Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölüm yatağında ən böyük - 5 peşmanlıq
Ölüm yatağında ən böyük - 5 peşmanlıq
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 606
Səs ver:
Avstraliyada uzun illər xəstə yatağında ölümünü gözləyən insanlara baxıcılıq edən tibb bacısı Bronni Vare onların peşmanlıq hisslərini qələmə alıb.
Bronni ölüm yatağında olan insanların ən böyük 5 peşmanlıq hissini belə sıralayıb:

"Kaş ki, şəxsi həyatımı yaşamaq üçün cəsarət göstərə biləydim”
1. "Uzun illər boyunca qazandığım təcrübəyə əsasən deyə bilərəm ki, ömürlərinin sonunu ölüm çarpayısında gözləyən insanların əksəriyyəti həyatlarını öz istədikləri kimi yox, özgələrinin istədiyi kimi yaşadığına görə böyük peşmanlıq keçirirdi”.

"Kaş ki, həyatımı bu qədər işə sərf etməzdim”
2.”Ölümü gözümün önündə gerçəkləşən kişilərin gileyləndikləri bir mövzu var idi. Onların hər biri ömrün son dayanacağında həyat yoldaşlarına və uşaqlarına kifayət qədər vaxt ayıra bilmədiyi üçün çox peşman idilər. Ömürlərini ailələri ilə keçirməkdən məhrum olub işə, pul qazanmağa həsr edən insanlar çox peşman görünürdü”.

”Kaş ki, duyğularımı açıq şəkildə ifadə edəydim”
3. ”Bir çox insan gənclik və orta yaş dövründə hisslərini açıq şəkildə göstərmədiyi üçün böyük peşmanlıq çəkirdi. Onlar bunu utancaqlıq və kompleks əlaməti olaraq göstərsə də, buna görə peşman olduqlarını dilə gətirirdilər”.


"Kaş ki, dostlarıma daha çox zaman ayıraydım”
4. "Xəstələrimin bir çoxu ölüm yatağında dostlarının nə qədər dəyərli olduğundan danışırdı. Lakin iş və sosial həyatın gərginliyində itib-batan insanların uzun müddət bir-biri ilə əlaqə saxlaya bilməməsi məlum olurdu. Onlardan bəzilərinə ölümlə çarpışdığı müddətdə hansısa dostunu görmək üçün ömür də vəfa etmirdi”.

"Kaş ki, xoşbəxt olmağıma izn verəydim”
5. ”Bir çox insan həyatının son mərhələsində "kaş ki, içimdəki sərhədi dağıdıb, özümə daha xoşbəxt həyat təmin edəydim”, - deyə gileylənirdi
İnsanlar xoşbəxtliyi kəşf etmək yerinə özlərini xoşbəxt göstərməyə çalışır. Nəticə etibarı ilə dəyişim qorxusu onları bir ömür aldadaraq əsl xoşbəxtlik hissindən məhrum edir”.


Şərhlər:
Baxılıb: 606
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz