Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
10 ən dəhşətli ev və qəsrlər
10 ən dəhşətli ev və qəsrlər
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 1117
Səs ver:
Bir neçə əsrlik tarixi olan evlər və qəsrlər var ki, onlarda əsrlər öncə həmin yerdə yaşamış insanların sakitləşməmiş ruhları dolanır. Hərçənd turistləri bu faktlar çox cəlb edir. Təqdim edəcəyimiz onluqda siz 10 ən dəhşətli ev və qəsrlərlə tanış olacaqsız.

1. Bliklinq-hol İngiltərə
İngiltərənin Bliklinq-hol adlı qəsri ölkənin şərqində, Norfolk qraflığında yerləşir. Qəsr XVI-cı əsrin ortalarında, Hobart adlı hakim üçün tikilib. Ondan öncə isə Bliklinq mülkiyyəti Boleyn ailəsinə məxsus idi. Qədim ingilis inanclarına əsasən, VIII Henrinin arvadı olan məşhur Anna Boleyn bu qəsrdə doğulub və onun ruhu burda tez-tez görünür. 1533-cü ildə İngiltərə kralı VIII Henri keçmiş arvadından ayrıldıqdan sonra Boleynlər evlənib. Boşanmasının səbəblərindən biri isə o idi ki, birinci arvadı ona oğul verə bilmirdi. Daha bir səbəb isə kralın Boleynə qarşı olan məhəbbəti idi. VIII Henri birinci arvadından ayrılmaqla İngiltərəylə Vatikan arasında olan münasibətləri də pozdu. İngiltərənin tacını taxdıqdan sonra Boleyn özünə çox düşmən qazandı. O, bahalı zinət əşyaları alırdı, təntənəli mərasimlər keçirirdi. Lakin dünyaya gətirdiyi qız uşağı onun ölümünə səbəb oldu. VIII Henri 1536-cı ildə Ceyn Seymur adlı başqa qadınla evlənmək üçün Annanı ortadan götürmək qərarına gəldi. Şahzadə Anna Boleyn krala və vətəninə xəyanətdə ittiham olunaraq boynu vuruldu. O, zamandan bəri onun ruhu həmin qəsrdə görünür. Görənlər iddia edirlər ki, Anna kəsilmiş başını əlində gəzdirir.

2. Rocmberk qəsri ( Çexiya )
Rocmberk qəsri Çexiyada Vtalvanın sahilində yerləşir. XIII əsrdə Rocmberk cəngavərləri tərəfindən tikilən qəsr özündə çox sirrlər saxlayır. 1429-cu ildə qəsr sahibi Ulrih Rocmberkin doğulan qızına Perta adı verilir. Qızın 20 yaşı tamam olan gün atası onu zorla Yan Lihtenşteyn adlı zadəgana ərə verir. Kürəkən qızın var dövlətinə , Ulrih isə Yanın siyası əlaqələrinə ümid edirdi. Arvadını sevməyən Yan onunla çox pis rəftar edirdi. 1476-cı ildə Yan Lihtenşteyn ölür. Ölüm ayağında Yan Pertadan üzr istəyir o isə qəbul etmir. Cavab olaraq Yan deyir: "Onda səni lənətə gələsən!” 3 ildən sonra Perta ölür lakin onun ruhu bu dünyanı tərk edə bilmir. Yəqin ki, buna səbəb Yanın lənəti olub. İndi Pertanın ruhu Rocmberk qəsrində ağ paltarda görünür. Ona görə də ona "Ağ Qadın” adı veriblər. Ağ Qadın heç kəsə zərər yetirmir. Əfsanələrə görə Ağ Qadın hərdən qara hərdən isə qırmızı paltarda görünür. Qara paltar kiminsə ölümü qırmızı isə yanğın xəbərdarlığıdır.

3. Boynis qəsri ( Slovakiya)
Slovakiyanın da özünəməxsus Ağ Qadını var amma onun adı "Ağ pani”dir. Ağ paninin Slovakiyadakı prototipi qrafinya Yuliya Korponaydır. Yuliya əri kapitan Korponayla Slovakiyanın şərqində, Levoçi şəhərində yaşayırdı. Qrafinya ərinə düşmən olan ordunun başçısına vurulur və onlara şəhərə gələn gizli yolu göstərir. Yuliyanı xəyanətdə ittiham edib öldürürlər. O zamandan bəri, onun ruhu Levoçi şəhərinin ratuşasında görünür. Əfsanəyə görə, onun ruhu gizli qapıları açmağa çalışır. Baxmayaraq ki, Ağ pani ədəbiyyat personajıdır onun haqqında əfsanələr Slovakiyada çox məşhurdur. Onu Boynis qəsrində dəfələrlə görüblər. Boynis qəsri XII əsrdə qədim vulkanın yerində inşa olunub. Əvvəlcə qəsr taxtadan tikilib sonra isə o daşla düzülüb.

4. Fontenblo qəsri ( Fransa)
 Fransanın da kabusları var. Ən çox ruhlara və kabuslara rast gəlinən qəsrlərdən biri də Fontenblo qəsridir. Fransanın kral ailələri hələ qədim zamanlardan bəri qəsrin ətrafında yerləşən meşədə ovçuluq edirdilər. Qəsr XVI əsrdə inşa olunub. Fortenblo qəsri xüsusilə tikilib – o, Fransa krallarının rezidensiyası olub. Bu qəsrdə Napoleon Bonapart yaşayıb elə burda da o taxtdan imtina edib. Burada olan ruhlar krallara çox məsləhətlər veriblər.

5. Qlemis qəsri ( Şotlandiya)
Şotlandiyada olan hər ikinci qəsrdə kabuslar var. Ən çox kabusların gəzdiyi Qlemis qəsrinin tarixi XI əsrə aitdir. 1034-cü ildə qəsrdə ilk faciə baş verir – Şotlandiya kralı II Malkolm qəsrdə öldürülür. Həmin gün kralın qanı taxta döşəməyə yayılır. Qan ləkəsi bu günə qədər də qalıb və Malkolmun ruhu həmin yeri tərk etmir. Qəsrdə XV əsrdə baş verən hadisə isə daha dəhşətlidir. Qəsrin sahibi qraf Qlemis kart oynamağı çox sevirdi. O, bir şənbə günü oyun oynayan zaman çox həvəslənib və gecə yarısına qədər oyununu dayandırmayıb. Qulluqçu ona yaxınlaşıb bazar günü olduğunu və həmin gün onun kilsəyə gedib dua etməli olduğunu dedikdə isə Qlemis əsəbiləşib və deyib: " Hətta şeytan belə gəlib qoşulsa, mən oyundan əl çəkən deyiləm!”. Saniyələr sonra göy gürultusundan sonra şeytan gələrək oynayanlara ona ruhlarını uduzduqlarını və Axirətə qədər kart oynayacaqlarını deyib. Bu günə qədər də , qraf qəsrin qapısı olmayan otağında şeytanla kart oynayır. Kənardan otaq görünür lakin qəsrin içində həmin otağa açılan qapı yoxdur. Deyilənə görə, qulluqçular qrafı şeytanla oyun oynayan görən zaman otağın girşini həmişəlik bağlayıblar. Əgər otağın divarına bazar günü gecə yaxınlaşsanız oyunçuların səslərin eşidə bilərsiz...Burada həmçinin cadugərlikdə ittiham olunub yandırılan qrafinya Qlemisin, Boz Qadın adı verilən Canet Duqlasın və s. kabusları görmək olar.

6. Blenheym sarayı ( İngiltərə)
Blenheym sarayı İngiltərədə Vudstok şəhərində yerləşir. Oksforda yaxın olan bu saray XVIII əsrdə dağılmış Vudstok qəsrinin yerində tikilib. XII əsrdə Vudstok qəsrində İngiltərə kralı II Henri öz sevgilisi Rozamunda Kliffordla vaxt keçirməyi sevirdi. Əfsanəyə görə , sevgilisini arvadının qəzəbindən qorumaq üçün Henri qəsrin ətrafında keçilməz labirint yaradıb. Labirintdə düzgün yolu yalnız gümüş sap vasitəsiylə tapmaq mümkün idi. Lakin bir gün arvadı xəyanətçi ərini izləyib və Vudstok qəsrinə yolu tapıb. Kralın arvadı Rozamundanı tapdıqdan sonra ona iki növ ölüm təklif edib – bıçaqdan və zəhərdən. Rozamunda zəhəri seçib və əzabla ölüb. İndiyə qədər də onun ruhu sevgilisi Henrini gözləyir. Onun ruhu Blenheym sarayında görünüb.

7. Danster qəsri ( İngiltərə)
Daha bir ingilis qəsri də İngiltərədə yerləşir. Danster qəsrinin tarixi min ildən çoxdur. 600 il müddətində qəsrin sahibi Latrel nəsli olub. Qəsr cəmi bir dəfə başqasına verilib, 1376-cı ildə Moqan ailəsi sahib olub. Danster qəsrində "yaşıl paltarlı kabus” tez-tez görünür. Qəsrdə qurulan suvenir dükanında yerləşən əşyalar anidən tökülür. Görəsən niyə o bu əşyaları sevmir?

8. Krenşou Haus villası ( ABŞ)
İngiltərədən fərqli olaraq ABŞ-ın kabusları qəslərdə yox, XVIII-XIX əsrə aid villalarda görünürlər. ABŞ-ın ən kabuslu evlərindən biri sayılan Krenşou Haus villası İllinois ştatında yerləşir. Villa 1838-ci ildə quldar və qul alverçisi olan Con Krenşou tərəfindən tikilib. İnsanlar onun çox qəddar insan olduğunu və qullarla çox pis rəftar etdiyini deyirdilər. Həmçinin qara dərililərin ailələrinin kütləvi oğurlanması ilə də məşğul olurdu. Conun evinin damında qullar üçün həbsxana var idi. 1851-ci ildə ruhlar haqqında ilk dəfə söhbətlər yayılmağa başladı. İnsanlar evin damından çığırtılar, zəncir səsləri eşitdiklərini deyirdilər. 1864-cü ildə Con Krenşou villanı satır, 1871-ci ildə o vəfat edir. XX əsrdə villa Sisk ailəsinə keçir. 1920-ci ildə Hikman Bitinqton adlı şəxs Krenşou Haus haqqında qəzetə məqalə yazır. Məqalədən sonra o həmin evin çardağında bir gecə qalmaq qərarına gəlir. O səhərə sağ çıxmır...Turistlər kabuslu evə gəlib bir neçə saat sonra qışqıraraq oradan qaçırdılar. 1961-ci ildə villanın sahibi ora yaxınlaşmağa qadağa qoydu. 2003-cü ildən bəri villa İllinois ştatının hakimiyyət orqanlarına məxsus olub və ora giriş qadağandır.

9. Stenli Hotel ( ABŞ)
ABŞ-ın Kolorado ştatı öz kabuslu oteli ilə məşhurdur. Stenli Hotel adlı mehmanxana Stiven Kinqin " Parıltı” əsərində yada salınır. Elə bu oteldə Stiven Kinq öz əsərini yazır və həmin oteldə mini-serial çəkilib. İş burasındadır ki, oteldə doğurdan da otelin ilk sahibinin və onun arvadının ruhları gəzir. Otelin personalı mütəmadi olaraq qəribə səslər eşidir. Oteldə uşaqların ruhları və lord Dunravenin ruhları görünür. Lakin Kinqin əsərindən fərqli olaraq həmin ruhlar heç kəsə zərər yetirmirlər.

10. Mixaylov qəsri (Rusiya)
Ən dəhşətli və kabuslu evlər siyahısında Rusiyanın Peterburq şəhərində tikilən Mixaylov qəsri də var. Knyaz Pavel Petroviç 1796-cı ildə taxta çıxan kimi Mixaylov qəsrinin tikintisi haqqında qanun verir. 1801-ci ildə tikintisi bitən evə knyaz ailəsiylə birgə köçür. 40 gündən sonra imperator qəsrdə öldürülür. Əfsanəyə görə Pavelin ruhu tikdirdiyi qəsri tərk etmək istəmir.


Şərhlər:
Baxılıb: 1117
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz