Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sıfırdan başlayan milyarderlər – siyahı
Sıfırdan başlayan milyarderlər – siyahı
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 490
Səs ver:
Forbes jurnalı ABŞ-ın ən varlı adamlarının növbəti siyahısını açıqlayıb.

Siyahıda 400 milyarderin adı yer alıb. Onların bir çoxu sıfırdan başlayan insanlardır. Bu, tək Amerika arzusu deyil. Bir neçə xarici biznesmen də sürətli və gözlənilməz uğura imza ata bilib.

Belə milyarderlərin təcrübəsi göstərir ki, istedad və bacarıq, inad və azacıq bəxt uğur qapısının açarıdır. Onların bir neçəsinin maraqlı həyat tarixçəsinə nəzər salaq.

WhatsApp-ın yaradıcısı Yan Kumun 37 yaşı var. O, 16 yaşında olarkən Ukraynadan ABŞ-a köçən ailəsi Kaliforniya ştatının Maunten-Vyu şəhərində əldə etdikləri kartoçka ilə alınan ərzaqla dolanırdı. 2009-cu ildə Kum və şəriki Brayan bütün dünyadakı insanları real zamanda birləşdirən ünsiyyət proqramını hazırlayır.

Hazırda istifadəçilərinin sayı 600 milyona çatan WhatsApp bu il Facebook kompaniyası tərəfindən 19 milyard dollara satın alınıb.
 
On beş il bundan əvvəl Alibaba kompaniyasını quran Cek Ma Çinin Hançjou şəhərində anadan olub və kasıbçılıq içərisində böyüyüb. O, kollecə iki dəfə imtahan verdikdən sonra qəbul olunub. Kolleci bitirərək sonra ingilis dili müəllimi işləməyə başlayıb. Cek Ma interneti ilk dəfə 1995-ci ildə ABŞ-a səfər edərkən görüb. Bundan bir qədər sonra Çinin ilk veb-startapına çevrilən China Pages məlumat saytını təsis edib. 1999-cu ildə isə Alibaba şirkətini qurub. Hazırda bu internet dükanı nəinki Çində, hətta bütün dünyada ən populyar kompaniyaya çevrilib.
 
IKEA şirkətinin yaradıcısı İnqvar Kamprad 7 yaşı olanda qonşularına kibrit, qələm, bayram açıqcaları və yeni il bəzəkləri satardı. 17 yaşında IKEA şirkətini quran Kamprad 21 yaşında mebel satışına başlayır və beləcə IKEA imperiyası yaranır. Hazırda kompaniyanın 42 ölkədə 340-dan artıq dükanı fəaliyyət göstərir.
 
Pakistandan ABŞ-a gələn Şahid Xan burada saatı 1 dollar 20 sentə qab yuyur, eyni zamanda İllinoys ştatının universitetində təhsil alırdı. Bu gün isə dünyanın ən zəngin adamları sırasında yer alan Xan ABŞ-ın ən böyük özəl kompaniyalarından biri olan Flex-N-Gate şirkətinin sahibidir. Bundan başqa Jacksonville Jaguars və Fulham futbol klubları da ona məxsusdur.
 
Do Von Çanq və Cin Suk adlı ər-arvad Forever 21 brendinin yaradıcılarıdır. 1981-ci ildə Koreyadan ABŞ-a gələn Do Von dolanmaq üçün eyni vaxtda üç yerdə – otel qapıçısı, yanacaq doldurma məntəqəsində operator və kafedə ofisiant işləməyə məcbur olur. 1984-cü ildə onlar ilk dükanlarını açırlar. Hazırda beynəlxalq şəbəkəyə çevrilmiş və 480 mağazaya malik Forever 21-in illik gəliri 3 milyard dollara çatır.
 
Roman Abramoviç 1966-cı ildə Saratovda anadan olub. Bir yaşında anasını, dörd yaşında atasını itirib. Bundan sonra Moskvada dayısının himayəsində yaşayan Poman Komidə sənaye institutunu bitirir və Qərbi Sibirdə neft məhsullarının satışı ilə məşğul olmağa başlayır. Bu gün Abramoviç Rusiyanın ən varlı iş adamlarındandır. İri yaxtalara və şəxsi Boeing 767 təyyarəsinə malik biznesmen, eyni zamanda, İngiltərənin məşhur Chelsea futbol klubunun sahibidir.


Şərhlər:
Baxılıb: 490
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz