Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tərk edilmiş “ruhlar şəhəri” - fotolar
Tərk edilmiş “ruhlar şəhəri” - fotolar
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 518
Səs ver:
Rusiyanın və keçmiş SSRİ-nin, habelə dünyanın 20000-ə yaxın şəhər və qəsəbəsi, kəndi, bölgəsi ayrı-ayrı vaxtlarda tərk edilib. Bunun əsas səbəbi həmin yerlərin köhnə strateji obyektlər, faydalı qazıntılar mədənləri, irimiqyaslı tikintilər meydanı olması ilə bağlıdır. Bu və digər səbəblər üzündən insanlar həmin yerləri tərk ediblər.

Qadınlar.biz "Ruhlar şəhəri” adlandırılan yaşayış məskənlərini təqdim edir:

Dünyanın tərk edilmiş şəhərləri arasında ən məşhuru Çernobıl faciəsi zamanı zərər çəkmiş Pripyatdır. İnsanların tərk etdiyi şəhərin görüntüləri adamda bu yaşayış məskəni haqda xarabalıq təəssüratı oyadır.

Piramida qəsəbəsi
Şpisbergendəki Piramida qəsəbəsi Rusiyanın kömür mədənlərindən biri ilə əlaqəli salınmış şəhər olub. Dünyanın ən şimal nöqtəsində yerləşən qəsəbədə vaxtilə yüzlərlə insan yaşayıb. Qəsəbə 1998-ci ilin martında tərk edilib. Yeri gəlmişkən, Leninin abidəsi hələ də qəsəbəni bəzəyir.

Peqrema kəndi
Kareliyada, mənzərəli gölün ətrafında yerləşən Peqrema kəndi bir neçə xristian evindən ibarətdir. Burada hər bir ev qədim memarlıq üslubunda tikilib. Peqrema sakinləri öz yurdlarını ötən əsrin 70-ci illərində, sovet hökuməti bu yaşayış məskənini perspektivsiz kənd elan etməsindən sonra tərk ediblər.

Qeyd edək ki, Varlam Xutınskonun XVIII əsrin ikinci yarısına aid qədim saatı bu günədək Peqremada qalmaqdadır. 1917-ci ilin oktyabr inqilabından sonra bütün ikonalar buradan aparılsa da, qədim saat toxunulmamış qalır. Maraqlıdır ki, bura səfər etmiş turistlər Peqremanın heç də atılmış yurd təsəvvürü bağışlamadığını deyirlər. Onlar hesab edirlər ki, əksinə Peqrema insanlarda daxili harmoniya yaradır.

Korzunovo qəsəbəsi
Norveç sərhədindən 30 kilometr aralıda yerləşən Korzunovoya ayrı-ayrı vaxtlarda Rusiya aviasiyasının müxtəlif alayları yerləşdirilib. Yeri gəlmişkən, qəsəbənin yaxınlığındakı Hərbi Hava Qüvvələrinə məxsus bazada planetin ilk kosmonavtı Yuri Qaqarin 3 il xidmət edib.
Ötən əsrin 90-cı illərində qarnizonun buraxılmasından sonra kənd tənəzzülə uğradı və sakinlər tədricən onu tərk etdilər. Və Korzunovo da sovet epoxasının "abidə”lərindən birinə çevrildi.
Açığı, Korzunovo tam tərk edilməyib. Buradakı iki "xruşovka” evinin sakinləri hələ də köçmək barədə düşünmürlər. Lakin digər binaların şüşələrinin sınıq olması, taxta tikililərin sıradan çıxması sakinlərin buranı tərk etdiyinə işarədir. Evlərin qaranlıq silueti axşamlar buranı olduqca sönük göstərir.

Skrunda-1 yaşayış massivi
Latviyadakı Skrunda-1 yaşayış massivi bir vaxtlar radiolokasiya stansiyasının yaxınlığında hərbi şəhərcik kimi mövcud olub. Lakin ruslar 1999-cu ilin oktyabrında oranı tərk etdiklərindən bu yaşayış massivi də "ölü məkan”lar siyahısına düşüb. İndi latışlar bu yeri "Kombinat” adlandırırlar. Skrunda-1 bu günə kimi Latviyanın Leninin sonuncu abidəsi olan yeganə ərazisidir.

Kiprin "ölü kurortu” - Varoşa
Kiprdəki ölü kurort Varoşa türklərlə işğalçı yunanlar arasındakı hərbi münaqişənin qurbanı sayılır. Çoxsaylı bombardmanlar bir zamanlar dünya şöhrətli qonaqları qəbul edən kurortun insanlar tərəfindən tərk edilməsinə səbəb olub.
40 il əvvəl hər cür avadanlıqlarla təchiz edilmiş otelləri, barları, restoranları, gecə klubları, dəbli mağazaları ilə seçilən kurorta insan nəfəsinə həsrət qalıb.    
BMT-nin qərarına əsasən, onun keçmiş sakinlərindən başqa  heç kimin bura gəlişinə icazə verilmir. Dəmir hasarla əhatələnən əraziyə heç jurnalistlər də buraxılmır. Varoşa bir sıra səbəblər üzündən bu günə qədər "ruhlar şəhəri” olaraq qalmaqdadır.

Gündoğar ölkənin Tomioka qəsəbəsi
Yaponiyadakı Tomioka qəsəbəsi Fukusimonun ən gözəl məkanlarından biri olub. Bir vaxtlar 16000 insanın  məskunlaşdığı yapon "Pripyat”ının sakinləri yerli atom elektrik stansiyasında 2011-ci ildə baş vermiş qəzadan sonra bütünlüklə köçürülüb. Bu arada maraqlı bir məqamı vurğulamaq yerinə düşür: "Sakinləri tərəfindən tərk edilməsinə baxmayaraq, burada işıqforlar 2013-cü ilə qədər işləyirdi. Piyadaların və avtomobillərin olmadığı qəsəbədə işıqforların yanıb-sönməsi insana qəribə görünür. 
Yeri gəlmişkən, hər kəsin buranı tərk etməsinə baxmayaraq, 55 yaşlı Naoto Maçumura Tomiokanın yeganə sakini olaraq qalır. Mətbuat onu "radioaktiv insan” adlandırır.  

Müflisləşmiş Detroyt
ABŞ-da xeyli sayda "ruhlar şəhəri”nin olmasına baxmayaraq, məhz ölkənin şimalında yerləşən və bir zamanlar ən güclü avtomobil sənayesi mərkəzi sayılan  Detroyt ən çox dağıntıya məruz qalmış yaşayış məskənidir. Düzdür, burada hələ də üç iri avtomobil şirkəti fəaliyyət göstərsə də, zavodlar çoxu bağlanıb, yaşayış yerlərinin əksəriyyəti "yetim qalıb”.   

Kilamba şəhəri
Anqolanın Kilamba şəhəri tərk edilmiş yaşayış məskəni deyil. Lakin göz oxşayan bu şəhərin xərcləri afrikalıların böyük qisminin cibinə uyğun olmadığından 500 min sakin üçün nəzərdə tutulmuş Kilamba hələ də öz sakinlərinin yolunu gözləyir. Ticarət mərkəzləri, orta məktəblər və mağazalar yerli sakinlər üçün əlçatmazdır.

Şəhərin salınması 2012-ci ildə başa çatsa da, Kilambada bu günə qədər cəmi 200 mənzil satılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 518
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz