Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məşhurlar haqqında maraqlı faktlar
Məşhurlar haqqında maraqlı faktlar
Göndərən: ALESSANDRA
Şərhlər: 8
Baxılıb: 634
Səs ver:
Dünyanın bir sıra məşhur ictimai, siyasi, mədəniyyət, incəsənət, idman xadimləri ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Adlarını tarixə yazmış şəxslərin, habelə dünya incəsənətinin, mədəniyyətinin inkişafında mühüm rolu olmuş tanınmışların müxtəlif psixi xəstəliklərdən əziyyət çəkdikləri, müalicə olunduqları aşkarlanıb.

ABŞ tarixinə bu ölkəni rüsvay edən quldarlığı məhv etmiş prezident kimi düşmüş Abram Linkoln indi kliniki depressiya adlandırılan ruhi pozğunluqdan əziyyət çəkib. Heç kimlə ünsiyyətdə olmayan gələcək prezident özünə qapanaraq, gününü evində keçirirmiş.  

Böyük Britaniyanın məşhur ictimai-siyasi xadimi, Nobel mükafatı laureatı Uinston Çerçil ağır depressiyaya düşüb. O, hələ gəncliyi dövründə 2 dəfə 3 illik depressiyaya düşüb. Leninin "Sovet Rusiyasının ən böyük qənimi” adlandırdığı bu dahi hətta özünə qəsd etmək fikrinə də düşübmüş.

Şahzadə Diana əsəb xəstəliyindən əziyyət çəkdiyinə görə, tez-tez hirslənirmiş. Bu, onun həyatının son günlərində də özünü büruzə verirmiş.

Məşhur "Apokalipsis” filminin rejissoru, "Cəsur ürək” filminin və digər ekran əsərlərinin qəhrəmanı Mel Qibsonelə indi də depressiv psixozadan əziyyət çəkir. Yaxınları gündüzlər hər kəslə gülərüz davranan aktyor-rejissorun bəzən tamamilə dəyişdiyini qeyd edirlər.

Aktrisa Ancelina Coli də depressiyadan sığortalanmayanlar sırasındadır. Uşaq yaşlarında valideynlərinin ayrılmasından depressiyaya düşən aktrisanın hətta gənc yaşlarında da bu xəstəlikdən əziyyət çəkdiyi deyilir. Onun hətta bir zamanlar narkotikdən istifadə etdiyi də iddia olunur.

Müğənni Britni Spirsin başını ülgüclə qırxmasını xatırlamamış olmazsınız. Bundan sonra isə özünə qəsd etmək istədi. Reabilitasiya mərkəzinin işçilərinin sözlərinə görə, aktrisanı bu vəziyyətdən çıxarmaq üçün ona xüsusi dərmanlar veriblər.

Depressiya məşhur boksçu Mayk Taysonun uşaqlıq illərində onu yaxalayıb. Bundan yaxa qurtarmaq üçün tez-tez spirtli içkilər qəbul etmiş gələcəyin idmançısı özü etiraf edirmiş ki, intihar depressiyadan xilas olmağın ən yaxşı yoludur.

Tanınmış müğənni və pianoçu Elton Conun da adı keçmişin dəliləri siyahısındadır. Elton Conu bu siyahının ən ağır xəstəsi adlandırmaq olar. O, müxtəlif cür psixi xəstəliklərdən əziyyət çəkirmiş. Xoşbəxtlikdən, reabilitasiya mərkəzindəki müalicə onun səhhətinin yaxşılaşmasına kömək edib.

Ketrin Zeta-Cons maniakal depressiv psixozun yüngül formasından əziyyət çəkib. Qadına bu xəstəlikdən xilas olmasına əri, dünya şöhrətli aktyor Maykl Duqlas da kömək edib.  

Tanınmış aktyor və prodüser Con Xem isə xroniki depressiya xəstəsi kimi qeydiyyata düşüb.

Amerikanın professional basketbolunun təmsilçisi Roys Uayt uşaq yaşlarında özünə qapılır, heç nədən narahatlıq hiss etdiyini deyirmiş. Hər gün xüsusi dərmanlar qəbul edən idmançı indi özünü normal hiss edir.

Dünya idman tarixinə 18 qat olimpiya çempionu, 50 metr məsafəyə üzmək üzrə 26 dəfə dünya çempionu kimi düşmüş Maykl Felps indi də psixi xəstəlikdən əziyyət çəkir. O, buna görə bir neçə kurs müalicə də alıb.


Şərhlər: 8
Baxılıb: 634
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Onlar da canlı insan olduqları üçün bunlar təbii haldır.
10 dekabr 2015 13:32
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Grsu
Herkes depressiyaya duse biler,burda ne var ki,
29 noyabr 2015 17:18
# 7
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
senay))
nede olsa onlarda insandir onlarinda problemi ola biler
29 noyabr 2015 15:31
# 6
coooooooxxx xosbextem
vipbetul
maraqli faktlar melumatlardir
29 noyabr 2015 12:55
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
duymecik
onlarada hami kimi isandi,bularda qeribe hewne yoxdu,yeni olum ya hansisa xestelik gelende rutbeye,taninmiwliga yada ise baxmir
29 noyabr 2015 12:51
# 4
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
kiraz mevsimci kiz
taninmislar da bizim kimi insanlardir onlar bizden daha tez depressiyaya dusur
29 noyabr 2015 10:50
# 3
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
BARBI
Her kesin heyatinda bu kimi pozgunluqlarin oldugu donemler var . Esas odurki ohdesinden gelmeyi bacariblar
29 noyabr 2015 10:28
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
GünƏşimƏ_AiD_
ay ne maraqli ve deshet
29 noyabr 2015 05:54
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz