Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şahin Xəlilin "Adsız yol" romanından...
Şahin Xəlilin
Göndərən: tek umidim sen
Şərhlər:
Baxılıb: 477
Səs ver:
Qorxum yaşamaqdı,ölməyə nə var ki...Bir Allah, bir dost, bir yar ki...Versin stimul, kəndir ki, yapışım məqsədlərdən, hədəflərdən.Arzu səmasına ulduz qonsun,”kaşkiləri” pozum dünənlərdən.Pessimist aura, beyinə çaxılan güllə.Qarşılayım ölüm mələyini,qucaq dolusu güllə.Verilsin bütün xəstələrin dərdləri,yetimlərin göz yaşları.Tikək mərhəmət şəhəri,çıxaraq çürümüş daşları.Qaynadaq ağıllılar qazanında axmaq başları.İnsan yaratmayıbmı pulu?Niyə bəs olub öz yaratdığının qulu?Axı gülüşü unudan milyonlar var.Günahkar izləri örtməyə yada düşmür Allah,"itəcək, yağsın kaşki qar".Qonşu-qonşu arasında dəmir hasar, çəpər.Kabab qoxusu, ac olan cəhənnəmə ki? Düşünmə ki, nəfsi çəkər. Səni əməllərin əkibsə, günahlarınmı biçər? Qəlbinə boylan,şəhərini görə bilməkçün. Günah özündədir,ağırdırsa yükün.

♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡

Gedirəm... Yolum uzun,mənzilim uzaqlardı. Mənə əziz mənzərə bu dənizdi,dəli dalğalardı. Bu şəhərdə tapmadım günəşi,tapmadım arzuları. Gedirəm indi yoraraq ayaqları. Tanış notlar,tanış musiqi. Maestro,bağışlasın tuta bilmədim ritmi. Çəkdim gormədiyin gülüşümü ulduzlara. Görəsən nə səbəb var yalanlara? Gecədi artıq,gecdi artıq. Daha bir ümüdü alçaltdıq. manət olsun dənizim sənə,bu şəhərim sənə. Daha yoxdur çiçəkləyən tikan. Daha yoxdur yuxuna haram qatan. Gedirəm əsam və mən... Qal salamat,bacarsan o şəhərin,o da sən!

♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡

Bölüşmürəm səninlə dərdimi. Bölüşsəm nə olacaq ki? Rahatlıq əvəzinə mənalı baxışlarındakı suallara rast gələcəyəm. Bölüşmürəm səninlə sevincimi,çünki görə bilməzsən həmin anı. Nə kölgəm ol,nə əksim. Batarsan qaranlığımda,azarsan düşüncəmdə,yanarsan soyuqluğumda! Uzaq ol mənə,ulduzlar kimi. Nə vaxtsa göydən axsan arzu tutum. Razıyam axmaq olum alimlər ölkəsində. Razıyam epizodik rol dahilər səhnəsində. Razıyam ömürlük məhkumluq düşüncələr türməsində.

♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡

Gələcək gəlməyəcək. Saxta dodaqlarda axtarma təbəssüm,gülməyəcək. Bilməyəcək nə dediyini axmaq,lal olub dinməyəcək. Demişdim axı ay ürək,o vəfasızdı,aldadacaq,sevməyəcək. Çırp qapını üzümə,titrəsin divarlar. Dağılsın gözümdəki hasarlar. Məni proloqa qaytarın hörmətli yazarlar... Çəkim həyatımı fərqli kətanda. Fərqli rənglərlə işləyim naxışları. Gizlət utanmaz baxışları. Buludları ağlat,gətir mənə yağışları. Pıçılda şeytanın ilahi sevgisini. Hiçqırıqlarda boğaq ölümün zümzüməsini.

♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡

Xəyalları da yola saldım sonuncu qatarla. Vağzalın ayrılıqlardan ağırlaşmış aurası. Həyatın daha bir sürpriz sinfoniyası. Ümüdlərə sığındım... Samandan körpü quranda düşünməmişdim,qismətin kibriti var. Dəniz ləpələrində ayaq izləri,sahildə qumdan qəsr yadigarı... Həmin qəsr də boş qaldı... Yağışla palçığa qarışdı. Var gücüylə qaçdı,mayakın bələdçiliyi ilə... Qara ləpələr,vahimənin noktyurnu... Öz ləpirləri olan ləpələr cəlladı obrazını almışdı... Rəqs etdi dalğaların ritmiylə... Çırpındı bacardıqca,yadına düşdü ki,üzə bilmir...

♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡

Gözlərində qış gördüm,göz yaşların qar oldu. Döndüm baxışlarında,bilirdim... Bilirdim ki,sondu. Bilirdim aldadacaqsan,bilirdim satacaqsan. Bilirdim yolda qoyacaqsan. Fikirlərimdən əl çək, nə vaxta kimi yoracaqsan? Təsəllin nədi? Göz yaşlarınlamı günahları yuyacaqsan? Unuda bilərsən? Son xahişim... Mənimlə rəqs edərsən? Hmm,qorxursan yenidən sevərsən? Onda sus! Acizliyini aldat,ol vəfasız öz yalanlarına, qürüruna. Tikanlar döşədim qayıtmaq istədiyin yollarına. Ol təslim nəfsivin səni oxşayan qollarına. Ürəyin olmasın ayaqyolu, hər gələn murdarlamasın. Sənə vəfasızlıq yaraşır. Özünü qoru ki, səndən də şərəfsizi çıxıbda səni aldatmasın.

♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡

Kökü qurumuş ağac kölgəsində vahiməli yuxu. Sevgi axtarışında olan axmaqlar, Allah axtarışında olan kafirlər, xöşbəxtlik axtarışında bədbəxtlər. Ürəklər seyflərdə, xöşbəxtlik Franklinin əksi olan kağızlarda. Yalana olub hamilə dünya. Axmaqlarla dolu yalan dünya. Pəncərəsi çatlaq,fani dünya. Duyğulardan paltar geyən insanların qəbər ürəkləri. Hardadı mənim yerim? Hansı keçid,hansı skamya,hansı zibil yeşiyi? Qəhrəmanlıq ordeni ilə nahar,tələdəki pendirlə şam yeməyi. Övlad vicdanına bağlı qocalıq illəri,valideyn sevgisine bağlı uşaqlıq. Mən azadam,məni görən yoxdu!

♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡

Siz canınız üçün mühafizəçi tutanda, bizləri intihar etməyə qoymur keyfiyyətsiz kəndirlər...

♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡♥♡

On dəqiqə azadlıq olardı. Gözlər azadlıqdan doyardı. Sonrası cəhənnəm cənnətdə solardı. Bir damcı su,bir ovuc torpaq. Bir də bir neçə xatirə şikəst,çolaq. Azadlıq yeyək,azadlıq içək,azadlıq qoxlayaq. Qoxular özü də bir ətir. Satılacaq yağışsız çətir. Gətir! Mənə yağış gətir! Mənə azadlıqdan nə tapsan gətir!


Şərhlər:
Baxılıb: 477
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz