Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yanmaqdan qorxmursanmı? [oxunmalı]
Yanmaqdan qorxmursanmı? [oxunmalı]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2212
Səs ver:

alt

 

 

Qatarda yan-yana oturduğumuz adam, qarşımızdakı gəncə:
- "Siqaret əfkar dağıdar, yandır bir dənə.." dedi.

Gənc, adamın uzatdığı siqareti nəzakətli rədd edərək:

- "Sağ olun" deyə cavab verdi. "Mən İstifadə etmirəm."

- "Olmadıki..," dedi kişi. "Yoxsa ananmı hirslənər?"


Bu sözlər ətrafımızdakı sərnişinlərin gülmələrinə səbəb olmuş, mənimsə canımı çox sıxmışdı. Yatmaq niyyətiylə bağladığım gözlərimi açaraq cavana baxdım. 20-22 yaşlarında olardı. Son dərəcə təmiz bir ifadəyə sahib olan üzü, adamın söylədiklərindən birazca qızarmışdı.


Kişi:

- "Hər halda sən aslan südü də istifadə etməzsən," deyə davam etdi. "İstifadə etmirsən elə deyilmi?"

Gənc, onun içkidən bəhs etdiyini anlamışdı.

Bu səfər susmayıb:

- "Pivə daxil bütün içkilər haramdır", dedi. "Əlbəttə istifadə etmirəm."


Söhbətləri mənim olduğu qədər digər sərnişinlərin də diqqətini çəkmişdi. Hər kəs onlara qulaq asır, diqqətlə dinləyirdi.


Adam, lağlağı bir ifadəylə:

- "Sən də yaman mühafizəkar adamsan qardaşım," dedi. "O haram, bu haram..."


Gənc yenə susmağı seçdi. Ancaq sıxıldığı hər halından bilinirdi. Adam isə, öz aləmində onu küncə sıxışdırmış və pərişan etmişdi. Siqaretinin tüstüsünü, gəncə doğru bir qəhrəman ədasıyla üfləyərkən;


- "Cəhənnəm qorxusundan dünyanın bütün zövqlərindən məhrum qalırsınız" dedi. "Belə şeymi olar?"


Söykəndiyim yerdən dikələrək adama baxdım.

Bu səfər mənə dönərək,

- "Nə deyirsən dostum, haqlı deyiləmmi? Hamımız az çox yanmayacağıqmı? Üstəlik hamı birlikdə olduqdan sonra, nə var qorxacaq?" dedi.


Daha da əsəbləşmişdim. Amma sakit bir ifadəylə:

- "Həqiqətən cəsur insansınız" dedim. "Həqiqətən də, yanmaqdan qorxmursunuzmu?"

- "Çox qorxduğumu söyləyə bilmərəm" deyə cavab verdi. "Ellə gələn, toy bayram deyilmi?"


Belə deyərək yerini daha da rahatladı və pəncərənin yanındakı siqaretinə doğru əlini uzatdı. Paketin yanındakı çaxmağı ondan əvvəl alışdırdım və:

- "Buyurun" dedim. "Yandırın.."

Paketdən böyük bir təkəbbürlə çıxartdığı siqaretini çaxmaqdan alışan alova doğru uzadarkən,

- "Xeyr," dedim, "siqaretinizi deyil, barmağınızı uzadın.."

- "Başa düşmədim", dedi. "Niyə barmağımı uzadım ki?"

- "Cəhənnəmdə yanmaqdan qorxmadığınızı, bundan daha yaxşı necə göstərə bilərsiniz?" Dedim. "Doğrusu bu hamımıza maraqlı oldu."


Adam nə deyəcəyini bilmədi və bir saatdı işləyən çənəsi, sanki tutulmuşdu. Yerində bir müddət qıvrıldıqdan sonra,

-"Enəcəyim stansiyaya çatdım" deyərək ayağa qalxdı və insanları ortasından keçdi, gözdən itdi.


Çaxmağın məndə qaldığını adam getdikdən sonra fərqinə vardım. Bunu qarşımdakı cavan da görmüş və gülməyə başlamışdı.

Çaxmağı ona doğru uzadarkən,

- "Siqaret çəkmirsən, amma çaxmaq səndə qalsın" dedim. "Artıq onu harada istifadə edəcəyini çox yaxşı bilirsən."


Redakte etdi: Pretty girl

 



Şərhlər:
Baxılıb: 2212
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz