Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hikmətli sözlər, faydalı məsləhətlər
Hikmətli sözlər, faydalı məsləhətlər
Göndərən: Menim balam
Şərhlər:
Baxılıb: 931
Səs ver:
Həyat geriyə gedərək başa düşülür, irəliyə gedərək ya­şanılır.

Yumurtanı sındıran kimi bilirsən, o yeməlidir, ya at­malı!

Silginiz qələminizdən öncə bitərsə, deməli, yanlışınız çox­dur.

Küləyin necə əsdiyi fərq eləməz, fərqi yaradan yel­kən­ləri necə açmağınızdır.

Müvəffəqiyyət qazanarkən çox qürurlanmayın. Qazan­dı­ğınız zəfərlə məzarınızı qaza bilərsiniz.

Uduzarkən və itərərkən çox qəmlənməyin. Uğur və mü­kafatın nə zaman və haradan gələcəyini bilmək ol­maz.

Danışmadan əvvəl fikirləş, amma ən əsası fikirləşəndə də gör nə haqda fikirləşirsən.

Gözəl bir cavab:
Toyuq kimi qaqqıldayıb yumurtla­ma­sam da, qay­qa­na­ğın ləzzətini toyuqdan qat-qat yaxşı bi­lirəm.

Bir xəsisin oğluna vəsiyyəti:
Sən həyatda şahmatçılardan ibrət al. Prinsipin belə olsun: Öz fiqurlarını qoruyub saxlamaq, başqala­rı­nın fiqurlarını udmaq.

Nə olduğunu düşünərsən, o olarsan!
Əgər həyatınızın hər hansı bir anında qartal olma xəyalını qursanız, xə­yal­larınızı təqib edin.
Ətrafınızdakı toyuq düşüncəli­lə­rin ardınca getməyin.

Dünən ilə bu gün arasında dava çıxarsa, sabahı itirərik.
İstədiyinizi əldə edə bilmədiyiniz anda əldə etdiyiniz şey təcrübədir.
Tökülən dolmaz!
Ya olduğun kimi görün, ya da gözümə görünmə!
Bizim mədəniyyətimizdə cəsur bir kişi hər kəsdən daha qiymətlidir.
Cəllad adam öldürər, amma qatil sayılmaz.
Siz bunu bilirsiniz - Tanrı qanunları izdivacın müqəddəsliyinə qarşı cinayət işləyənlərlə amansızca rəftar edir.
Yaxşı insan isəniz bütün işləri sizə yükləyərlər.

Ancaq ölülər bir daha ayağa qalxmaz.
Dünən təcrübədir, öyrən; sabah təxmindir, planla; bu gün fürsətdir, istifadə et!
Həyat kiçik imtahanlar silsiləsindən ibarətdir, imanlı insan bunları gülərüzlə qarşılayar.
Heç vaxt bir axmaq ilə mübahisə etməyin. Dinləyənlər ayırd etməyə bilərlər.
Cavabların hamsını öyrəndiyiniz zaman suallar də­yiş­miş olar.
Bəzən etdikləriniz üçün peşman olmanız, etmədik­ləri­niz­dən ötrü peşman olmaqdan yaxşıdır.
Dinsizə yazığı gələn keşiş pis keşişdir.
Mühüm olan həyatda nə qədər irəli getməyimiz deyil, oraya necə çatdığımızdır.
Namərd əl çəkmirsə bəd əməlindən,

Mərd niyə əl çəksin mərd əməlindən?!

İxtiyarı olmadan cəza verənlər, hakim deyil, qatildirlər.
Bəylərin ətrafını pislər əhatələyərsə, ölkədə tamamilə pislər hakim olar.
Tanrı bir kimsəni ucaltmaq istərsə, ona işini bilən və dü­rüst xidmətçilər verər.
Bütün bulanıqlıqları durultmaq istəyirsənsə, öz ruhunu saflaşdır – xalq istər-isətəməz durular. Adam təmiz olmayan şeyləri su ilə yuyub təmizləyər. Əgər su kirli olarsa, o nə ilə və necə təmizlənər?
Bir millətin əfəndisi ona xidmət edəndir.
Yaxşı insan, öz mənfəətini buraxıb zəhmət çəkərək baş­qa­larının xeyrini fikirləşən insandır. İnsanlar sizdən yax­şılıq görməzlərsə, sizin yaşadığınız nədən bilinər?


Şərhlər:
Baxılıb: 931
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz