Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnternetin qaranlıq üzü - Deep Web
İnternetin qaranlıq üzü - Deep Web
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 495
Səs ver:
Deep Web (Dərin veb) və ya Undernet – Google axtarış sistemi vasitəsilə əlaqə qurmağın mümkün olmadığı bir növ gizli saytlar şəbəkəsidir.

İnternet 5 təbəqədən ibarətdir. Buna 0-cı təbəqə də aiddir:

0 – Hamının bildiyi, üzdə olan internet;
1 – e-mail xidmətləri, müxtəlif şəbəkələr;
2 – FTP server istifadəsi;
3 - Deep Web;
4 - Deep Web`in davamı (Buradan istifadə edə bilmək üçün xüsusi proqramlara ehtiyac vardır);
5 – Marianas Web adlandırılan (Marian çökəkliyinin adı ilə adlandırılıb) və haqqında çox az insanın məlumatı olan ən dərin veb.

Axtarış sistemləri Deep Web`dəki məlumatıları internet istifadəçisinə təqdim etmir. Çünki bu məlumatların əksəriyyətini idarə etmək, yönləndirmək mümkün deyil. Axtarış sistemləri bu məlumatları təqdim etməməklə, bir növ, qanundan kənar fəaliyyətdən sığortalanmış olur.

Buna baxmayaraq, bu cür saytlar fəaliyyətdədir və həmin saytlara daxil olmağın müəyyən yolları var.

Deep Web saytları dinamik html kodlardan istifdə edirlər və qarışıq URL ünvanlara sahibdirlər. Həmin URL ünvanlar tez-tez yenilənməkdədir. Bu saytlar .onion domeni ilə fəaliyyət göstərirlər.

Qısa məlumatdan sonra keçək Deep Web`də fəaliyyət göstərən saytlara
Deep Web saytları silah və uyuşdurucu ticarətindən tutmuş FPI-ın gizli səndlərinə kimi qanunsuz bütün fəaliyyətləri özündə birləşdirib. Bu saytlar cinayətkarların daimi məkanı hesab olunur: hakerlər, killerlər, narkobaronlar, silah alverçiləri və s. bu qaranlıq dünyanın daimi sakinləridirlər.

Deep Web bu qədər qanunsuz fəaliyyətlərlə yanaşı, həm də bir növ  baza rolunu oynayır. Belə ki, siz müxtəlif kitablar, foto və videofayllar və s. informasiyaları buradan tapa bilərsiniz. Hətta qadağan olunmuş kitablar və qadağan olunmuş filmlər də burada qadağan deyil.

Müxtəlif cinayət videoları, işgəncələri özündə əks etdirən fotolar və digər bu kimi faylları da Deep Web`dən əldə etmək mümkündür.

Deep Web oğurluq kredit kartları, iPhone, maşın satışı kimi xidmətləri də təklif edir. Məsələn, 650 manatlıq bir iPhone`u siz Deep Web`dən qat-qat ucuz qiymətə tapa bilərsiniz. Ancaq bu, ya oğurluq olacaq, ya da kustar üsulla hazırlanmış və görünüşü iPhone`u xatırladan bir cihaz.

Deep Web`ə necə girmək olar?
Bunun üçün əvvəlcə "Tor” Brazuzerinə ehtiyac vardır. Belə ki, normal brazuerlərlə Deep Web saytlarına girmək mümkün deyildir (Siz, həmçinin, "Onion” brazuerlə də həmin saytlara giriş edə bilərsiniz).

Deep Web`də nələr edə bilərəm?
Əvvəla bir xəbərdarlığa diqqətinizi yönəltmək istəyərdim: Deep Web haqqında məlumatınız olsun, ancaq, mümkün qədər girməməyə çalışın. Səbəb isə çox sadədir: Deep Web istifadə edərkən IP ünvanınız cinayətkarlar tərəfindən ələ keçirilə bilər. Əslində, "Tor” Brauzeri IP ünvanını gizlədir. Ancaq bəzi hallarda bu, istisnadır. IP ünvanınız hər hansısa bir cinayətkarın əlinə keçsə, o, hansısa bir cinayəti üzərinizə ata bilər və bu, ağır nəticələrə səbəb olar.

İşdir, qərarınız qətidirsə və siz Deep Web`ə daxil olmaq istəyirsinizsə, onda növbəti xəbərdarlığımıza qulaq asmağınız tövsiyyə olunur: hack, hacker, killer və s. bu kimi tagları olan saytlara girməyin. Kitablara, foto və video fayllara baxıb çıxın. Qətiyyən nəsə sifariş verməyin!


Şərhlər:
Baxılıb: 495
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz