Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sənsiz qaldım Ata
Sənsiz qaldım Ata
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 588
Səs ver:
Bu otaqlar, sənin izlərin olan bu divarlar, nəfəsini hiss etdiyim evin hər bir küncü mənə eyni anda artıq yoxluğunu xatırladır. Yenidən və yenidən Sən, heç bitməyəcək bu Sən-lərimim Ata... Bugün sənə necə ehtiyac duyduğumu hiss etdim, və yoxluğunu, daha heç vaxt olmayacağını dərk etdim... Düşündüm bugün var olsaydın necə olardı həyatım. Və o an içimdə sənə olan möhtaclığımı hiss etdim. Mənə elə lazımsanki...
Birdən sənə yenidən sarılmaq, səni qucaqlamaq istədim, uşaq ikən etdiyim hər bir şeyi yenidən yaşamaq istədim. Səninlə keçirdiyim bütün günləri geriyə istədim, Ata... Nədən başlayım, nədə bitirim bilmirəm. Səni yox kimi necə qəbul edim bilmirəm. Necə anladım bilmirəm, içimdəki bu boşluğu, ağrını necə anladım. Sən yoxsan... Və bu gerçəkdən başqa hər bir şey yalandı. Artıq səninlə addımlamağa başladığım bu həyat yolunu sənsiz addımlamaqdayam. Yoxsan, artıq düşüncələrimi, hərəkətlərimi, etdiyim səhvlərimi sənə deyil kənarındakı otları təmizlərkən məzarına danışıram... Ağlayıram, mən yenidən ağlayıram, Ata..Sənə deyəcəklərim o qədər ki... Sənin kimi bir başqası anlamaz məni. Həm mən axı güclü olmalıyam. Arxamdakı dağ artıq yoxdu. Mənə baxan o gözlərin son dəfə ağladığı kimi qalıb xatirimdə. Hər gün daha da çox uzaqlaşırsan məndən. Hər keçən gün itir yaddaşımdan sənə aid anlar... İstəmirəm. Dayandır zamanı... Sənsizliyin acısının keçməsini istəmirəm. Qoy hər an ağlasın gözlərim sənin kimi bir atanı itirdim deyə. Balaca oğlun yox olub gedir hər gün. Artıq o çox dəyişibdi, Ata... Sənə verdiyim sözü pozmadan getməyim, Sənsizliyə alışmağım lazım...Səni sevməyi sənsiz davam etməyim lazım.
Buraxdıqlarına aid olmağım lazım.


Şərhlər:
Baxılıb: 588
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz