Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakı vaxtı ilə tənhalıq davam edir
Bakı vaxtı ilə tənhalıq davam edir
Göndərən: Denizimm
Şərhlər:
Baxılıb: 491
Səs ver:
Tənhalıq nədir?
O necə olur? Ən əsası niyə və kimə görə? Həqiqətən də burada cavab vermək çətindir, çünki variantlar həddindən artıq çoxluq təşkil edir.
Çox insanlar tənhadırlar, ancaq çoxluq özünü tənha hiss edir. Bu isə böyük fərqdir. Bu anlamlar ətrafında fikirləşdikdə, yəni tənha olmaqla özünü tənha hiss etməyin fərqini tapmağa çalışdıqda, bu zaman anlamış oluruq ki, bunların arasında eynilik yox, sadəcə asılılıq mövcuddur.
Tənhalıq- bu mərhələdə hər hansısa münasibətə, dəstəyə, başqaları tərəfindən başa düşülməyə ehtiyac duyulur. Kimsə bunu sakit keçirdir, kimisə bunu sevinir, kimisə əzab çəkir və özünə yer tapmır. Bundan da bir nəticə çıxarmaq olar ki, tənhalıq müxtəlifdir.

Arzu olunan tənhalıq
Bəli,bəli. Tənhalığı arzu edən zaman insan özünü çox rahat hiss edir. Onun çoxlu sayda dostları və yaxud tanışları ola bilər, ancaq bu insan onları özünə yaxın buraxmır və onlarla ünsiyyətdə olmaqdan qaçır. O özü ilə təklikdə qalmağa alışıb. Bəzən bu tip insanlar düşünürlər ki, digər insanlar onlara sadəcə yaşamaqda mane olur. İnsanı bu cür düşünməyə vadar edənsə sadəcə olaraq onun xarakteri, onun cəmiyyətdə tutduğu mövqesi və keçmişi ola bilər

Məcburi tənhalıq
Bu anlam ilə hər şey daha çətindir.Hərdən olur ki, iş elə insanın özündə olur, ancaq bəzi hallarda insanın yerləşdiyi mühit bu cür hala səbəb olur. Ancaq bu iki hal da bir biri ilə sıx əlaqədardır. İnsan ətarfında olan insanlarla uyğun gəlməyə bilər və buna görə də bu insandan imtina edilə bilər. Məsələn, bu insanın sosial halı digərlərinə baxanda çox-çox aşağıdır və s bunun kimi hallar. Bu cür hallarda isə tənha insan artıq cəmiyyətdən qovulduğunu da hiss edə bilər. Ancaq tələsməyin, sadəcə olaraq ətrafınızda olanlara alışmağa çalışın və onları da özünüzə alışdırın. Səbirli olub, baş verən hadisələrə yaxşı tərəfdən baxın.

Gizli tənhalıq
İnsan hətta öz doğmaları, dostları və yaxud tanışları arasında da tənha ola bilər. Çox zaman hər şey hisslərlə başlayır. Deyildiyi kimi, olmaq anlamı və fərqi hissetmə. Məsələn, insanın yaxınları, tanışları, doğmaları var ancaq o özünü yenə də tənha hiss edir. O bu insanlarda ona kifayət qədər diqəət göstərən və onu başa düşən insanları görmür. Bu onun tərəfdən ayrı seçkilik deyil. Xeyir. Bu sadəcə gizli olan bir tənhalıqdır. Deyəsən dost var, ancaq yox deyəsən yoxdur.
 Burdan alınır, yaxşı dost=dost, dost=tanış, doğma insan=ən yaxşı dost. Bərabərlik təbii ki, müxtəlif olur. Doğma insan çox asanlıqla sadəcə tanış insana çevrilə bilər. Gizli tənhalıq keçirmək istəmirsinizə o zaman ətrafınızda olan insanlara sizi narahat edən hallardan danışın və birlikdə bu xoşagəlməz halı həll etməyə çalışın.


Şərhlər:
Baxılıb: 491
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz