Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
18+ haqqında bir neçə kəlmə
18+ haqqında bir neçə kəlmə
Göndərən: ALESSANDRA
Şərhlər: 7
Baxılıb: 1017
Səs ver:

Azərbaycanın müstəqil teatrı – Oda Teatrında ilk dəfə 18+ tamaşa baş tutdu. Elmin Bədəlov, Nihad Qulamzadə, Elza Furtado, Aynur Zərnitac və ən nəhayət tamaşanın rejissoru İmam Həsənovu alqışlamaq lazımdır. Fikirimcə, İmam bu tamaşayla inqilab etdi. Tamaşa başa çatıb. Tamaşaçılar fikir bildirir, İmam jestlər edir. Sonra hər kəs yoxa çıxır. İmam tək qalır. Sərxoşdur. Öz-özünə donquldanır, adamları söyür, əlini tez-tez alnına vurur. Küçədə diz çökür, Tanrıya nəsə pıçıldayır. Gəlin lap başa qayıdaq və tamaşaya baxaq.

 

 

Tamaşa qabağı adamlar səbrsizliklə gözləyirlər. Kimisi kitab oxuyur, kimisi sərinləmək üçün tez-tez su içir, kimisi də gözlərini döyür. Hava dəhşətli dərəcədə istidir. Adam bu canyandırıcı gündən heç çölə belə çıxmaq istəmir. Necə deyərlər, bu havada it də yuvasından çıxmaz. Buna baxmayaraq, adamlar istini unudub bugünkü tamaşaya gəliblər.

 

Ağ örtük bizlə üz-üzədir. Qəfil gur işıq ağ örtüyün fonunda görünür. Mənə elə gəldi ki, kinoteatra gəlmişəm. Aktyorlar Elmin və Elza bir-birilə sevişir, boğuşur və aktyor ağ örtüyü aradan qaldırır. Onun bağırtısı gəlir. Tamaşaçılar ani şəkildə panikaya düşür. Səhnə yenidən qaranlığa qərq olur.

 

Qeyd edim ki, tamaşanın adı "MimOda18+”dir. Erotik yerləri olsa belə, burada söhbət seksdən getmir. Tragikomedik tamaşa ciddi mesajlar ötürür. Seks də, ölüm də, komediya da həyatımızın bir parçasıdır. Necə ki, hava, su bizim təbii ehtiyacımızdır. Seks də bizim ən doğal haqqımızdır.

 

Bu dəfə səhnədə miskin, xəstə obrazlı görünən Elza əlidolu, kimdənsə gizlənə-gizlənə addımlayır. Daha sonra Elmin onun ətrafında pərvanəyə çevrilir. Onlar tez-tez öpüşür, boğuşur. Bir-birlərini sevsələr belə rahat sevişə bilmirlər. Evlənmək qərarına gəlirlər. Rahib geyimində İmam Həsənov səhəndə peyda olur. Xaçıyla birlikdə kənardan tam bir rahib təəssüratı bağışlayır. Özümü saxlaya bilmirəm. Gülməyə başlayıram. Tamaşaçılarda da təbəssüm yaranır. Burada dinə ironiya edilir. Bir növ dinlərə protest edilir, ancaq üstüörütülü və komik formada. Hətta

İmamın rahib geyimi dizdən aşağı yırtılır. Hamımız gülüşürük. İmam əsəbləşir, əlini tez-tez və zərbələrlə alnına vurur. Nəhayət rahib gedir. Bəylə gəlin artıq bir-birinin ola bilər. Tamaşanın ən canlı səhnəsi də elə burada olur. Elmin sevişmək istəyir, ancaq Elza qaçır, onu vurur, panika, həyəcan, səs-küy, aqressiya bir-birinə qarışır. Elmin qadının saçında tutur, ona ağır söyüşlər söyür. Ayrılırlar.

 

Tamaşaçılar daha çox diqqətlə səhnəyə baxırlar. Görəsən sonu, final necə olacaq?! Final səhnəsində qəfil bir-birini görən cütlük baxışır, bəlkə də yaşadıqları ağrı-acını gözlərindən oxuyurlar. Sonra ürəkparçalayan səhnə gözümüzün qabağında canlanır: onlar qucaqlaşıb dəlicəsinə öpüşürlər. Qadın xəstədir, oğlan yaşadığı travmanın təsiri altındadır. Onlar döşəməyə yıxılır və ağlayırlar. Qovuşmaq mümkün deyil. Onlar bir-birini anlaya bilmirlər. Ancaq ayrılmaq da olmur. Bununla da tamaşa başa çatır.

 

Tamaşada ciddi bir mesaj var: insanı sevmək lazımdır. Biz bəzən içimizdəki fırtınaları görə bilmirik. Kənar şeylərə, xaricə daha çox üstünlük veririk. Sevgi o qədər böyük bir anlamdır ki, onu hansısa xırda maneələrə görə rədd etmək, özündən uzaqlaşdırmaq olmaz. İnsan yeməksiz, susuz yaşaya bilər, ancaq sevgisiz mümkün deyil. Gerisi boş şeydi. Bir sözlə, əziz oxucular, sevin, sevilin! Bu dünyada heç kim başqaları üçün deyil, özü üçün yaşayır...




Şərhlər: 7
Baxılıb: 1017
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Gəlin başa qayıdıb tamaşaya baxaq.
10 dekabr 2015 12:48
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Happy
Mənlik xəbər olmadı. Oxumağada ərindim
1 dekabr 2015 00:22
# 6
Miss_Angel
Sitat: yarpaq33
Bu dunyada hami ozu ucun yawamaga caliwsada teesufki buna engel olanlarda cox olur
30 noyabr 2015 22:36
# 5
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
vipbetul
maraqsiz oxumadim
30 noyabr 2015 22:36
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
my_rules12
bir sey basa dusmedim vallah
30 noyabr 2015 14:35
# 3
Like mike bos seydi,esas can sagligidi..,duz deyiremse like:)
yarpaq33
Bu dunyada hami ozu ucun yawamaga caliwsada teesufki buna engel olanlarda cox olur
30 noyabr 2015 10:35
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Grsu
Cox gozel tamasaymis,oxuduqca ele bildim ki,izleyirem
30 noyabr 2015 05:37
# 1
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz