Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanın ən qorxulu məkanları
Dünyanın ən qorxulu məkanları
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 903
Səs ver:

Paris yeraltı qəbiristanlığı
700-cü illərdə Parisdə meydana gələn vəba kimi yoluxucu xəstəliklərdən ölənlər kilsənin qərarıyla, əhəng ocaqlarında yandırılmağa başladı. Bu məqsədlə, yerin altında yaradılmış otaqlarda minlərlə insan əhənglənərək yox edildi.
1844-cü ildə ilk qazılan otaqlar ortaya çıxana kimi bu gizli qaldı. Bundan sonra yaradılan Paris metrosunun inşası əsnasında bütün otaqlar aşkara çıxdı.

Easter adası, Çili
Bu ada, daşdan oyulmuş nəhəng heykəlləriylə məşhurdur. Heykəllər Allaha yalvarırmış kimi göy üzünə baxırlar. Qəribə olan isə odur ki, 20 metr yüksəklikdə və 90 ton ağırlığında olan bu heykəlləri tikənlər məlim deyil. Adada heykəltəraşlıq sənətindən anlayan heç kəs yoxdur.

Çernobıl, Ukrayna
Çernobıl faciəsindən sonra minlərlə insan evlərindən didərgin düşdü. Parklarda yaddan çıxıb qalan oyuncaqlar, stolların üstündə günlərlə qalmış qəzetlər...

Truk Lagoon, Mikroneziya
Yapon donanmasının böyük hissəsi hal-hazırda Havay adalarının cənub-şərqində yerləşən Lagoonun dərinliklərindədir.
Bu donanmanı görməyə gedən dalğıcların isə demək olar ki, heç biri geri qyıtmadı.

Sonora, Meksikadakı cadugər bazarı
Sonorada kiçik sığınacaqlarda qalan cadugərlər, yoxsulluq və kafirliyin pəncəsinə düşmüş insanları 10 dollara xilas edəcəklərini vəd edirlər. Cadugər bazarı, gələcəklərini öyrənmək istəyən Meksikalı səyyah və turistlərlə dolu olur. Burada qeyri-adi iksirlər, ilan qanı və şans gətirdiyinə inanılan qurudulmuş ağcaqanad quşları da satılır.

Mauclac Bataqlığı, Lousiana
Bu yer həm də "kabus bataqlıq” da adlanır. Əfsaənəyə görə, 1920-ci illərdə dustaq edilən bir Voodoo kraliçası tərəfindən lənətlənmişdir. Batqlıqda qurulmuş 3 kiçik kənd, 1915-ci ildə baş vermiş fırtına səbəbiylə məhv olub.

Mutter Muzeyi, ABŞ
Həkimləri anatomiya və anormal hadisələr mövzusunda öyrətmək məqsədiylə yaradılan muzey, kəllə skeleti kolleksiyasıyla məşhurdur.
Həmçinin muzeydə, basdırıldığı yerdə sabuna çevrilən bir qadın cəsədi, 2 başlı bir uşaq skeleti kimi qorxunc şeylər görmək mümkündür.

San Xose, Kaliforniyadakı The Winehester House
Silah-sursat fabrikasının varisi olan Sarah Winchester bir gün falçıya gedir. Falçı,Sarah-ya həyatı boyu kabusların ondan əl çəkməyəcəyini, qərbə gedib orada bi rev tikdirməsini və inşasının ölənə kimi davam etdirməsinin vacib olduğunu bildirir.
1884-cü ildə başlayan tikinti 38 il Sarahın ölümünə kimi davam edir.
Bu gün isə evə ziyarətə gedənlər kabuslara inanmasalar da evdə onlarla rastlaşdıqlarını deyirlər.

The Lema Monastrı, Siciliya
Pagan freskləriylə dolu olan bu monastr, bir vaxtlar ən məşhur "satanist seks yığıncağı” məkanı olub. Film prodüseri Keneth Anger monastrın bir filmini istehsal edib, ancaq bu film sirli şəkildə yoxa çıxıb. Monastr isə bu gün yıxılma ərəfəsindədir.

Mary Kings kilsəsi, Edinburq
XVII əsrdə vəba xəstələrinin içində ölümə tərk edildikləri bu kilsəni ziyarət edənlər, qollarına və qıçlarına görünməz bir məxluqun toxunduğunu deyirlər. Region sakinləri bunun ana-atası tərəfindən 1645-ci ildə tərk edilən Annie adlı bir qızın ruhu olduğuna inanırlar.

Edinburq Qalası
Şotlandiyanın turist cəlb edən mərkəzlərindən olan bu qalada çoxlu kabus olduğu söylənilir. Bunlardan ən məşhuru qalaya hücum oldunduğu anda ortaya çıxan kabus barabançıdır.

Şərq Əyalət İslah evi
Pensilvaniya əyalətinin Filadelfiya şəhərində yerləşən bu bina məhkumların özlərini və dindarlıqlarını yoxlamaları üçün tikilib. Ancaq əksər məhkum əksinə ağlını itirdi. Bundan sonra bir otaqda tək qaldıqda qeyri-adi səslər eşitdikləri də söylənilənlər arasındadır.

Coronado oteli
San Diego Coronadoda yerləşir. 1982-ci ildə cavan bir qadın Kliforniya körfəzində yerləşən əsrarəngiz otelə həyat yoldaşını gözləmək üçün daxil olur və qeydiyyat aparır. Ancaq həyat yoldaşı otelə gəlmir. Qadının isə bir neçə gün sonra pilləkənlərdə meyidi tapılır. O gündən bəri otel işçiləri və qonaqlar qara geyimli qadın surəti ilə rastlaşdıqlarını deyirlər.

İnverary qalası
1944-cü ildə özünü asaraq öldürən arfa sənətçisinin kabusunun qərbi Şotlandiyada yerləşən bu qəsrin koridorlarında  gəzdiyi və kitabxanada arfa çaldığı deyilir. Qala bu günlərdə 13-cü Argyll Dükü-nün evi cəsur ziyarətçilərə açıqdır.

Point Hicks dəniz fənəri
Avstraliyanın şərq sahilində bu dəniz fənərinin gözətçisi 1947-ci ildə müəmmalı şəkildə qeyb olur. Sonralar bir çox ziyarətçi gecələr gözətçinin ayaq səslərini eşıtdiklərini deyirlər.

London Qülləsi
Qüllədə yüzlərlə edam olunmuş insandan ikisi Anne Boleyn və Lady Jane Grey-in ruhları İngiltərənin ən lənətli binasında tez-tez görülür. Bundan əlavə, 1816-cı ildə bir gözətçinin ona yaxınlaşan bir ayının qorxusundan öldüyü də deyilənlər arasındadır.

Amityville
Amityville, New York-da yerləşən evin əvvəlki sahibləri gecə vaxtı çalınan orkestr səsi, xışıltı, qəribə qoxular və bəzən də qara bir məxluqun olduğunu deyirlər.

Myrtles plantasiyası
St. Francisville, Luiziyana da yerləşən bu ev Amerikanın ən lənətli evi olaraq tanınır. Canlı şəkillər, qanlı əl izi və öz-özünə açılıb-bağlanan qapılar fenomen lənətlər arasındadır.

Alcatras
Bir vaxtlar dünyanın ən güclü müdafiəsinə sahib olan Al Capone və Capone, George Kelly kimi məşhur qatilləri olan həbsxana San Fransisko körfəzindəki adada yerləşir. Həbsxana fəaliyyəti sonlandırılan məkanı ziyarət edənlər qışqırıq səsləri, qəfil açılıb-bağlanan qapılar və ayaq səsləri olduğunu deyirlər.


Şərhlər:
Baxılıb: 903
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz