Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
OŞO - " Özünü kəşf et " kitabından seçmələr
OŞO -
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 481
Səs ver:

Çıx bayıra! Dünya çox gözəldir, macəra doludur… Bu bir dəvətdir, sənə dəyər qatar. Qorxusuzca çıx bayıra… İtirəcək bir şey yoxdur. Hər şey qazanmaq üçündür… Və qətiyyən soruşma: "Kim mənim gerçək dostumdur” deyə… "Mən kiminsə gerçək dostuyammı” deyə soruş. Doğru sual budur. Daima özünlə əlaqəli ol. Kəşf et, özünü… Əks halda, hələ özünü belə bilməyən başqa insanların fikirlərinə bağlı qalacaqsan. Bu həyatda, səni maraqlandırmalı olan tək fikir, öz haqqındakı fikrin olmalıdır.

 

Qapını aç. Təzə hava içəri girəndə, təhlükələrin də içəriyə girməyi üçün hər cür ehtimal mövcuddur.  Dost gəldiyi zaman düşmən də gələr, çünki, gündüz və gecə birlikdə içəriyə girər, acı və zövq birlikdə içəriyə girər, yaşam və ölüm birlikdə içəriyə girər. Acıdan qorxma, əks təqdirdə anesteziya altında yaşayacaqsan.

 

Zehnində bir çox insanla rastlaşarsan: "Din adamı, müəllimlər, dostlar, qonşular, qohumlar…”  Onlarla dalaşmağına ehtiyac yoxdur. Sadəcə bu səsin, sənin səsin olmadığını bilməyin kifayətdir. Başqa  birinin səsidir, o… Hər kimindirsə, o, başqa biridir. Nəticəsi hər nə olursa, olsun: "Yaxşı ya da pis” onu təqib etməməlisən. Onu dinləmədiyin zaman özün qərar verərək hərəkət edirsən. Yetkinləşməyə qərar verirsən. Bir uşaq olaraq qaldığın, bəsdir ! Bu qədər asılı qaldığın, bəsdir! Bəsdir, bütün bu səsləri dinləyib durduğun…

 

Uşaqlığından bəri davamlı olaraq,  "qızıl gül çox gözəl bir çiçəkdir, əla bir çiçəkdir” sözlərini eşidirsən. Buna görə də bir qızıl gül gördüyün zaman, dərhal düyməsinə basılmış bir kompüter kimi, "bu çox gözəldir”, deyirsən. Bunu həqiqətən hiss edirsənmi? Bu sənin içindən gələn duyğulardırmı? Əgər deyilsə, söyləmə. Bir şeyi hiss etmirsənsə, qətiyyən söyləmə.

 

Yetkin bir zehnin tək bir sualı var : " Kiməm mən?”

 

Savaş problem deyil, problem, fərdi təcavüzkarlıqdır. Savaş, sadəcə, fərdi təcavüzkarlığın toplamıdır. Sən etiraz yürüşləri etməkdə ol və savaş dayandırılmaycaq.  Əyləncəni sevən bir neçə insan var, onları hər hansı bir etiraz yürüşündə tapa bilərsən.

 

Zehin, sadəcə bir aynadır, xəzinəni yansıtmaqdadır, amma öz içində bir xəzinə deyil. Xəzinə, zehnin arxasındadır, sənin öz mənliyindir.

 

Beyin yumaq, cinayət deyil. Cinayət, insanların zehnini kirlətməkdir.

 

Hiyləgərlik, qorxudan qaynaqlanır. Buna görə də, insan nə qədər qorxu içində olarsa, o qədər hiyləgər olduğunu görəcəksən. Cəsur bir insan, hiyləgər deyil, cəsarətinə söykənə bilər, lakin qorxan bir insan ancaq hiyləgərliyinə bel bağlaya bilər. İnsan nə qədər aşağıdırsa, o qədər hiyləgərdir- nə qədər üstündürsə, o qədər məsumdur.

 

Müsəlman, xristian, hindu maskasının altındakı  "gerçək insan” eynidir.

 

Unutma ki, həyatda sadəcə tək bir yalnış var, o da heç hərəkət etməməkdir, sadəcə qorxaraq oturmaqdır, sadəcə hərəkət etdiyin zaman bir şeylərin düzgün getməyəcəyindən qorxmaq, yəni gözləmənin və oturmağın daha yaxşı olduğunu düşünməkdir. Tək yalnış budur. Təhlükədə olmazsan, amma böyümə də olmayacaqdır.

 

Bir şeyi böyütməmək istədiyin zaman onu sadəcə özünə saxla və o, öz-özünə ölər. Eynilə, laqeyd qalınmış , sulanmamış bir bitki kimi o, durmadan solar və ölər. Elə isə nə zaman gözünə saxta bir şey dəysə, sadəcə onu bir kənara qoy…

 

Dərinlərdə bir yerdə sevilmək istədiyimi fərq edirəm, deyirsən. Sevilmək istəyirsənsə, sev! Çünki verdiyin hər şey sənə geri qayıdar. Sevilmək istəyirsənsə, sevilmək istəyini unut, sevgi min bir yoldan sənə gələcəkdir. Həyat yansıdar, həyat əks edər, həyat sənin həyata verdiyin hər şeyi geri gətirər. Buna görə də sevilmək istəyirsənsə, istəməyi və sevilməyi unut- o zaman problem bu deyildir. Qayda sadədir: Sev.



Şərhlər:
Baxılıb: 481
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz