Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səni səndən başqa kim anlayar?
Səni səndən başqa kim anlayar?
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 563
Səs ver:
Dəfələrlə hiss etdiyim bir şeyin bu günlərdə mənim düşündüyüm kimi olduğunu dəqiqliklə anladım. Hamımızın ailəsi var və ailəmizi sevirik. Lakin mövcud bir durum hakimdir, heç kimsə səni özün qədər anlamağa müvəffəq deyil. Sən öz vicdanınla üzləşirsən, səhvini və düzünü dilə gətirməsən belə daxilində necə olmasından əminsən. Ən yaxın bildiklərimiz, hətta ailəmiz belə bəzən bizi anlamır, daxilimizdəkiləri sezə bilmir, qopan fırtınanın səsini eşitmir. Onların işi sadəcə səni yargılamaqdır, səhvlərini təkrar-təkrar sənə söyləməkdir, yerli-yersiz zamanında etdiklərini "başına vurmaqdır"..

Bəs səni kim anlayacaq? Kim sənə mənəvi dayaq olacaq? Səni səhvlərinlə, xətalarınla kim sahiblənəcək ?

Yaşanan olaylar həyatın bir hissəsidir, buna görə səni bu qədər sıxmağa kimin haqqı var? Nədən yıxılanın əlindən tutub qaldırmağı onu acılamaqla, səhvini başına çırpmaqla edir yaxınlarımız? Bəyəm düşünmürlər ki, bu sözlərlə onu daha da ruhdan salıb, yaşamaq eşqini boğub öldürürlər? Yaşam yanlış və doğrulardan ibarətdir, hər iki qavram da insanoğlu üçündür..

Allah insanları bağışlayıb doğru yola yönəldirsə, bəndələr özünü onu Yaradandan üstün bilir? İnsanlarda önyargı niyə belə güclüdür? Bəyən çətinliyə düşməyi insan özü bilə-bilə seçir? Bu suallara cavab tapa bilmirəm cəmiyyətimizin psixologiyasinda. Yıxılana bir balta da sən vur deyə bağırmaq gəlir içimdən ..

Nə ailə, nə yaxınlarımız bizi olduğumuz kimi qəbul edir. Sevmək, yanında olmaq məhz səhvi ilə sənə sahib çıxandır, yargılamağa hər kəs hazırdır, bəs yanında olmağa, sənə əl uzadıb ayağa qaldırmağa, səni yenidən həyata qaytarmağa, sənin xoşbəxtliyinə çalışmağa? Olan mövcuddursa onu "sənin yaxşılığını istəyirəm" başlığı altında mənən səni əzməsi mənim nəzərimdə yaxşılıq deyil, olanı qaytarmaq mümkünsüzdür, bunu bilə-bilə eyni şeyləri təkrarlamaq sənin mənəviyyatını ayaq altına atmaqdır ..

Önünə baxmaq, sadəcə yaşananlardan dərs almaqla həyatını daha sağlam şəkildə davam etmək gərəkir. Çünki sən ayaqlarının üzərində ayaqda durmaq üçün buna məcbursan ..

Artıq anlamalısanki səni səndən başqa kimsə xilas etməyəcək ..

Müəllif: Aysel Abdullazadə


Şərhlər:
Baxılıb: 563
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz