Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Keçmiş...
Keçmiş...
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 424
Səs ver:
Maraqsız qocalanlar ölkəsidir bura...ən son məndən ötdü sənə dəydilərdə qalmışdı deyəsən milli şürumuz ...ama hamı məndən ötdü misrasına qədər oxuyub sevindi sənə dəyənlər isə sevinən qalabalığın səs küyünün tapdağında torpağa gömüldü...ən son qram qram azadlığı istəmiyənlər indi azadlığını qram qram qızıla satır...başı yaxşı baş olanların başı qarpıza yox tənqidə işliyir diləqüvvət ancaq....nə də sən deyən deyil CAVİD bu dünya..qadın güldü ama ıssız mühit gülmədi... mühit gülən qadını sevmədı daha doğrusu..bığaltı fahişə damğası vurdular gülən qadına...MİRZƏ CƏLİL biz küçədə rus dilində evdə türk dilində işdə ingilis dilində öləndə ərəb dilində danışırıq artıq...inkişaf göz qabağındadır....həsənağanın qohumları çıxıb oturub boynumuzda MİRZƏ SƏFƏRLƏR gedəndən bəri...SABİRi diriltsələr deyərdim ki oxutmuram əl çəkin deyən atalarmız yoxdur artıq...oxumuram əl çəkin deyən övladlar alıb onların yerini çoxdan bəri...zülmə qarşı əzilsəmdə susmaram deyənlər Zülmə qarşı susub əzilib biləsən ƏHMƏD CAVAD...Yenə o bağ yoxdu MÜŞFİQ bulvar var..arzular tellərdən incə yox ...bellər arzulardan incədi...və bu çoxlarının ürəyincədi...Bütün dinlər cəfəngiyat deyil AXUNDZADƏ bütün cəfəngiyatlar bir din olub artıq...hacı qaralardan yox qara saqqalı hacılardan bezib millət..torpaqdan pay olmaz dedi BEXTİYAR... heç verdiyimiz paylarda bir salama dəymədi onların gözündə...beşmərtəbəli evin altıncı mərtəbəsi olmur ANAR plana salıb vergi verməsən...ŞƏHRİYAR indi heydər babaya salam vermək vaxtı deyil...xatirəsi önündə ehtiramla əyilib önünə gül dəstələri və əklil qoymaq vaxtıdır...Bir KƏSƏMƏNLİ şeri deyil həyat...biri varsa o biri yox ola bilmir...biri varsa o biri də kreditlə alınır mütləq...RƏSULZADƏ unudulub , onun xalqımızçün etdiklərini başqaları sinəsinə döyərək qıçqırır...və davam etmir artıq 37...bu yaxşıdı yoxsa pis??? 37 də gedən dühalar hələ də geri gəlməyib axı..azad bazar çoxdan formalaşıb itə atmalıları özümüzə atıb özümüzü yadlara satırıq mavi planetdə...qloballaşırıq get gedə...nə deyim ədüvvi canımızdı bəşəriyət...mətanətimizsə çoxdan süqut edib...bir qalanın sirri çoxdan internətə düşüb...məndə oxudum və yazdım... sadəcə UNUDULMASIN DEYƏ ...

Müəllif: SƏFƏR HÜSEYNLİ


Şərhlər:
Baxılıb: 424
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz