Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
30 yaşına çatmadan oxunmalı olan 15 kitab
30 yaşına çatmadan oxunmalı olan 15 kitab
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 1267
Səs ver:
1. Corc Orruel – "1984” – Kitab, dövlət və vətəndaşlar arasında olan münasibətləri tənzimləyir. Orwellin sadə dildə yazdığı bu kitab 1980-ci illərdə ən çox satılan və ən çox oxunulan kitab olmuşdur.

2. Nikolo Makiavelli – "Hökmdar” – Makiavellinin bu əsəri bir dövlətin bir hökmdar tərəfindən necə idarə olunmasından bəhs edir.

3. Fyodor Mixayloviç Dostoyevski – "Cinayət və cəza” – Məşhur yazıçınn yazdığı ən uzun romanlardan biridir. (ikinci ən uzun romanı). Əsərdə tələbə Raskalnikovun yaşadıqlarından bəhs olunur. Dostoyevskinin bu əsəri, nəinki, ədəbiyyat, habelə fəlsəfə, psixologiya, mədəniyyət kimi böyük sahələrə də çox böyük təsir etmişdir.

4. Lev Tolstoy – "Hərb və sülh” – Tolstoyun ən məşhur əsərlərindən hesab olunan bu əsər, Napoleonun dövründə Fransa və Rusiya arasında baş verən müharibə zamanı sarayda olanlardan bəhs edir.

5. Aristotel – "Siyasət” – "Siyasət” sözünün bir termin kimi ilk dəfə işlədildiyi bu əsər, qədim dövrün ən parlaq əsərlərindən hesab olunur. Aristotel bu əsərində dövlətin formalarını (xüsusilə politiya) və onu necə idarə etməyin yollarını göstərir.

6. Harper Lee – "Bülbülü öldürmək” – Kitab, qara dərili bir insanın təcavüz günahından təqsirli bilinməsindən bəhs edir. Bundan başqa kitabda kiçik bir vilayətdə inanc və vicdanla bağlı hökümlərin necə verildiyindən bəhs olunur. Sözü gedən kitab, 1960-cı illərin ən çox satılan kitabı olmuşdur.

7. Ernest Heminquey – "Zənglər kimin üçün çalır” (Əcəl zəngi) – Kitabda, amerikalı professorun İspaniyada baş verən vətəndaş müharibəsinə baxışı, həmçinin orada baş tutan hadisələrin təhlilindən bəhs olunur.

8. Qabriel Qarsia Markes – "Yüz ilin tənhalığı” – Nobel mükafatı alan Marquez, uşaqlığında başına gələn hadisələrdən bəhs edir.

9. Hermann Hesse – "Siddhartha” – Kitab, həyatda qazanılan təcrübələrin insanların gələcək həyatlarına təsirindən bəhs edir.

10. Kenneth Graham – "Söyüd ağaclarındakı rüzgar” – Əsər həyatda kiçik şeylərlə qurulan böyük xoşbəxtlikdən bəhs edir.

11. Mixail Bulgakov – "Master və Marqarita” – XX əsrin ən önəmli romanlarından biri olaraq tanınnır. Bulqakov «Master və Marqarita»nı yaşadığı dövr və insanlar haqqında tarixi və psixoloji həqiqət kimi qələmə alıb, məhz ona görə də roman dövrün bir növ unikal bədii sənədinə çevrilib.

12. William Golding – "Milçəklərin tanrısı” – Nobel mükafatlı bu əsər, insanların mənşəyində olan vəhşilikdən söhbət açır. Əsər gəc’lərin bir adaya düşməsi ilə başlayır.

13. John Steinbeck – "Qəzəb üzümü” – Pulitzer mükafatı qazanan bu əsər, ABŞ-da yaşanan böyük çaxnaşmadan söz açır. Kitabdakı uğurun nəticəsində John Ford eyni adlı film çəkdi.

14. David Allen – "İş bitirici” – Məsləhətçi köməkçisi olan Allen, strressiz bir həyat, iş həyatının şəxsi həyata təsiri və s. bu kimi mövzularda oxuculara məsləhət verir.

15. Dale Carneige – "Necə dost qazanmalı və insanlara təsir etməli” – 1937-ci ildə çap olunan bu kitab, insanların digər insanlara özlərini necə sevdirə bilməsindən bəhs edir. Bu kitabda siz öz imkanlarınızdan maksimum səmərəli istifadənin yol­larını mənimsəyəcəksiz.


Şərhlər:
Baxılıb: 1267
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz