Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanın ən təhlükəli 10 şəhəri
Dünyanın ən təhlükəli 10 şəhəri
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 559
Səs ver:

Almaniyanın Alfred Vegener adına Qütb və Dəniz Tədqiqatları İnstitutu  dünyanın ən təhlükəli 10 şəhərinin adını açıqlayıb.

 

,Türkiyənin İstanbul şəhərinin də olduğu siyahı zəlzələ, sunami və vulkan püskürmələri kimi təbii fəlakətlər nəzərə alınaraq hazırlanıb.

 

Dünyanın ən təhlükəli on şəhəri aşağıdakılardır:

 

1.Tokio (Yaponiya): 38 milyon əhalisi olan şəhər son dərəcə aktiv tektonik fay xəttində yerləşir. Bura dünyada ən dağıdıcı zəlzələlərin olduğu bölgədir.

 

2.Osaka (Yaponiya): 11 milyon əhalisi olan şəhər Tokio kimi eyni təhlükəli zəlzələ xəttində yerləşir. Burada son böyük zəlzələ 1995-ci ildə baş verib və 6 mindən çox adam həyatını itirib.

 

3.Jakarta (Jakarta): 30 milyon əhalisi olan Jakarta da zəlzələ bölgəsində yerləşir. Jakartanın böyük hissəsi dəniz səviyyəsindən aşağıdadır. Bu isə şəhəri zəlzələdən sonra yarana biləcək sunami təhlükəsi ilə qarşı-qarşıya qoyur.

 

4.Naqoya (Yaponiya): Əhalisi 2,5 milyon olan Naqoya da Tokio və Osaka kimi zəlzələ bölgəsində yerləşir.

 

5.Los-Anceles (ABŞ): Əhali 12,8 milyon olan Los-Anceles aktiv tektonik fay xətti üzərində yerləşir. Bölgədə çoxlu sayda nüvə stansiyası var.

 

6.San-Francisko (ABŞ): Əhali 4,5 milyon olan San-FranSisko da aktiv tektonik fay xətti üzərindədir. 1906-cı ildə baş verən son böyük zəlzələdə 3 minə yaxın adam həyatını itirib. Zəlzələ mütəxəssislərinə görə, şəhərdə hər an yeni bir güclü zəlzələ ola bilər.

 

7.Tehran (İran): Əhalisi 8,5 milyon olan Tehran zəlzələ fay xəttinin üzərində yerləşir. Binaların zəlzələyə qarşı kifayət qədər davamlı olmaması təhlükəni artırır.

 

8.Manila (Filippin) : Əhalisi 11,9 milyon olan Manİla da eyni şəkildə böyük zəlzələ təhlükəsi olan şəhərlərdən biridir. Sıx əhalisi və zəlzələyə davamlı binaların az olması təhlükəni artırır.

 

9.İstanbul (Türkiyə): Əhalisi 14,3 milyon olan İstanbul Asiya və Avropa tektonik faylarının üzərində yerləşir. İstanbulda 2025-ci ilə qədər güclü zəlzələ baş verməsi ehtimalı olduqca yüksəkdir. Burada da əhalinin sıx olması və binaların zəlzələyə qarşı davamsız olması təhlükəni artırır.

 

10.Napoli (İtaliya): Əhali 1 milyon olan şəhərin altında böyük bir magma yatağı mövcuddur. Mütəxəssislər  təzyiq altında olan magmanı super vulkan kimi qiymətləndirirlər. Napolidə yaxın vaxtlarda vulkanik partlayışın baş vermə ehtimalı yüksəkdir.




Şərhlər:
Baxılıb: 559
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz