Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəzanın gözəlliyi
Xəzanın gözəlliyi
Göndərən: tek umidim sen
Şərhlər:
Baxılıb: 480
Səs ver:
Eşitdiyi ürküdücü səslə qeyri-ixtiyari diksindi. Gördüyü mənzərə qarşısında çaşıb qaldı. Yarpaq, bağlı olduğu budaqdan ayrılmış, yerə doğru düşürdü. Dünyasını səs-küyə bürüyən bu ayrılığın səsi idi. "Bu bir qopmamı, yoxsa doğuşmu?" dedi. Nə olacaq bundan sonra deyə düşünərkən, dilinə, hər vaxt təkrar etdiyi «Boşluq yox bu aləmdə!” cümləsi gəldi...

Tumurcuqkən, ətrafında bir çox yarpaq görmüşdü. Bir müddət sonra da budaqların çiçəklərlə bəzəndiyini… Yarpaqlar və çiçəklər, gün keçdikcə bir-birlərindən ayrılmaz hala gəlmişlərdi. Yaşlı ağacın budaqlarında səadət içində bahar nəğmələri söyləyirdilər.  Və beləcə ayrılığın soyuq küləklərini hiss edənə qədər sürmüşdü bu mahnı.

O gün canı kimi sevdiyi yoldaşlarının sağa, sola itələnilib qaxıldığını gördüyündə yarpaq dəliyə dönmüşdü. Ağaca, niyə çiçəklərə sahib çıxmadığını soruşmuşdu. Ağac isə hər şey normalmış kimi təbəssüm edərək bunları pıçıldadı:

"Övladım, bu aləmdə boşluq yox. Hər şey bir plan çərçivəsində cərəyan edir. Bütün olanlar, qədər kitabının bir cümləsi, şeirinin bir misrasıdır. Mən daha toxum ikən, irəlidə həyat tapıb ağac olacağım yazılı idi. Biz faydsız sayılırıqmı səncə? Məni əmanət olaraq bağrında daşıyan toxum, çürüməyi qəbul etməyib üsyan etsəydi, bu gün sən və mən baharın simfoniyasını dinləyə bilərdikmi? Biz bu zaman çayında kiçik köpükdən başqa bir şey deyilik. Bu həqiqəti qavrayanlar, kiçiklikdən xilas olub böyük olarkən; yalanlarla özlərini ovudanlar, zillətləri səbəbiylə gülünc vəziyyətə düşəcəklər. Sən də gəl bu gülünc vəziyyəti burax və hadisələri olduğu kimi qarşılayaraq pərdə arxasındakı hikmətlərdən ləzzət al. Bir çay ki axar Ərşdən dayanmadan,Yuyun sən də fürsətin itmədən.”
Yarpaq, ağacın dediklərindən bir şey başa düşməsə də, birazca təsəlli olduğunu hiss etmişdi. Havada uçuşan çiçəklərdən biri yarpağa toxunduqda, yoldaşı yerə düşməsin deyə onu tutmaq istəmişdi. Lakin çiçək ondan qaçmış və yarpaq bu vəziyyətə heyrətlə baxmışdır. Bu itib getmədə nə gözəllik ola bilər, deyə düşünmüşdü. Suallarına cavab tapmadan rahat edə bilmirdi. Bir müddət sonra, çiçəklərin tərk edib getdiyi yeri nazənin meyvələr yetişdiyini görəndə səhvini onda anlaya bilmişdi. Onlarla qurduğu dostluq səbəbiylə, artıq çiçəklərin yoxluğunu heç xatırlamırdı.
Çiçəklərin vəzifəsinin meyvələrə zəmin hazırlamaq olduğunu və getmələrində nə böyük hikmətlər olduğunu  anlayınca ağacdan üzr istəmişdi. Ağac da hər zamanki kimi böyüklük edib bağışlamış, müdrik qoca ədasıyla nəsihət vermişdi:

"Demək ki bu aləmdə boşluq olmadığını anladın. Sən də buradan gedəcəyini bilməlisən. Amma sən daha gözəl bir şey üçün gedəcəksən. Torpaqda çürüdükdən sonra, təkrar diriləcəksən. Çürümək yoxluq aləminə getmək deyil, əksinə yeni bir həyata ayaq basmaq deməkdir. Bizə bu qədər lütf edən Mərhəməti Sonsuz, bizi yoxluğa atmaqla rəhmətini kəsməz.”

Yarpaq bir dəfə daha "Boşluq yox bu aləmdə!” deyərək  xatirələrindən ayrıldı. Hər gün yoldaşlarıyla oynaşdığı küləyin qollarında süzülüb dayanırdı. Külək də onu çox sevirdi. O, hər gəlişində üst başına bulaşmış çirkləri təmizləyirdi. Yarpaq içini sıxıb qovuran ayrılıq ağrısını dostuyla qucaqlaşaraq azaltmağa çalışırdı. Külək onun bu kədərini gördükdə, hər zaman  yaxşılıq edən yoldaşının dərdinə ortaq olmaq istədi. Sərin nəfəsiylə yarpağı yüksəklərə qaldırdı:

— Nə olub dostum, kədərli görünürsən?

— Baş verən hadisələrə bir etirazım və ya bir üsyanım yox, amma... Düşünürəm də bu qədər böyük aləmdə kiçik bir yarpağa kim əhəmiyyət verər ki?

Külək dostunu sevindirmək üçün onu bir yuxarı, bir aşağı endirib dayanırdı.

— Ah  dostum, sanki bu aləmdə hər kəsin əhəmiyyəti öz əlinədir ki, sən əhəmiyyətsizliyinə kədərlənirsən. Kim qiymətlidirsə, bu dəyər ona bir lütfdür. Ne nemət verilmişsə öpüb başına qoyacaqsan. Bunu "Mən qazandım.” lovğalanması səhv olduğu kimi, "Mən bir heçəm” ifadəsidə səhvdir. Bax nə gözəl paltarların və vəzifən var.

— Yaxşı, sən niyə zərrəciklərimi bir-bir təmizləyirdin? Niyə bu qədər kiçik zərrələrin, atomların əhəmiyyəti yox demirdin?

— Nə bilim, vəzifəm o idi və mən də edirdim.

— Eh, sənə o vəzifəni verən  Zat, mənim hər zərrəmi hər an bilir və idarə edir deməkdir. Mənim bütün zərrəciklərim faydasız olsaydı mən onları bir istiqamətə icra edib əsə bilməzdim heç? Mənim kiçik zərrələrimi unutmursa, sənin kimi əhəmiyyətli işlər görən birini heç unutmaz. Haydı gəl səninlə varlıqlar arasındakı bir-birlərinə necə kömək etdiklərinə baxmağa gedək. Orada suallarına daha yaxşı cavab taparsan.
Külək yavaş yavaş solğunlaşan yarpağı yüksəldib ətrafdakı canlıları seyr etdirdi. Bitki və ağaclar meyvəyə dayanmanın təlaşında idilər. Şəfqət dənizində üzən varlıqlar, bir-birlərinin köməyinə gedirdilər.

Yarpaq baxışlarını qaldırıb, əndamını şəfqətlə isidən günəşə baxmaq istədi. Ən sevdiyi şey, hər səhər günəşlə cilvələşmək idi. Doğulduğundan bəri onun isti iqlimində xoşbəxt bir həyat sürmüşdü. Gecə itdiyində, səhərə qədər səbirsizliklə onun geri gəlməsini gözləyərdi. Günəşlə vaxt keçirdiyi zaman ondan aldığı şüalarla içindəki çirkli havanı təmizləyərdi. Bu dostluqdan doğan tərtəmiz nəfəs ətrafdakı hər kəsə həyat azuqəsi olurdu.

Günəş, yarpağın, yoldaşı küləklə düşüncəli bir şəkildə gəzdiyini görüncə, onu daha bir şəfqətlə isitməyə başladı.

— Qardaşım, demək sənin də vuslat vaxtın gəldi. Lakin düşüncəlisən bir az. Bir məsələnmi var?

— Külək mənə onun hər zərrəsindən xəbərdar olan birinin olduğunu söylədi. O Zatın məni görəcəyini və gözləyəcəyini bildirdi. Bunu heç cür anlaya bilmirəm. Necə olar da mənim kimi saysız-hesabsız  yarpaqları, hətta onların zərrələrini bilsin və idarə etsin, amma bir-birinə qarışdırmasın. Bu qədər qarışıq və saysız işlərin öhdəsindən necə gəlir heç cür qavraya bilmirəm.

— Mən də sənin kimi bu aləmdə qonağam. Hər kəs kimi məhdud və faniyəm. Vəzifəmsə, yer üzündəki hər kəsi isitmək və işıqlandırmaqdır bilirsən. Mən bu vəzifəni edərkən saysız yarpağı, ağacı… qısacası hər kəsi istilədirəm. Lakin bu vəzifəmi icra etdiyim zaman heç kim nəzərimdən qaçmaz. Milyonlarla yarpağı istilətməm səni istilətməmə mane deyil. Səninlə olan dostluğum başqalarının dostluğuna mane olmaz. Sən məndən uzaq olsansa da, mən sənə yaxınam. İndi, mən bu vəzifəyə layiq görüldümsə bu vəzifəni mənə verən, bundan daha gözəlini edə bilməzmi? Hamımızın arasına bu qədər sevgi və kömək etmək  qanununu qoyan, sevməz və mərhəmət etməzmi?

Yarpaq, dostlarının, məntiqli şərhlərlə suallarını cavablandırdıqca özünü fövqəladə xoşbəxt hiss edirdi. Artıq aqibətindən qorxmurdu. Torpaqda çürüməyi yoxluğa atılmaq, unudulmaq kimi görmürdü. İçində yeni bir səfərə çıxmanın həyəcanını yaşayırdı. Yolunu gözləyən bir sevgilinin eşqi meydana çıxırdı içində. Bir an əvvəl qovuşmaq istəyirdi. Yarpağın ruh halını anlayan külək, dostunu daha çox yormamaq üçün onu yavaş yavaş yerə endirməyə başladı. Yarpaq son dəfə ağaca və dostlarına baxıb onlarla vidalaşdı. Cisimini hər zərrəsi əmr altında olan küləyə təslim etdi. Dostunun başıboş olmadığını bilirdi. Onun aparacağı yerin özünün qədəri olduğuna inanırdı.
 
Külək, yarpağı yavaşca torpaq zəminə endirdi. Son dəfə dostunu yüngülcə oxşayıb oradan ayrıldı. Yarpaq, ana qucağını xatırladan güvən və istiliyi torpaqda tapdı. Özünü fövqəladə gücsüz və solğun hiss edirdi. Səbirsizliklə bədəninin parçalanıb torpağa qarışmasını gözləyirdi. Ölüb təkrar dirilib yüksəklik də bir yerdə dayandığını görürdü ele bil. Günəş və küləkdən sonra indi özünü tək buraxmayan torpağı görüncə, ağacın dediklərini daha yaxşı anlayırdı. Görə bilmədiyi bir Zatın özündən hər an xəbərdar olduğuna adı kimi əmin idi. Taqəti qalmayan dodaqlarını çətinliklə hərəkət etdirib, son dəfə "Boşluq yox bu aləmdə!” dedi.

Abdülgafur Neft Çalalı


Şərhlər:
Baxılıb: 480
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz