Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsan ölüm anında ən çox nədən peşman olur?
İnsan ölüm anında ən çox nədən peşman olur?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1412
Səs ver:

http://imgs.su/tmp/2012-02-01/1328097994-435.jpg

Avstriyalı tibb bacısı Bronniye Ver insanın ölərkən peşman olduğu 5 şeyi öz kitabında cəmləşdirib
uzun illər xəstə insanlara baxan və onların ölərkən peşman olduqları şeyləri görən tibb bacısı bütün bunları kitabda əks etdirmək qərarına gəlib.
Bronniye "The Top Five Regrets of the Dying - A Life Transformed by the Dearly Departing" adlı kitabında qeyd edib ki, ölüm döşəyində ikən insanlar ən çox yaxın dostlarını itirdikləri üçün və bir də digər insanlarla münasibətdə qayğısız olduqları üçün peşman olurlar.
Tibb bacısının sözlərinə görə, ölmək üzrə olan xəstələr qorxu, peşmançılıq kimi hisslər keçirirlər.
Ölüm yatağında olan insanın peşman olduğu 5 şey:
1. Kaş ki, başqalarının məndən istədiyi həyatı yaşamaqdansa xəyallarımı gerçəkləşdirməyə cəsarətim olaydı.
Bronniyə görə, insanlar ölüm anına yaxınlaşarkən geriyə baxıb görürlər ki, xəyalını qurduqları çox şeyi həyata keçirməyiblər və buna görə də peşman olurlar.
2. Kaş ki, bu qədər çox işləməzdim.
Verə görə, xəstə kişilərin əksəriyyəti işlərinə görə ailələrinə və dostlarına lazımınca vaxt ayırmadıqlarından peşman olurlar. O, eyni zamanda bildirib ki, kişilərin ən çox istədiyi şey uşaqlarının böyüdükləri anı görməkdir.
3. Kaş ki, duyğularımı dilə gətirməyə cəsarətim olaydı.
Tibb bacısına görə, bəzi insanlar münasibət qurarkən öz duyğularını istədikləri kimi, ya qorxudan, ya da utancaqlıqdan ifadə edə bilmirlər. Bu da ki, insan sağlamlığına pis təsir edir.
4. Kaş ki, dostumla əlaqəmi davam etdirə bilsəydim.
Bronniye hesab edir ki, insanlar bəzən şəxsi həyatlarına o qədər bağlı olurlar ki, dostları ilə əlaqələrini bitirdiklərini görmürlər. Bu ancaq ölüm yatağında olarkən yada düşür. Yəni ki, ölmək üzrə olan insan ən çox keçmiş dostları üçün darıxırlar.
5. Kaş ki, çox xoşbəxt olmaqdan qorxmazdım.
Bronniye Ver onu da kitabında qeyd edib ki, insanlar "Kaş ki, daha çox güləydim. Kaş ki, dəlicəsinə şeylər edərdim və bundan qorxmazdım" kimi peşmançılıqlarını da dilə gətirirlər.


Aynur Baxşalıyeva



Şərhlər:
Baxılıb: 1412
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz