Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maraqlı hadisələr - Top 10
Maraqlı hadisələr - Top 10
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 678
Səs ver:
10-cu yer
Bu yerin sahibi Siettldəki küçələrdən birində avtofurqon-evdən benzin oğurlamağa cəhd edib. O, rezin şlanqın bir ucunu avtofurqondakı deşiyə salıb, o biri ucunu isə ağzına, sonra da oradakı havanı sormağa başlayıb. Polis gələndə oğru halsız, nəcasət içində uzanmışdı. Sonra məlum oldu ki, sən demə, kişi şlanqı benzin çəninə deyil, tualetin deşiyinə salıb. Avtofurqonun sahibi oğrunu onu xeyli əyləndirdiyinə görə məhkəməyə verməyib.

9-cu yer
Bu oğlan İpsilanti (Miçiqan) şəhərindən "Burger Kinq" fast-fud restoranına səhər saat 5-də əlində tapança hücum çəkib. Xəzinədarı onunla hədələyərək xəzinədəki bütün pulları tələb edir. Xəzinədar sakitcə deyib ki, onun bu tələbini yerinə yetirə bilməz, çünki müştəri nəsə sifariş verməsə, xəzinə açılmır. O zaman oğru deyib ki, qızarmış soğan sifariş edir. Yenə də sakitcə cavab eşidib ki, bu tələbi də yerinə yetirilə bilməz: çünki soğan qovurması yalnız səhər yeməyində verilir. Kefi pozulmuş oğru əli ətəyindən uzun restoranı tərk edir.

8-ci yer
Nyu-York mağazalarından birindən çıxan qadının çantasını oğru alıb qaçıb. Satıcı polisə zəng vurub, onu təsvir edib. Həmin şəxsi bir neçə dəqiqə sonra tutublar. Bundan sonra oğrunu mağazaya gətirib üzləşdirmə aparıblar. Orada oğru deyib: "Hə, bu qadını tanıdım, mən onun çantasını oğurlamışam".

7-ci yer
Arkanzasdan olan bir oğlan pivə içmək həvəsinə düşmüşdü. Şərab mağazasının vitrinin sındırıb pivəni götürüb qaçmaq qərarına gəlir. Böyük bir daş götürüb başı üstünə qaldırır və var gücü ilə vitrinə tolazlayır. Vitrin isə sən demə, şüşədən deyil, pleksiqlasdan imiş. Daş qayıdıb başabəla pivə həvəskarının öz başına dəyir və o, huşunu itirir. Bütün olanları isə müşahidə kamerası çəkir.

6-cı yer
Bu adam Luizianada Circle-K mağazasına girib, xəzinədara 20 dollar uzadıb və xırdalamasını istəyib. Xəzinə açılanda isə tapançanı xəzinədarın başına dirəyib oradakı bütün pulları tələb edib. Pulları alandan sonra özünün 20 dollarını orada qoyub qaçıb. Oğurladığı pul bilirsiniz nə qədər idi? Cəmi 15 dollar, özü də xırda pullarla…

5-ci yer
Amerikada bir oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilir. O, başından ciddi xəsarətlər almışdı. "Niyə belə oldu?" sualına oğlan cavab verir ki, hərəkət edən qatara başını nə qədər yaxınlaşdıra biləcəyini öyrənmək istəyirmiş.

4-cü yer
Zimbabvedə bir sürücüyə 20 psixi xəstəni müalicə mərkəzinə aparmağı həvalə edirlər. Yolda o susayır və pivəxanaların birinin yanında park edir. Geri qayıdanda görür ki, dəlilərin hamısı qaçıb. Özünü itirmir. Yaxınlıqdakı avtostansiyaya yaxınlaşaraq 20 nəfəri pulsuz apara biləcəyini deyir. Heç nədən xəbəri olmayan adamları dəlixanaya gətirir və oradakıları da əmin edir ki, bu dəlilərin fantaziyaları çox güclüdür. Onun yalanının üstü ancaq 3 gündən sonra açılır.

3-cü yer
Çikaqoda qar çovğunundan sonra bir kişi avtomobilini park etmək üçün yolu düz bir saat qardan təmizləyir. Sonra maşınını gətirib orada saxlamaq istəyəndə görür ki, onun təmizlədiyi yeri bir qadın tutub. Sorğu-sual eləmədən qadını güllələyir.

2-ci yer
İsveçrədəki mehmanxanalardan birində işləyən aşpaz ət çəkəndə barmağını itirir və kompensasiya almaq üçün sığorta şirkətinə müraciət edir. Şirkət bildirir ki, aşpaz texnika ilə düzgün davranmayıb və özü günahkardır. Bunu yoxlamaq üçün oraya ekspert göndlərilir ki, aşpazın hərəkətini yoxlasın. Nəticədə həmin ekspert barmaqsız qalır. Aşpaz isə kompensasiyasını alır.

Qalib!
Lonq-Biçdə (Kaliforniya) oğurluğa cəhd edən Ceyms Elliot adlı biri 38 çaplı revolverdən atəş açmağa çalışdı. Amma silah atəş açmadı. O zaman Elliot kimsənin ağlına belə gətirməyəcəyi bir şey etdi: revolverin lüləsini özünə çevirdi, gözünə tutdu və… tətiyi çəkdi. Bu dəfə silah açıldı


Şərhlər:
Baxılıb: 678
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz