Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ümidinizi itirin, o halda ki...
Ümidinizi itirin, o halda ki...
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 407
Səs ver:
"Şan-şöhrətini itirsən də , ümidini itirmə. Günəş hər gün batır, amma ertəsi gün yenidən doğur” demişdi qədim Yunan filosofu Platon.

Düzünü demək lazımdırsa, mən ümidin varlığına inanmayan insanlardan olmuşam. Mənə görə "ümid” deyilən nəsnə sadəcə insanoğlunun özünü aldatması olub hər zaman. Bir işi alınmayanda, daha yaxşısı olacağına özünü inandırmaq üçün insana nəsə bir hiss lazım idi. Bu hissin adını da "ümid” qoymuşdu.

Zirvəyə çatmaq üçün çalışmaqla yanaşı ona motivasiya lazım idi, işıq lazım idi tunelin sonunda qatarın gəldiyini görə bilmək üçün. Qaranlıqda qaldığı zaman aydınlığa çıxmaq, hər yıxılanda ayağa qalxmaq üçün ona uzadılan əl və yenidən başlamaq üçün stimul. Bütün bunlar isə yalnız bir hissdə və 4 hərfdə cəmlənmişdi-ÜMİD.Həm də necə böyük bir ümid.

Məşhur bir deyim var: "Düşməninə qalib gəlmək istəyirsənsə, onu özündən də yaxşı tanımalısan”. Mən də ümidə inanmayan bir insan kimi ona inanan insanları tanımağa başladım. Xəyallarını, arzularını və ən əsası ümidlərini tanıdım. O ümid ki, onları yıxılmağa qoymadı. Yıxılsa belə yenidən qalib gələcəyinə məhz ümid etdiyi üçün qalxdılar. O ümid ki, hər şey pis olsa belə "Ümid sonda ölür” dedilər və yenə o hissə inandılar. Bilirsiniz, bu qədər ümidi olan insanın varlığı, onların inamını görmək yeni bir həyata bəlkə də ilk addım oldu mənim üçün. Günəşin yenidən doğacağına inanmaq kimi. Gözləmək kimi. Fərqi yoxdur nəticəsi necə olacaq. Sən sadəcə ümid edərək gözləyirsən. Amma içindəki o ümid səndən daha inamlıdır deyə gözləyirsən. Dediklərim məni hardasa ümidin varlığına inandıra bilmişdi. Və bu saydıqlarım inanmaq istəmədiyim ümidin, əslində, heçnə etmədən  sadəcə "ümid etmək” olduğunu göstərdi. Sadəcə bir hissi əsas tutmaq, ümidin özünə " ümid etmək” və də heçnə etməmək. Bax məni o hissdən uzaqlaşdıran da məhz bu səbəb idi.

Ətrafımdakılara çatdırmaq istədiyim də zənnimcə bunlar olmuşdu: "Əgər o ümid sizi istəklərinizin ardınca apara bilməkdə aciz hiss kimi qalacaqsa, itirin o ümidi. Əgər o ümid sizə sadəcə daxilinizdəki boşluğu doldurmaq üçün lazımdırsa, itirin o ümidi. Əgər o ümid sizi xəyal qırıqlığı ilə qarşılaşdıracaqsa, itirin o ümidi. İtəcəksə, qoy o ümid itsin. Ancaq sizə mübarizədə vasitəçi olacaqsa, nəticəsi olan bir işdə sizinlə olacaqsa qoruyun o ümidi. Gizlədin daxilinizdə, kimsəyə bildirməyin. İcazə verin insanlar sizi ümidsiz hesab etsinlər. Siz bundan heç nə itirməyəcəksiniz, əvəzində kimlərinsə həyatında doğacaq Günəş olacaqsınız. O, hər məğlub olanda sizdən və daxilinizdəki ümidinizdən stimul alacaqdır. Başqası üçün bir Günəş olmağın xoşbəxtliyini isə yaşayanda biləcəksiniz. Platonun sözünü xatırlayaraq təbii ki.

Və kiçik bir tövsiyə: "Əgər itəcəksə, icazə verin məhz o ümidiniz itsin. Sizi sadəcə hisslərin ağuşuna atan və heçnə etməyə qoymayan ümidi…”

Müəllif: Aidə Səlim


Şərhlər:
Baxılıb: 407
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz