Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Paxıllıq sevinc gətirmir
Paxıllıq sevinc gətirmir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1453
Səs ver:

http://imgs.su/tmp/2012-01-29/1327831708-435.jpg

Kiməsə paxıllıq etdiyimiz zaman fərqinə belə varmadan öz sağlamlığımıza zərər yetiririk. Bunun öhdəsindən gəlmək üçün tez bir zamanda tədbir görməliyik.

Kəskin paxıllıq məqamı - özünü dəyərləndirmə qabiliyyətinin faciəli şəkildə enmə anıdır. Özünüzü başqa insanla müqayisə edir və sizi sonsuz xoşbəxt edə biləcək nəyinsə onda olduğunun şahidi olursunuz.

Misal üçün, uğurlu evlilik arzusundasınız və birdən eşidirsiniz ki, ofisinizdəki qeydiyyat bölməsində oturan heç nə ilə nəzərə çarpmayan bir qıza yaraşıqlı, gənc iş adamı evlənmək təklif etmişdir. Bu xəbəri bildiyiniz anda qəlbinizdə əsl partlayış ola bilər: " Bu ədalətsizlikdir!", " Demək, mən ondan pisəm?", " Mənim həyatımda heç vaxt belə hadisəbaş verməz !."

Çıxış yolu: Bu məqamda əsas məsələ kontrolu əlinizə alıb sakitləşməyinizdir. Sakit bir guşəyə çəkilin, kresloya əyləşin, rahatlanın, gözünüzü yumun və özünüzü sizə xoş olan məkanda təsəvvür edin: yay səhərində bağda, eyvanda qəhvə içdiyiniz zaman, göbələklə dolu meşə talasında, uşaqlıqda yanında oturub mətbəxdə yemək hazırladığına tamaşa etdiyiniz nənənizin yanında və s.

Diqqətinizi xoş təəssüratlar üzərində cəmləyərək, sakitləşin və sizin də həyatınızda gözəl anların çox olmasını hiss edənə qədər onları saxlamağa çalışın.

Dərk olunan paxıllıq " ağ paxıllıq " anlandırılır. Uğursuz səylərlə nailiyyət qazanmağa çalışdığınız bir sahədə başqa birisinin müvəffəqiyyət qazandığını görür və zahirən ona heyran olduğunuzu göstərsəniz də, ürəyinizi narahatlıq qurdu ovur: nəyə görə mən yox, nəyə görə o?

Məlum olmuşdur ki, kişilər çox zaman başqasının maddi vəziyyətinə, qadınlar isə - gözəlliyi və ailə firavanlığına paxıllıq edir. Tədricən özünüzü geridə qaldığınız insanla müqayisə etməyə başlayırsınız. Bu anı isə ona və özünüzə qarşı nifrətdən cəmi bircə addım ayırır. Bundan başqa, cəmiyyətdə paxıllıq alqışlanmır və başqasına paxıllıq etdiyinizi anlayaraq, xəcalət çəkməyə başlayırsınız.

Çıxış yolu: Paxıllıq hər zaman passiv hissdir. Odur ki, atacağınız ilk addım - rəqibinizin üstünlük qazandığı istiqamətdə hərəkət etməkdir. Bu, yalnız fəaliyyətə köklənməkdir. Rəfiqəniz " yüz faiz " gözəl görünür? Özünüzə pəhriz seçin, fitnes ilə məşğul olun və s. Ola bilsin ki, onun kimi gözəl olmadınız, amma öz zahiri görüşünüzü sevəcək, dəyərinizi artıracaqsınız.

Dərk olunan paxıllıqdan qurtulmağın ikinci bir yolu - öz hisslərinizi həmin insana nəzakətlə etiraf etməkdir. Misal üçün, onun xarici görünüşünə, ailəsinə, işinə heyranlığınızı, öz həyatınızı da o tərzdə qurmaq istədiyinizi səmimiyyət və xoş məram nümayiş etdirərək danışsanız, yəqin ki, paxıllıq etdiyiniz insanın da həyatında hər şeyin asan olmadığını biləcəksiniz.

Etiraf edin ki...

Dərk olunmayan paxıllığı duymaq daha çətindir, heç olmazsa ona görə ki, kiməsə paxıllıq edə biləcəyinizi heç fikrinizə belə gətirmirsiz.

Düşünülməmiş paxıllığın əlamətləri:

* Həmin insanın öz uğurları haqqında söhbətini dinləmək sizi darıxdırır.

* Kədərlənir və ondan uzaqlaşmaq istəyirsiniz.

* Həmin şəxslə ünsiyyətdən sonra ovqatınız korlanır.

* Görüşdən sonra həyatınızdan narazılıq, qıcıqlanma, depressiya yaranır.

* Nədənsə özünüzə heyfiniz gəlir.

Çıxış yolu: İlk növbədə, paxıllıq hissinizi dərk etməlisiniz - bu, nə yaxşı, nə pisdir, sadəcə bir faktdır. Özünüzü bu hissə qapadığınız üçün ittiham etməyin - o, tamamilə hamıya tanış bir hissdir, sadəcə çoxları bunu etiraf etmir. Kiminsə sizdən yaxşı olmasını da özünüzə dərd etməyin. Adətən, biz, başqasının taleyinin yalnız bir cəhətinə paxıllıq edirik - karyerası, maddi rifahı, xarici görünüşü, ailəsi və s. İndi isə, həmin insanın həyatını bütövlükdə özünüzə aid edin. Onun sağlamlığı ilə bağlı problemlərini, övladının olmamasını, kirayə mənzillərdə keçirdiyi ömrünün yarısını xəyalən öz üzərinizə götürün. Hə, necədir, " onun kimi " olmaq sizə rahatdır?

Çox zaman paxıllığınızı çəkən insanlar bunu açıq ifadə etmir. Belə insanlarla ünsiyyətdən sonra həyəcan, inciklik, günah, narahatlıq hissi yarana bilər. Özünüzü çox danışdığınız, gizlədilməsi lazım olan məlumatı söylədiyiniz, ümumiyyətlə, bu insanla söhbət etdiyiniz üçün qınamağa başlayırsınız.

Gizli paxıllığın əlamətləri:

* İnsan sizə heyranlığını bildirir, lakin onun sevincinin süni olduğu hiss olunur.

* Rədd edilməz tənqid: etdiyiniz hər şeyi pisləyir.

* İstehzalı, sətiraltı məna daşıyan tərif: " Sən bunun öhdəsindən məharətlə gəldin! Bunu səndən heç kim gözləmirdi! "

* Sizə qarşı hədsiz diqqət: etdiyiniz, danışdığınız, geyindiyiniz hər şey təfərrüatı ilə müzakirə olunur.

* Uğurlarınızdan söhbət açdıqda, həmin şəxs özünə qapanır və ya təfsilatı ilə xırda detallarla maraqlanır.

Çıxış yolu: Kiminsə sizə gizli paxıllıq etdiyini duyduqda, ən yaxşısı - ondan uzaqlaşmaqdır. Onun yanında öz uğurlarınız, nailiyyətləriniz haqqında danışmamağa çalışın. Lakin bu şəxsə qarşı saymamazlıq da göstərməyin, əks halda, özünüzə qarşı yeni neqativ hisslər dalğasını yönəltmiş olacaqsınız. Onun etibarını qazanmağa və sanki, təsadüfən həyatınızda zahiri uğurlara baxmayaraq, çoxlu problemlərin olduğunu da çatdırın.

Sizin nail olmadığınıza başqasının müvəffəq olması faktı özü-özlüyündə neytraldır. Yalnız özünüz ona çalar seçə bilərsiniz. Sadəcə olaraq, pozitiv düşünmək lazımdır ki, bu dəyərləri əldə edə biləsiniz.



Şərhlər:
Baxılıb: 1453
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz