Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu sirləri heç kimlə bölüşməyin..!
Bu sirləri heç kimlə bölüşməyin..!
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1183
Səs ver:
Şərq mədəniyyətinin tədqiqatçısı Vyaçeslav Ruzov öz növbəti məqaləsində hind müdrik adamlarının təcrübəsinə müraciət edib. O, sirrin nə olmasına və ictimaiyyət içində nəyi danışmağın düzgün olmamasına dair mühakimə yürüdür.

Maraqlı və hər bir insan üçün lazım olan bu siyahını oxuculara təqdim edirik:

1. İlk növbədə, uzağa gedən planlar barədə danışmaq lazım deyil. Bu plan həyata keçməyənə kimi susun. Sizin istənilən ideyalarınız nəinki mükəmməl deyil, bu ideyalarda çoxlu zəif nöqtələr var ki, onu vurub-dağıtmaq çox asandır.

2. İkincisi, xeyriyyəçilik fəaliyyətiniz barədə söhbət etmək lazım deyil. Xeyirxahlıq — bu dünyada nadir məqamdır və bu səbəbdən onu göz bəbəyi kimi qorumaq lazımdır. Gördüyünüz yaxşı işlərə görə özünüzü tərifləməyin. Belə münasibət lovğalığa gətirib çıxara bilər və bu da yəqin razılaşarsınız ki, heç də ən yaxşı keyfiyyət deyil.

3. Üçüncüsü, asketikliyinizi adam içinə çıxartmaq lazım deyil. Qidalanmanız, yuxunuz, seksual münasibətləriniz haqqında sağa-sola danışmağa ehtiyac yoxdur. Askeza yalnız emosional vəziyyətlə vəhdət təşkil edərkən rahatlıq bəxş edir.

4. Dördüncü susmağın gərəkdiyi məqam - öz qəhrəmanlığın haqqındadır. Bizim hər birimiz gündəlik olaraq müxtəlif sınaqlarla qarşılaşırıq. Kimsə xarici sınaqlarla üzləşir, kimsə daxili. Xarici sınaqlar üzdə olur, buna görə də bu sınaqların müqabilində insanlar mükafatlanırlar, daxili sınaqlar isə görünmədiyinə görə, onun öhdəsindən gəlməyin müqabilində heç kimə heç bir mükafat vermirlər.

5. Beşinci sirr saxlamalı olduğunuz məqam, — bu, dini mənsubiyyətinizdir. O, yalnız sizindir və heç kəsə bunu bildirmək gərək deyil. Yalnız o halda bu barədə söhbət açın ki, o, nəinki sizə, ətrafdakılara da lazımdır.

6. Heç bir halda, evinizdə olan münaqişələr və ailə həyatınızı bölüşməyin. Yadda saxlayın: ailə həyatınıza dair problemlərdən nə qədər az danışsanız, bir o qədər ailəniz möhkəm və sabit olacaq. Dava — ünsiyyət prosesində yığılan neqativ enerjidən qurtulmaqdır. Öz problemlərinizdən nə qədər çox danışsanız, bir o qədər ona inanacaqsınız.

7. Yeddinci danışılmamalı məqam, — kimdənsə eşitdiyiniz pis sözlərdən istifadə etməkdir. Küçədə çəkmələri batırmaq olar, bir də şüuru batırmaq olar. Amma küçədə eşidilən hər axmaq sözü gəlib evdə danışan adam, evə gəlib ayaqqabılarını çıxartmayan adamdan fərqlənmir.


Şərhlər:
Baxılıb: 1183
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz