Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çox maraqlı məlumatlar
Çox maraqlı məlumatlar
Göndərən: Catwoman666
Şərhlər: 17
Baxılıb: 934
Səs ver:
Termos necə istini isti, soyuğu soyuq tutur?
Tək səbəbi vardır, vakuum. Yəni boşluq. Bir termosda iç-içə keçmiş iki qab vardır. Xaricdəki metal bir qab olub içdəki ümumiyyətlə bir şüşədir. İkisinin arasındakı hava isə boşaldılmışdır. Tam olmasa da istehsalçılar tərəfindən əldə edilə bilən tama yaxın bir boşluq vardır. Vakuumlu bir mühitdə hava molekulları da olmadığından istilik keçirilməz. Cismin istiliyi başlanğıcda nə isə o halda da qalar. İçəridən çölə, çöldən içəriyə istilik keçişi olmaz. Beləcə termosa qoyulan maye istidirsə isti, soyuqdursa soyuq qalar.

Bir həftə nə üçün 7 gündür?
Babillilər 7 gündəlik həftəni zaman vahidi olaraq istifadə edirdilər. İlk çağlarda bilinən beş planet ilə günəş və ayın sayının 7 olması bu ədədi sirrli və uğurlu edirdi. Daha sonra dinlərdə göyün 7 qat olması və təbiətdəki ana rəng sayının 7 olması, musiqi notalarının 7 olması ədədin əhəmiyyətini daha çox ifadə etdi. Daha sonra Fransa təqvim quruluşunu dəyişdirərək həftə sayını 10 gün etdi amma qəbul görmədi. Rusiya 5 gündəlik həftə tətbiqinə keçdi, o da tutulmadı. Sonunda yenə həftə 7 gün olaraq qaldı.

Atəş böcəyi necə işıq saçır?
Əslində bu böcəyin verdiyi işığın odla da istiliklə də bir əlaqəsi yoxdur. Elmi adı «Soyuq İşıq»dır. Bu işıq hadisəsi, molekulyar səviyyədə kimyəvi bir əməliyyatdır. Bəzi molekulların ayrılaraq daha yüksək enerjili hala keçə bildikləri və bu çox enerjini işığa çevirə bildikləridir. Atəş böcəyinin qarın bölgəsindəki işıq orqanından işıq əldə etmədə rol alan iki ana kimyəvi maddə çıxarılmaqdadır. Lakin onlar da tam olaraq işıq verməyə çatmadığı üçün böcəyin işıq bölgəsinə yaxın tənəffüs orqanının işıq vermə anında buranı oksigenlə bəsləməsi lazımdır.

Çinlilərin gözləri nə üçün qıyıqdır?
Tək çinlilərin deyil, Orta və Cənub-şərqi Asiyada yaşayanların, yaponların hətta Eskimoların da gözləri çəkiktir. Əslində göz quruluşu bütün dünyada eynidir. Fərqi yaradan göz qapaqlarıdır. Çəkik gözlü hesab edilən irqlərdə gözün üzərindəki göz qapağının ikinci qıvrımı, gözün üstünə daha çox enmişdir. Bəzi nəzəriyyələrə görə bu qıvrım insanların gözlərini sıx qar yağışlarından, göz qamaşdıran işığından qorumaq üçün bir növ qar gözlüyü kimi inkişaf etmişdir. Çində və o biri bölgələrdə hər nə qədər sıx qar yağmırsa da onların atalarının buzlaq çağında şimalda yaşadıqları daha sonra cənuba endikləri sübut edilmişdir. Tək gözləri deyil, burunları da küləyə qarşı qorunmaq üçün kiçilmiş, burun dəlikləri soyuğa maneə törətmək üçün daralmışdır. Dəriləri də qoruma məqsədli olaraq yağlıdır. Göz qapaqları da yağlıdır. Gözü və iç təbəqələrini quru havaya və buza qarşı qoruyar. Yəni çəkik gözlü deyil, aşağı göz qapaqlı, demək daha doğrudur.


Şərhlər: 17
Baxılıb: 934
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
en cox birinci maraqli oldu menede hemise maraqli olub axi suse susedi niye termosdaki suse isti qalir
11 dekabr 2015 18:53
# 17
Dosta_inam
Çox maraqlı faktlardı həqiqətən.
10 dekabr 2015 13:07
# 16
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Happy
Termos və həftə haqda olan çox maraqlı idi )
30 noyabr 2015 00:20
# 15
arzum-aysum
termosun suyu nece isti saxladığını bilirdim, həftənin 7 gün olduğunu da. digərlərini öyrənmək maraqlı oldu
29 noyabr 2015 20:39
# 14
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
vipbetul
maraqli melumatdi
29 noyabr 2015 20:12
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
naz_vefa
Maraqli melumatlardi...tewekurler
29 noyabr 2015 19:15
# 12
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Canavar sevgisi
Maraqli idi. Twk
29 noyabr 2015 16:24
# 11
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Grsu
Nese inanmagim gelmir,Allah insanlari ayirmaq ucun muxtelif cur yaradib
29 noyabr 2015 15:09
# 10
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Angela7
Maraqlı idi, təşəkkürlər.
29 noyabr 2015 15:02
# 9
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
Lola_Maya_
Maraqlı məlumatlar oldu bilmədiklərimizi bildik,bildiklərimizi bir daha xatırlamış olduq.

Təşəkkürlər.
29 noyabr 2015 14:41
# 8
senay))
maraqli idi 2sin bilirdim twk
29 noyabr 2015 14:20
# 7
coooooooxxx xosbextem
kiraz mevsimci kiz
maraqli melumatlar idi tesekkurler
29 noyabr 2015 13:57
# 6
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
_TəHLuKə_
1ci və 4cü cavabları bilirdim...Maraqla oxudum..
29 noyabr 2015 13:34
# 5
Özün ol!Qəti özənmə özgələrinə!
evli.mutlu.cocuklu
adi kimi super melumatlardi en coxda termus
29 noyabr 2015 12:33
# 4
yarpaq33
Cinlilerin gozu haqda olan melumat maraqli idi cunki bu barede hecne bilmirdim sayenizde oyrenmiw oldum twk hosgeldin
29 noyabr 2015 12:26
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fialka
Maraqlı faktlardır elmi səbəbləridə geniş şəkildə izah olunub, bilmək maraqlı oldu bəzilərini bilsəmdə təşəkkür.
29 noyabr 2015 12:15
# 2
BARBI
Cox maraqli faktlardi. Sonuncu cox maraqliydi. Bu milletlerin gozlerinin qiyiq olmasi haqqinda oxumusdum.
29 noyabr 2015 12:09
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz