Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsan ən çox kimi sevməli?
İnsan ən çox kimi sevməli?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1147
Səs ver:

http://imgs.su/tmp/2012-02-06/1328494749-435.jpg

Bu sualın müxtəlif cavabları ola bilər. Bir kəs "İnsan ən çox özünü sevməlidir" deyər, bir başqası ana-atanı, başqa birisi vətəni, torpağı sevməyi daha üstün hesab edər. Bəs mənəviyyatımız bu suala necə cavab verir?

Mənəviyyatımıza görə ən gözəl, ən böyük və ən mükəmməl sevgi Allahı sevməkdir. İndi ki, bizə hər şeyi sevmək şüurunu verən Allahdır, o zaman ən çox sevilən də, ən böyük sevgiyə layiq olan da, əlbəttə ki, Allahdır. Deməli, sevgidə ən başda gələn Allah sevgisidir. Ondan sonra, Allahın sevdiklərini sevmək gəlir - valideyn sevgisi, vətən sevgisi, dövlət sevgisi, bayraq sevgisi, müəllim sevgisi, qohum-qonşu sevgisi, bir sözlə - insan sevgisi. Çünki insan Allahı sevərsə, onun sevdiklərini də sevər, onun sevmədiklərini isə sevməz.

Allah sevgisi Onu bilməkdən başlayır. Bir anlığa təsəvvür edək ki, biz bir vəhşi heyvanla, yaxud coşub-daşan sellə, aləmi bir-birinə vuran tufanla, ya da əlacsız bir xəstəlik, bir dərdlə üz-üzəyik. Bu zaman biz üzümüzü nə insana, nə də başqa canlıya tutub onlardan kömək istəmirik. Nə üçün? Çünki onların bu bəlaların qarşısını almağa gücləri çatmayacaqlarından yaxşı xəbərdarıq. Bunun qarşısını alan, bunlara gücü yetən tək bir güc, güvvə, bunların hamısından üstün olan da onları yaradan Allahdır. Buna görə də biz ona üz tuturuq.

Allaha inanmaq duyğusu insanın yaradılışında vardır. Buna görə də, tarixin hər dövründə insanlar Allaha inanmışlar. Allahın sonsuz qüdrət, sonsuz səfqət və məhəbbət sahibi, yeganə yaradıcı olduğuna inanmış və onu sevmişlər. Onlar Allahı sevmiş, Allahdan qorxmuşlar.

Necə yəni həm sevmiş, həm də qorxmuşlar? Sevməklə qorxmaq bir-birinə zidd deyilmi?

Belə bir müqayisə edək: biz ata-anamızı sevir, onları incitməməyə, onları qəzəbləndirməməyə çalışır, bizdən razı qalmalarını istəyirik. Buna görə də onların qəlbinə dəyməkdən, onları incitməkdən, qəzəbləndirməkdən qorxuruq. Bu sevgidən doğan qorxudur. Elə isə, bizə ata-anamızı da, onları sevmək hissini də verən Uca Allahı da sevməli, onun xoşuna gəlməyən, Onun bəyənmədiyi işləri görməkdən çəkinməliyik. Çünki Onun rəhməti, mərhəməti, şəfqəti həmişə qəzəbindən öndə durur.

Hər şeyi bilən və hər şeyə gücü çatan, rəhməti hədsiz-hüdudsuz olan bir Allaha inanan, onu layiq olduğu qədər sevməyi bacaran insan güclüdür, xoşbəxtdir.

İnsan sevgisi. Müqəddəs Kitabımıza - Qur'ani-Kərimə görə insan, yaradılanların ən üstünü, yaradılışların ən şərəflisi, Allahın yer üzündəki xəlifəsidir. Bu baxımdan, o, sevgi və hörmətə ən layiq olanıdır.

Varlıqlar içərisində ən mükəmməli insan olduğundan sevgi və sayqıya da ən çox layiq olan insandır. İnsanların hamısını yaradan Allahdır. Onlar bir ata-ananın - həz. Adəm (ə.s) və Həvva anamızın (R.anha) övladlarıdırlar. Buna baxmayaraq, insanlar həm də müxtəlif, fərqli yaradılmışlar. Bə'zilərinin rəngi, bə'zilərinin boyu, bə'zilərinin başqa bir cəhəti fərqlidir. Bütün bunları Allah bilərək yaratmış və hikmətini də belə bəyan etmişdir: "Ey insanlar! ...Sizi millətlər və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız,"

İnsanların belə fərqli yaradılmaları bizim mehriban, anlayışlı olmamızı tələb edir. Bu anlayış və bu davranış sayəsində bir-birimizə sevgi, məhəbbət hissi bəsləyir, insanlara xidmət etməyi özümüzün əsas vəzifəmiz olaraq qəbul edirik. İnsanlığın Fəxri Peyğəmbərimizin ömrü boyu gördüyü və bizdən də tələb etdiyi iş bundan ibarətdir. Kainatın fəxri, Ilahi əxlaqın örnəyi olan Peyğəmbərimiz: "İnsanların ən xeyirlisi insanlara ən çox faydalı olandır"- buyurmuşdur.

Başqa bir hədisdə də: "İnsanlar yaxşılıq edərsə, biz də yaxşılıq edərik, onlar pislik edərsə, biz də pislik edərik" deyən şəxsiyyətsiz kimsələrdən olmayın, əksinə, insanlar sizə yaxşılıq etmişsə, siz də yaxşılıq etmək, pislik etmişlərsə, qarşılığında pislik etməməklə siz yaxşı, nümunəvi xasiyyətli olun", buyurmaqla pislik etməyi hər kəsin bacardığını, yaxşılığı isə yalnız Allahı və Onun yaratdıqlarını sevənlərin edə biləcəyini nəzərimizə çarpdırmışdır.

Buradan da hamımıza yaxşı məlum olan „"Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir" atalar sözü meydana çıxmışdır.

Onun üçün də Allahı tanıyan, insanı Onun yaratdığını anlayan kəs, qarşısındakının hansı irqdən, hansı millətdən olmasına, dərisinin rənginə görə deyil, Allahın yaradılışı olduğuna görə ona hörmət və sayqı ilə yanaşacaq, hər kəsi sevəcək, bütün insanlığa qucaq açacaqdır. Böyük Yunus Əmrə demişkən: "Yaradılanları sevirik Yaradandan ötrü." Çünki hamını,hər şeyi Allah yaratmışdır. Allah da sevdiyini yaratmışdır, Allahın sevdiyini sevməmək isə Allaha qarşı hörmətsizlik deməkdir.



Şərhlər:
Baxılıb: 1147
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz