Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Narkotikə bənzəyən hiss
Narkotikə bənzəyən hiss
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1134
Səs ver:

http://imgs.su/tmp/2012-01-28/1327730193-435.jpg

İnsan darıxmaqdan necə qurtula bilər?

Yaman darıxmışam səninçün, yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan,
Sevgini gizlətmək mahalmış, demə!


Bəxtiyar Vahabzadənin "Yaman darıxmışam" adlı şerindən olan bu misralar insanın tez-tez üzləşdiyi darıxmaq hissinin poetik ifadəsidir. Lakin bu hissin insanda yaratdığı ağrı-acılar daha təhlükəli məqamlara? hətta zərərli vərdişlərə də yol açır. Darıxmağın obyekti də müxtəlifdir. Xüsusən xarici ölkələrdə, yaxud öz ölkənin digər şəhərlərində təhsil alan tələbələr ana-ata, bacı-qardaşları üçün uzaq məkanlarda, qərib ellərdə həsrət çəkirlər...
Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi Nərgiz Rüstəmova da əziz insanlarından ayrı qalmağın, onların yoxluğunu yaşayan tələbələrdəndir. Artıq 2 ildir Bakıda yaşayan Nərgiz bura gəldiyi ilk dönəmlərdə daha çox darıxdığını deyir. Onunn sözlərinə görə, ilk 2 ay ərzində həmin hisslər ona əziyyət versə də, evə gedib-gəldikdən sonra yüngülləşməyə başlayıb: "Əsasən anam üçün darıxıram. Onun nəvazişi, isti qucağı... burnumun ucu göynəyir. Həqiqətən elə zamanlar olur ki, ananın, atanın yanında olmağını hər şeydən çox istəyirsən. Amma nə etmək olar? Zamanla bu hissə də alışdım".
Doğma ev, iş kollektivi üçün, hazırlıq yoldaşları üçün bəzən insanın kövrək hissləri baş qaldırır. Darıxırsan... Anlaşmazlıqlar, problemlər nəticəsində sevən kəslərin isə bir-birindən ayrı düşməsi bu ayrılıqlar içərisində demək olar ki, ən dəhşətlisidir. Bəzən lap "ürəyin gedir". Axı necə ola bilər ki, sevdiyin dediyin insan indi sənin üçün əlçatmazdır. Odur ki, ən təhlükəli situasiyalar, xoşagəlməz hallar bu sevgi telləri bir-birindən qopanda baş qaldırır.
20 yaşlı gənc tələbə İlkin sevgilisinin ona yaşatdığı darıxmaq duyğusuna qarşı nifrətindən danışdı: "İstəyirsən nə olur-olsun, onu görəsən. Narkoman kimi olmuşdum. Ayrı qaldığımız 5 gün ərzində hətta zərərli vərdişlərə də qurşandım. 20 illik həyatımda ilk dəfə siqaretin nə olduğunu bildim. Şükür, indi bir yerdəyik, heç vaxt darıxmaq hissini bir də yaşamaq istəməzdim".
Bəs nəyə görə bu mənəvi ağrıları duyur, əzab çəkirik? Bunun bir elmi izahı varmı? Ən əsası, çıxış yolu nədədir? Psixoloq Dəyanət Rzayev deyir ki, darıxmaq hissi insan üçün vərdiş halını almış bir vəziyyətdən digərinə keçdikdə baş verir. Yəni lap zəhlən gedən birisi olan insanı da bir ara görməsən darıxmaq hissi yarana bilər: "Beyinə həkk olan hər hansı bir vəziyyət dəyişdikdə insanda darıxmaq duyğusu yaranır. Lakin adaptasiya (uyğunlaşma) nəticəsində get-gedə bu hisslər azalır, müəyyən vaxtdan sonra isə tamamilə keçib gedir. Düzdür insanlar bir məkandan başqasına köçdükdə , alışdığı mühiti tərk etmiş olur, nəticədə isə yüngülvari stress halları müşahidə edilə bilər. İnsanların uyğunlaşma qabiliyyətindən asılı olaraq, darıxmaq hissi bir müddət sonra onu tərk edir. Lakin bu hiss əsasən həssas insanlarda çətin alınır. Stressin müddəti və həmin şəxsə təsir artmış olur. Məhhəbbətə gəldikdə isə unutmaq lazım deyil ki, həyatda heç nə əbədi deyil. Buna görə də itirilmiş sevgi hissini başqası ilə əvəzləyərək, konpensasiya etmək lazımdır. Bəzi gənclər zərərli vərdişlərə qurşanır, hətta intihara cəhd edirlər. Fəqət düşünmək lazımdır ki, ölüm onsuz da var. Bu gün, ya 2 il, ya 10 il sonra onsuz da sonu ölüm olacaq. Sadəcə, düzgün yolla həyata davam etmək lazımdır. Kontaktları tamailə kəsərək, artıq qıcıqları aradan qaldırıb, darıxmaq hissindən uzaqlaşmaq mümükündür. Dərmanlar da təyin edilərək, maksimum 6 aya unutmaq və darıxmaq kimi əzabdan qurtulmaq olur. Sadəcə, səylə buna çalışmaq lazımdır. Bir də, belə məqamlarda insanların emosiyaları düzgün yönə istiqamətlənərsə, həm sağalma prosesi asan olar, həm də yaradıcılıq qabiliyyətləri üzə çıxar. Məsələn, idmanla məşğul olmaq, rəsm çəkmək, üzgüçülüyün əla təsirləri mövcuddur. Ümumiyyətlə, belə məqamlar da əsas məsələ bədəndəki aqresiyyadan azad olmaqdır. Nəzər salasaq görərik ki, ən dahi sənətkarlar da sevdiyindən ayrılanda, uğursuzluğa düçar olduqda mükəmməl əsərlər yaradıblar".


Fəridə Abdıyeva



Şərhlər:
Baxılıb: 1134
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz