Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gənc yazıçılara 10 tövsiyə
Gənc yazıçılara 10 tövsiyə
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 294
Səs ver:

Əsl adı Adelin Stefan olan Virciniya Vulf 1882-ci ildə Londonda dünyaya göz açıb. Səhhəti ilə bağlı yaşadığı problemlərə görə məktəbə getməyən Virciniya Vulf 12 yaşında anasını, 22 yaşında isə atasını itirib.   "Xaricə səyahət” adlı ilk kitabı 1915-ci ildə işıq üzü görüb.   1929-cu ildə işıq üzü görən "Özünə aid bir otaq” əsəri klassik feminizm nümunələri arasında özünəməxsus yer tutur. Xanım yazıçının əsərləri 50-dən çox dilə tərcümə olunub. Təkrarolunmaz əsərləri ilə dünya ədəbiyyatına adını yazdıran Virciniya Vulf 1941-ci ildə mart ayının 28-də özünü evinin yaxınlığındakı çaya ataraq intihar edib.   

 

1. Ədəbiyyat zövqünüzü yaxşı kitablarla deyil, pis kitablarla formalaşdırın.  

 

2. Bir yazıçının əsas amalı bacardıqca öz şüurunu zahirə əks etdirməsidir.  

 

3. Yazmaq – yalnız özün oxuyacaqsansa belə, yaxşı vərdişdir.  

 

4. Yazmaq vərdişlərinə yiyələnmək üçün mütləq gündəlik tutun.  

 

5. Hər gün yazın, müstəqil yazın.  

 

6. Yazmağı heç vaxt ertələməyin.  

 

7. Bir adamın digərinə oxumaqla verdiyi bircə məsləhət ola bilər – tövsiyələrə qulaq asmamaq.  

 

8. Yazmaq istədiyinizi yazdığınız təqdirdə heç bir problem yoxdur.  

 

9. Otuz yaşına çatmamış heç bir əsərinizi çap etdirməyin. Əgər çap etdirsəniz, müstəqilliyiniz çərçivələnər. Ətrafdakı insanların fikirlərini önəmsəməyə başlayarsınız.  

 

10. Hər cümlə öz daxilində mütləq bir qığılcım yaşatmalıdır.



Şərhlər:
Baxılıb: 294
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz