Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tibet ölülər kitabı haqqında məlumat
Tibet ölülər kitabı haqqında məlumat
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 613
Səs ver:
Tarix boyunca müxtəlif coğrafiyalarda, müxtəlif dövrlərdə yaşayan insanlar ölümün sirrini açmağa çalışmış, lakin onun fəth ediməzliyi qarşısında aciz qalmışlar. Lakin dünyanın ən yüksək ərazilərində yerləşən bir mədəniyyətin nümayəndələri ölümün sirrini bildiklərini iddia edirlər. Onların inancına görə, ölümün sirri bu qeyri-adi kitabda- Tibet ölülər kitabında gizlidir.

Tibet buddizminə görə, VIII əsrdə Hindistandan Tibetə səfər edən sehrli güclərə malik müqəddəs bir insan Tibeti pis ruhlardan azad etdi və onları Tibetə xidmət etməyə məcbur etdi. Daha sonra o, başqa möcüzələr yaratdı: xəstələri sağaltdı, gələcəyi gördü və bəzi muridlərinə uçmağı öyrətdi. Bu şəxsin adı əsrlər boyunca gizli qalmışdır və o, Padma Sambhava-yəni "nilufərdən doğulan" adlandırılmışdır. Onun ən böyük məqsədi ölümü məğlub etmək idi. Buna görə də ölümlə bağlı bəzi təlimatlar qələmə aldı. Tibet ölülər kitabını. Lakin Padma Sambhava kitabın o qədər güclü olduğunu dərk etdi ki, təhlükəli əllərə düşməsindən qorxaraq onu gizlətdi. Kitab 600 il sonra, yuxuda onun yerini görən şəxs tərəfindən XIV əsrdə yenidən tapıldı.

Daha sonra bu kitab əsrlər boyunca uzaq Himalay dağlarının ətəklərində, "Qadağan olunmuş krallıq" adlı gizli ərazidə saxlanılmış və yerli olmayan hər kəsdən gizlədilmişdir.

Dünyanın ən müqəddəs kitablarından biri olan Tibet ölülər kitabı Dalay Lamanın rəhbər kitabı, ölülər üçün rəhbər və o biri dünyanın xəritəsi hesab edilir.

İyirminci yüzilliyi əvvəllərində Valter Evans Ventz adlı bir amerikalı qədim müdrikliyin izinə düşdü və Avropa, Ərəbistan və Hindistanı dolaşaraq nəhayət Tibetə-dünyanın ən yüksək zirvələrinin ətəyinə gəldi. Burda kiçik bir monastırda ölümdən sonrakı həyatın sirlərini açıqlayan kitabı oxudu. Bir-neçə il vaxt sərf edərək onu tərcümə etdi və 1927-ci ildə İngiltərədə nəşr etdirdi. Kitab böyük marağa səbəb oldu və Qərb dünyasına məlum olduğu gündən bəri minlərlə insana dərindən təsir etdi. Əgər köhnə tibet mədəniyyətinə inansaq, bu kitab bəşəriyyətin ən qədim suallarından birinə, ölümdən sonra nə baş verdiyinə aydınlıq gətirir. Maraqlısı odur ki, kitabda yazılanlar kliniki ölüm yaşayan şəxslərin danışdıqlarına eynilə uyğun gəlir.

Hər nə qədər dini bir kitab olsa da, bəzi tədqiqatçılar onu elmi, digərləri isə fəlsəfi ədəbiyyat hesab edir.

Kitabda hər bir insanın ölümdən sonra yaşayacaqları təsvir edilib ki, bu təcrübə də "bardo" adlanır. Bardo tibetcə "ara həyat" deməkdir. Tibetlilər buddizmin əsas inanclarından biri olan reinkarnasiyaya dərin inam bəslədiklərindən, ölümü ara həyat hesab edirlər. Yəni, yeni həyata qədər olan dövr. Tibet ölülər kitabı ölülərə məhz bu ara həyat boyunca yol göstərmək, onların yeni həyatlarına qovuşmalarına kömək etmək məqsədi daşıyır.

Tibetlilər Asiyanın ən böyük dinlərindən biri olan buddizmin qollarından birinə sitayiş edirlər. Burada 600 ildir ki, ölümlə bağlı eyni mərasimlər həyata keçirilir. Vəfat edən şəxsin ailəsi buddist rahiblərinə, yəni lamalara müraciət edir. Lamalar vəfat edən şəxsin cəsədinin baş ucunda ölülər kitabını oxumaq üzrə toplaşırlar. Daha sonra cəsəd vəhşi heyvanlar tərəfindən yeyilmək üzrə uzaq bir əraziyə buraxılır. Ölümdən sonrakı həyata inanan tibetlilər cəsədi dəyərsiz hesab edirlər. Bununla belə, bu ölünün ana təbiətə son hədiyyəsidir. Cəsəd digər canlılara yem olaraq təbiətə qarışır. Sonraki yeddi həftə boyunca bardo vəziyyətində dolanan ruha yol göstərmək üçün tibet ölülər kitabını oxuyurlar.

Kitaba əsasən, mərhum bardo zamanı bir çox qarmaqarışıq görüntülər, qorxuducu səhnələr və aldadıcı işıqlar görürlər. Onu yeni bir həyata təhlükəsiz aparacaq vasitə isə məhz ölülər kitabıdır.

20-ci əsri ikinci yarısında Tibet ölülər kitabı yenidən məşhurlaşdı. Ona "The Beatles" qupunun mahnılarında, pop musiqisində və Hollivud filmərində rast gəlmək mümkün idi.


Şərhlər:
Baxılıb: 613
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz