Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məşhurların fiziki qüsurları - fotolar
Məşhurların fiziki qüsurları - fotolar
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 913
Səs ver:
Ekran önündə əyləşib seyr etdiyimiz məşhurlar ilk anda qüsursuz görünürlər. Əslində onların da bəzilərinin böyük, ya da kiçik qüsurları vardır.

Yaraşıqlı aktyor Andy Garcia çiynində ona yapışıq əkiz qardaşı ilə birlikdə dünyaya gəlib. Fiziki inkişafını tamamlamamış olan əkizi daha sonra əməliyyatla aktyorun çiynindən ayırıblar və beləcə aktyorun həyatda qalması həkimlər tərəfindən təmin edilib. Hələ də onun çiynində həmin əməliyyatın izləri var.


Tanınmış müğənni Seal lupus (Qırmızı qurd eşənəyi (lat. Lupus erythematosus) - autoimmun xəstəliklərdən biridir. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir) xəstəliyindən əziyyət çəkir. Müğənninin üzündəki izlər Diskoid Lupus Eritematozus (DLE) xəstəliyindən qaynaqlanır.


Məşhur aktyor Denzel Washington da ilk baxışda qüsursuz görünür. Amma əllərinə bir az daha diqqətlə baxdıqda gerçək ortaya çıxır. Aktyorun sağ əlinin çeçələ barmağı digərlərindən xeyli aralı əyilmiş formadadır. Bunun səbəbi isə Denzel Vaşinqtonun kiçik yaşlarında oynadığı bir basketbol matçı əsnasında keçirdiyi qəzadır. Aktyorun qırılan barmağı doğru şəkildə yerinə yerləşdirilmədiyi üçün bu cür görünüşdədir.


Tina Feyin üzünün sol tərəfində, dodağının altındakı iz asanıqla görünür. 5 yaşlı Fey evinin qarşısında oynayarkən yanına yaxınlaşan bir nəfər onun üzünü kəsib. Tina Fey bu hadisənin yaratdığı zədənin psixoloji təsirlərindən hələ tam olaraq xilas ola bilmədiyini söyləyir.


Ekranın gözəl üzlərindən Padma Lakshmi-nin qolundakı yara izi də olduqca diqqətə çarpandır. Bunun səbəbi isə Lakshmi ilə ailəsinin keçirdiyi yol qəzasıdır. Padma Laskhmi hələ 14 yaşında ikən Stevens Johnson sindromu səbəbiylə üç həftə xəstəxanada yatıb. Xəstəxanadan evə yazıldığı gün ailəsi avtomobillə onu götürməyə gedib. Ancaq xəstəxanadan geri döndükdə Lakshmi ailəsi yol qəzası keçirir. Qolundakı yara izi o qəzadan qalan acı bir anın xatirəsidir. Ancaq Padma Lakshmi "O yara izi mənim bir parçamdır, onu sevirəm” deyir.


Məşhur aktrisa Daryl Hannah-ın da sol əlinin işarə barmağının bir hissəsinin olmadığını bilirdinizmi? Bunun səbəbi aktrisanın kiçik yaşlarında nənəsinin bağçasında keçirdiyi qəzadır. Aktrisa bəzən filmlərdə protez barmaqdan istifadə edir.


Joaquin Phoenix isə "dovşan dodaq”lı dünyaya gəlib. Ancaq bu onun karyera pillələrini sürətlə qalxmağa heç bir zaman maneə törətməyib.

 
Mila Kunis və Kate Bosworth-un gözlərinə diqqətlə baxın. Böyük ehtimalla fərqi dərhal gördünüz. İkisinin də iki gözünün rəngi bir-birindən fərqlənir.
Əslində bu, həm Kunis-ə, həm də Boswortha ayrı bir gözəllik verir. Bu, "heterochromia iridum” adı verilən xromosomda baş verən dəyişkənlikdir.


Belə məşhurlar arasında Jayne Seymour, Demi Moore, Elizabeth Berkley və Henry Cavill də var.


Aktyor Vince Vaugh-un da işarə barmağının bir hissəsi yoxdur. Bunun səbəbi keçirdiyi yol qəzasıdır.


Megan Fox-un üzü və bədəni sözün əsl mənasında nəfəs kəsəcək qədər gözəldir. Amma əllərinə baxanda belə demək olmaz. Çünki Fox-un əlinin barmaqları yastıdır.


İlk baxışda qüsursuz görünən model Karolina Kurkovanın göbək dəliyi yoxdur. O, bunun səbəbini də belə açıqlayır: "2 ay yarım erkən doğulmuşam. Ona görə göbək dəliyi tam olaraq inkişaf etməyib. Fotosessiyalarımda Adriana Limanın göbək dəliyini fotoşopla mənə yerləşdirirlər”.

 
"James Bond” qızlarından Gemma Arterton dünyaya gələndə əllərində 12 barmaq olub. Yəni Arterton altıbarmaqlı doğulub. Ancaq hələ körpə ikən əməliyyatla çoxbarmaqlılıqdan xilas olub.

 
Müğənni Kesha müsahibələrinin birində "doğulanda kiçik quyruğum olub. Əməliyyatla onu götürüblər” deyib.

 
Jenifer Farner isə Brachymetatarsia (ayaq sümüklərinin (barmaqlarının) birinin normadan qısa olması) ilə doğulub.



Şərhlər:
Baxılıb: 913
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz