Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu günkü dərsimizin sualı: Oğlan qızı qorumalıdır... 4
Bu günkü dərsimizin sualı: Oğlan qızı qorumalıdır... 4
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1279
Səs ver:
alt

Müəllim sinfə nəzər saldı.Sinfin qışəng qızlarından birinin gözləri yaşlı idi.Müəllim səbəbini öyrənmək istədi.
Qız onsuz da olanları danışmaq və uşaqların fikrini öyrənmək istəyirdi.Deməli məsələ belə imiş:
Qızın parallel sinifdən istədiyi bir oğlan var. İki aydır yolu bir gedib gəlirlər, tənəffüslərdə bir yerdə olurlar, bir sözlə sevgi, həm də qız əmin idi ki qarşılıqlı sevgidir bu. Amma indi oğlan onunla danışmaq belə istəmir.
Səbəb…həmin məktəbdən olan daha yuxarı sinif oğlanları bu cütlüyü birlikdə görəndə bütün məktəblərdə olduğu kimi onları lağa qoymağa başlayıblar.Qızın sevdiyi oğlan ürəyinin şahzadəsini müdafiə etmək əvəzinə özünü elə aparıb ki guya onların arasında heç bir münasibət yoxdur,guya təsadüfən qızla birlikdə gedir. Qız əsəbləşərək bildiyi bütün “gözəl”sözləri oğlanlara deyib, onlar isə kişi qadına əl qaldırmaz prinsipinə əsaslanaraq qızın yanındakı oğlanı əzişdiriblər. Qız bütün gücü ilə sevgilisini müdafiə etməyə çalışıb,amma indi oğlan onu tanımaq belə istəmir.
Müəllim fikrə getdi:
-Əzizim sən tamamilə kişiyə aid olan yeri tutaraq onu əvəz etməyə çalışmısan, bunu isə qətiyyən etmək olmaz. Oğlan qızı qorumalıdır. Onu qorumaq istəyinlə sən öz üzərinə kişi rolunu götürmək istəmisən. Bu onu alçaldır, oğlanlar bunu bağışlamır.
Sinifdə səs küy çoxaldı. Oğlanlar:
-Hə,nə olmasından asılı olmayaraq sən kişi qüruruna hörmətlə yanaşmalıydın. O düşünməlidir ki heç olmasa sənin gözündə qəhrəmandır.
Qızlar az qala xorla cavab verdilər:
-Nə yaxşı da özünüzü təmizə çıxarırsınız. Qızla pis rəftar etməyiniz bəs deyilmiş kimi hətta onu günahkar da edirsiniz.Hadisələri öz xeyrinizə elə yaxşı fırladırsınız ki!!!
Qız kədərlə,
-Bəs indi mən nə edim, deyə məsləhət istədi?
-Səbirli ol və gözlə. Heş nə etmə. Təşəbbüs-o cümlədən barışmaq üçün-birinci oğlandan gəlməlidir. İkinci dəfə alçaıtma onu-,uşaqlardan biri məsləhət verdi.
-Ay sağ ol.Heç nə etmə!!! İqnor elə onu. Hətta rast gələndə azca ikrah dolu baxışlarla da baxsan pis olmaz. Qoy etdiyi hərəkəti başa düşsün. Ağıllı oğlandırsa bəlkə də düşünəcək ki sən heç də günahkar deyildin.
-Eh, boş ver və sevin! Sən bu hadisə ilə gördün ki o zəif və qorxaqdır.2-3 nəfər araya qoyan kimi belə reaksiya veribsə bütün məktəb önündə görəsən neyləyərdi? İki aydan sonra onun hətta görünüşünü belə unudacaqsan.
Qız fikirli halda soruşdu:
-Olmaz ki yaxınlaşıb hər şeyi aydınlaşdırım,adam kimi danışaq onunla?!
-O oğlandır,onlarla adam kimi danışmağın mənası yoxdur,onsuz da başa düşməyəcək,-qızlardan biri son nöqtəni qoydu…

Mən isə nöqtəni qoymuram,ardını sizdən soruşuram,belə vəziyyətə necə baxırsınız? Siz necə edərdiniz?


Şərhlər:
Baxılıb: 1279
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz