Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həqiqət keçilməz bir səddir
Həqiqət keçilməz bir səddir
Göndərən: tek umidim sen
Şərhlər:
Baxılıb: 392
Səs ver:
Həqiqət keçilməz bir səddir.

İtaətkarlığın səbəbi qorxudur, bu isə ağlı kütləşdirir.

Ağrıların çarəsi ağrılardır. İztirab özü insanı əzab çəkməkdən xilas edir.

Azadlıq və sevgi bir-biri ilə bağlıdır. Sevgi münasibət demək deyil. Səni sevirəm, çünki, məni sevirsən, bu, sevgi deyil, bu, çox bəsit bir ticarətdir, bazardan mal almaq kimi. Əsl sevgi qarşılığında heç nə gözləmədən verilən sevgidir, nə isə verdiyini hiss etməməlisən və sadəcə bu sevgi azadlığa doğru aparır.

İnsan yalnız təbiətdən uzaqlaşanda məbədlər, kilsələr, məscidlər əhəmiyyət kəsb etməyə başlayır.

Sizə iki şeytanın hekayəsini danışmaq istərdim. Yol boyunca addımlayan iki şeytan qarşıdan gələn bir kişinin yerdən nə isə götürdüyünü və ona nəzər saldıqdan sonra cibinə qoyduğunu görürlər. Şeytanlardan biri «o kişi nə götürdü elə?” — deyə soruşdu. Digər şeytanın cavabı isə „bir parça həqiqət” oldu. "Onda bu sənin üçün çox pis işdir” — dedi şeytan. Cavab isə „Yox, tam olaraq elə deyil. Mən ona bu işi görməkdə kömək edirəm” oldu.

Təhsilə ehtiyac yoxdur. Təhsil o demək deyil ki, siz kitab oxuyur, imtahan verir və təhsilinizi bitirirsiniz. Bütün həyatınız boyunca — beşikdən qəbrə qədər öyrənməlisiniz.

Təbiətlə əlaqə kəsildikdə insanlıqla əlaqə kəsilir. Təbiətlə əlaqəsi olmayan insan qatilə çevrilir — qazanc üçün, idman, ərzaq, məlumat üçün körpə suitiləri, balinaları, delfinləri öldürür. Belə olduqda isə təbiət insandan qorxmağa başlayır və bizi öz gözəlliyindən məhrum edir. Artıq meşələrdə, düşərgələrdə saatlarla gəzintiyə çıxsa belə, bu insanın qatil olma gerçəyini dəyişmir və təbiətlə dostluğunu itirir. Təbiətə bağlılıq olmadığı halda ailəyə bağlılıq da olmaz.

Zorakılıq yalnız kimisə öldürmək deyil. Zorakılıq acı söz söyləmək, davranışları ilə insanları özündən uzaqlaşdırmaq, qorxu səbəbindən tabe olmaqdır. Yəni zorakılıq sadəcə Tanrı adına edilmir, cəmiyyət, ölkə adına edilir. Zorakılıq daha kəskin və dərin anlayışdır, biz bu zorakılığa tez-tez məruz qalırıq.

Əgər məsələnin özünü başa düşsək cavabı tapmaq asan olar, çünki cavablar suallardadır.


Şərhlər:
Baxılıb: 392
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz