqa yolu da olmur. Boşansa belə, onun təkbaşına ayaqda durmaq və övladına baxmaq üçün nə iqtisadi, nə də mə mənəvi gücü olmur. Özünü zəif hesab edir.

"Azərbaycanda kişilər qadınları iqtisadi asılılıqda saxlayırlar".

Psixoloq Murad İsayev bu barədə fikirlərini bildirdi: "Qeyd edim ki, artıq Azərbaycanda ictimai qınağa və ya uşaqların məhz analı-atalı bir ailədə böyüməsinə görə dağılmaması məsələsi aradan qalxmaqdadır. Ancaq bu, daha çox sosial statusu, ailə, baba, nənə kimi adları daşıyan insanlara aiddir. Yəni mən düşünmürəm ki, sərbəst, heç bir müdaxilə olunmayan, iqtisadi-sosial baxımdan da asılı olmayan bir ailə üçün məhz uşaqlara görə boşanma qərarı dəyişdirilsin. Çünki bizdə uşaqlara görə ailə dağılmamasının faizi həddən artıq aşağı düşüb. Sırf ictimai qınağın, sosial asılılığın aşağı düşməsi onu göstərir. Ancaq belə ola bilər ki, psixoloji baxımdan belə bir qərara gəlinsin. Belə ki, hər hansı bir insan özü ata-anasız olmuşsa, övladının da bu şəkildə böyüməməsi üçün belə bir fədakarlıq edir. Düşünür ki, mən yetim böyümüşəm, qoy övladım yetim olmasın, mən hər əzaba dözərəm. Bu, bir amildir. Digər amil isə, iqtisadi asılılıqdır. Belə ki, Azərbaycanda kişilər qadınları maddi tərəfdən özlərindən asılı saxlayırlar".

Kişisiz ailə "başsız"dırmı?

Qeyd edək ki, mühitimizdə belə bir düşüncə də var ki, kişisiz ailə "başsız" hesab olunur. Qadın çox vaxt bu fikirdən çəkinərək, ayni zamanda bir çox səbəbdən özünü zəif bildiyindən uğursuz ailə münasibətlərini davam etməyə, hər bir çətinliyə tab gətirməyə çalışır. Psixoloq bu məqama da aydınlıq gətirdi: "Bu, həmin qadının uşaqlıqdan beyninə bu modelin yerləşdirilməsindən irəli gəlir. Yəni ana həmişə atanı ailədə lider olaraq təqdim edir və atasız ailə olmayacağını övladın beyninə yeridir. Atasız daha çox problemlərlə, dəhşətlə üzləşməyi düşünmək həmin ailədə aktuallıq təşkil edir. Bununla da, həmin qız övlad da özü ailə quranda münasibətlərini bu model əsasında formalaşdırır. Ancaq təbii ki, boşanma addımını atandan sonra o görür ki, bu, sadəcə olaraq təlqin olunmuş bir fikirdir. Ailənin verdiyi tərbiyənin nəticəsi olan bir düşüncədir. Əsasən qayda-qanunlarla yaşamaq formasıdır".

"İslamda boşanma son variantdır".

İslam araşdırmaçısı Mail Yaqubun sözlərinə görə isə İslamda boşanma istisna olunmur: "Yəni ailədə heç cür uyğunluq yarana bilmirsə, dinimizdə boşanma son variant kimi qəbul olunur. Ancaq unutmayaq ki, bu, ən son variantdır. Yəni İslama görə, boşanan ailədə sonrakı tərbiyə məsələsində, ailənin idarə olunmasında müəyyən problemlər yaranır. İslamda ailə ən müqəddəs sosial institut kimi qəbul olunmuşdur. Bütün problemlərə baxmayaraq, ailənin qorunması lazım bilinir. Lakin yenə də bu hal istisna olunmur".
Dini ekspertin fikrinə əsasən, İslama görə, ər-arvad arasında ən əsas məsələ sevgi məsələsidir: "Əgər ailədə sevgi, güvən, etimad, sədaqət varsa, bütün digər problemləri həll etmək olar. Məsələn, ailənin zahirən təmiz olmaması problemi. Bu kimi məsələlərin həlli mümkündür. Əgər qadın ərinə sədaqətlidirsə, ərindən icazəsiz bir iş görmürsə, əslində problem yaranmır. Bütün bunlar müqəddəs dəyərlərdir. Burada zəiflik göstərmək olmaz. Bunu zaman yoluna qoya bilər".

"Bugünkü Azərbaycan cəmiyyətində dəyərlər qorunmur".

Mail Yaqub bildirir ki, nə qədər müasirləşsək də, yeni texnologiyalar yaransa da, ailə öz müqəddəsliyini saxlayır və saxlamalıdır: "Amerika ən inkişaf etmiş ölkələrdən biridir. Ancaq burda hər iki ailədən biri boşanır. Bu da sonradan cəmiyyətdə bir çox pozğunluq, tərbiyəsizlik hallarına, hətta cinayətlərə yol açır. İslama görə, ailə budur, naqis halların dəyərlərlə qarşısının alınmasıdır. Sadəcə olaraq, hər bir qanunun öz işlənmə mexanizmi var. İslamda boşanma var, eyni zamanda ailəyə verilən yüksək səviyyədə dəyər-qiymət var. Bəzi hədislərə görə, mömin insanın qıldığı namazla müqayisə etsək, sağlam ailə qurub onu qoruyub saxlamaqla insan daha çox savab qazanır. Buna dair bir çox göstəricilər var. Sadəcə ailənin bu dəyərləri bugünkü Azərbaycan cəmiyyətində qorunmur. Keçmişə sitayiş etməklə yaşamaq olmaz, ancaq o dini-əxlaqi dəyərləri də unutmaq olmaz. Sadəcə seçim qarşısında qalaraq, rasional səviyyədə bu məsələləri həll etməyə çalışırıq. Bu münasibətlərdə milli-mənəvi dəyərlərimizə, kökümüzə də etinasız, sayğısız qalmamalıyıq. Bunlar bizim xoşbəxt, sağlam gələcəyimizə yol açan mənəvi dəyərlərdir".

Onu da qeyd edək ki, ailələrin qurulması, eyni zamanda dağılması mələsində yaşlı nəslin, valideynlərin müdaxiləsi danılmazdır. Yaşlı və gənc nəsil arasında gedən mübarizə də yüz illərin problemidir. Nəsillər arasında gah gizli, gah aşkar gedən bir mübarizə var. Ekspertlərə görə, yaşlıların mübarizəsi az hallarda gənclərin müqaviməti ilə qarşılaşır. Əksər hallarda yaşlı nəsil məcbur və diktə edir, gənclərə sərbəstlik verilmir, təhsil, sənət, yaşamaq üçün yer, hətta ailə qurduğu insan da yaşlı nəsil tərəfindən seçilir. Arzuolunmaz evlilik sonra məcburi halda da davam etdirilir. Bu da bir çox ciddi problemlərə gətirib çıxarır.



Sevinc Fədai



Şərhlər:
Baxılıb: 1492
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz