Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pompey - Daşa dönmüş insanlar
Pompey - Daşa dönmüş insanlar
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 586
Səs ver:
Qədim Pompey Neapol şəhərinin yaxınlığında yerləşir. Vezuvi Vulkanı, İtaliyanın, xüsusən də Neapol şəhərinin simvoludur. Təxminən, 2000 ildən bəri susqun olan Vezuvi "İbrət Dağı" şəklində adlandırılır. Məşhur Sodom və Homorra şəhərlərinin başına gələn fəlakətlə, Pompey faciəsi bir-birinə çox bənzəyir. Vezuvinin qərb yamacında Neapol, şərq yamacında isə Pompey şəhəri yer alır. Təxminən 2000 il əvvəl yaşanan bir lava və kül fəlakəti, bu şəhərin insanlarını ani bir anda yaxaladı. Fəlakət o qədər ani oldu ki, hər şey 2000 il əvvəl olduğu kimi qaldı. Sanki zaman dondurulmuşdu.

Eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olmuşdur. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqları aşkar edilmiş və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənmişdir. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilmişdir. Ölkənin cənub hissəsində yerləşən qədim Pompey şəhəri İtaliyanın ən çox turist qəbul edən üçüncü, dünyanın isə 48-ci şəhəridir. Buraya ildə 2,5 milyondan çox insan baş çəkir.
Pompey, Romada əxlaqi pozulmaların simvolu idi. Pompey xalqı
eyni Lut qövmü kimi cinsi azğınlıqlara yönəlmiş, Allahın əmr etdiyi əxlaqa və həyata zidd bir həyat tərzini seçmişdi. Ancaq onların sonu da Lut qövmü kimi oldu. Çünki Allahın əmrlərinə qarşı çıxan hər bir tayfa, bunun qarşılığını mütləq dünyada, ya da axirətdə alacaq. Bu Allahın bir qanunudur.

Allah Quranda buyur:
  -(Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan! (Fatir Surəsi 43-cü ayə)

Pompeyin belə bir fəlakətlə yer üzündən silinməsinə əlbəttə, dərs çıxaracaq hikmətlər var. Tarixi qeydlər, şəhərin yox olmazdan öncə tam bir azğınlıq mərkəzi olduğunu göstərir. Şəhərin ən qabarıq xüsusiyyəti fahişəliyin çox məşhur olması idi. Ancaq Vezuvinin püskürməsi bir anda bütün şəhəri xəritədən sildi. Hadisənin ən maraqlı tərəfi isə şəhərin gündəlik həyatı içində, Vezuvinin qorxunc partlamasına baxmayaraq, kimsənin qaça bilməməsi və olduğu yerdə donub fəlakətin fərqinə olması idi. Yemək yeyən bir ailə, o andakı kimi eynilə daşlaşmışdı. Pozğunluq əsnasında daşlaşmış bir çox cüt tapılmışdı. Daha da önəmlisi, bu cütlər arasında, eyni cinsdən olanlar, kiçik oğlan və qız uşaqlar da vardı. Pompey qalıqlarından çıxarılan daşlaşmış insan cəsədlərinin, bəzilərinin üzləri heç pozulmadan qalmışdı. Ümumiyyətlə üz ifadəsi belə dəyişməmişdi. Çünki bu xalq Allahın ayələrində bildirdiyi kimi, "birdən-birə" yox olmuşdu. Allah bu mövzuda "bir şəhər xalqını" belə nümunə verir:
(Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs (Cəbrailin qışqırtısı) oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər. (Yasin Surəsi 29-cu ayə)


Şərhlər:
Baxılıb: 586
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz