loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cavabsız suallar...
Cavabsız suallar...
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 591
Səs ver:

Heç düşündünüzmü, bu dünyaya niyə gəldik? Vəzifəmiz nə? Niyə yaşayırıq? Öləndən sonra nə olacaq?... Əlbəttə, düşündük! Bu sualları hər kəs zamanla öz-özünə verir. Bəs cavab? Verdiyimiz suallara cavab tapa bilirikmi? - Yox... Cavab tapa bilsəydik, hər dəfə bu sualları öz-özümüzə verməzdik. Bəs kim cavablayacaq suallarımızı?... Heç kim... Suallara cavab axtarmaqdan yoruldum artıq... Ümumiyyətlə, bu sualları öz-özümüzə verib beynimizi yormağın bir faydası varmı? Bax, bu sualın belə cavabını verə bilmirəm... Dünya niyə yarandı? Kim yaratdı? Yox, bu sualın cavabını bilirəm artıq. Dünyanı Allah yaradıb. İndi bir sual da yarandı beynimdə. Bəs Allahı kim yaradıb?? Hər şey necə öz-özünə yarana bilər? Bu necə mümkün olub? Allah indi bu yazdıqlarıma baxıb nə düşünür mənim haqda? Bəlkə sualların cavabını mənə vermək istəyir? Görəsən, onun gözündə mən necə bəndəyəm? Görəsən, sağ, yoxsa sol çiynimdəki mələyin siyahısı daha uzundur? Görəsən, qəbirstanlıqda yatan ölülərdən neçəsi cənnətə, neçəsi cəhənnəmə gedib? Görəsən, utanaraq insanlardan pul dilənən uşağın qarnı indi toxdur, ya ac? Şəhərdəki binalara baxıram... Görəsən, həmin binaları tikən usta indi xoşbəxtdirmi? Görəsən, görəsən.... Əgər bu suallara cavab tapa bilmiriksə, o zaman cavabı özümüz yaradaq! Məsələn, sağ çiynimdəki mələyin siyahısı daha uzundur. Mən yaxşı insanam. Qəbrdəki cansız cəsədlərin ruhu indi cənnətdədir. Dilənçi uşaq indi yeməyini yeyib və rahat, isti yatağına uzanıb yuxuya gedir... Həmin usta da indi varlı insanlardan biridir... Mən sualların cavabını özüm tapdım. Sualları beynimdə yaradıramsa, cavabını da özüm verməliyəm. Nəyə görə özümün günahkar bəndə olduğumu, ölülərin cəhənnəmdə yandığını, dilənçinin yoxsulluq içində yaşayıb axırda can verməsini, ustanın indi bədbəxt olduğunu fikirləşim? Axı hər şey həmişə belə davam etməməlidir. Fərqlilik yaradaq. Xoşbəxt sonluğa inanaq... Xoşbəxtlik isə özü hər dəfə gəlib sizi tapmaz. O sizi tapmırsa, siz onu axtarın! Necə ki, mən bu sualların cavabını tapdım. Hər kəsin xoşbəxt olduğuna inandım... Əsas elə budur! İnanmaq... İnan! İnanın! Xoşbəxt olacağınıza inanın... Suallara da bu şəkildə cavab tapın... cavabsız sualların cavabı elə özümüzdədir...


Şərhlər:
Baxılıb: 591
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz