Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öz-özünüzlə danışırsız? Digərlərindən fərqiniz...
Öz-özünüzlə danışırsız? Digərlərindən fərqiniz...
Göndərən: Catwoman666
Şərhlər: 20
Baxılıb: 686
Səs ver:
"Mənim əl kremim haradadır?"

Həmişə hər şeyi hara gəldi qoyursan, sonra da axtarırsan”...  "Aha, budur. Onu yenə çarpayının altına atmısan”...  Belə sözlər yəqin ki, bir çoxlarına tanış gəldi. Çünki bir çoxumuz bəzən bu şəkildə öz-özümüzlə danışırıq. Ələlxüsus da tək olanda... Lakin küçədə gedərkən və ya ofisdə oturduqda, alış-veriş etdikdə də özü ilə danışanlar az deyil. Bəs bunun səbəbi və məqsədi nədir? Bu bəzən bizə diqqətimiz toplamağa və ya hansısa problemi həll etməyə yardımçı olur.

Bəzilərinə dəlilik kimi görünsə də, bu halın əslində dahilik əlaməti olduğu qeyd edilir. Diqqət edildikdə əksər dahilərin öz-özü ilə danışdığını aşkar etmək olar. Bunun üçün ən böyük mütəfəkkirlərin monoloqlarına, məşhur şairlərin şeirlərinə, tarixə göz gəzdirmək yetərlidir.

Məsələn, Albert Eynşteyn həmişə özü ilə danışıb. Çox zaman həmyaşıdları ilə söhbətdən qaçan Eynşteyn  özü ilə söhbətdə bir cümləni bir neçə dəfə təkrar etməyi xoşlayıb.

Alimlərin fikrincə, insanın özü ilə danışması beyni daha effektiv işləməyə sövq edir.

"Quarterly Journal of Experimental Psychology”jurnalında dərc olunan bir yazıda insanın öz-özü ilə danışmasının faydalı olduğu qeyd edilib. Araşdırmanın müəllifləri Daniel Svigli və Qari Lyupyan 20 müxtəlif insana supermarketdə hər hansı məhsulu tapmaq kimi bir tapşırıq veriblər, məsələn, süd və ya alma. Təcrübənin birinci mərhələsində iştirakçılar səssiz halda həmin məhsulu axtarmalı idi. İkinci mərhələdə isə axtardıqları məhsulun adını möhkəmdən səsləndirməli idilər. Gözlənildiyi kimi, ikinci mərhələdə onlar axtarılanı daha tez tapıblar...

"Live Science” elmi jurnalı bu halı onunla izah edir ki, ucadan, yüksək səslə danışmaq, hətta öz-özünlə də, beynin yaddaşa məsul olan hissələrinin daha aktiv çalışmasına səbəb olur və bu da nəzərəçarpan effekt verir.

Lyupyanın fikrincə isə əgər obyektin necə göründüyünü bilirsinizsə, o zaman özünüzlə söhbət onu tapmaqda sizə yardımçı olacaq. Məsələn, siz bananın sarı və uzunsov formalı olduğunu bilirsiniz. Belə ki, ucadan "banan” dedikdə beyin öz vizual xüsusiyyətlərini aktivləşdirir ki, sizə onu tapmaqda kömək olsun.  Və bu da "işə yarayır”.

Öz-özü ilə danışan uşaqlar daha tez inkişaf edirlər

Bəzi elmi məlumatlar göstərir ki, uşaqlıq dövründə öz-özü ilə danışan uşaqlar daha tez inkişaf edirlər. Onlar digərlərindən əvvəl öz ayaqqabılarının bağlarını bağlayır, məktəbdə çox yaxşı oxuyur, daha çox söz bilir və hecaların köməyi olmadan sərbəst oxumağı daha tez öyrənirlər.

Nəzərə alsaq ki, uşaqlar böyükləri dinləyərək və onları təqlid edərək danışmağı öyrənirlər, onda onların özü ilə danışmaq vərdişini valideynlərindən götürdüyünü söyləmək olar. Bu səbəbdən də ailədə və uşaqlarınızın yanında özünüzlə danışmağa utanmaya bilərsiniz.

Öz-özünlə söhbət fikri cəmləməyə yardımçı olur

Əgər fikirlər dağınıqdırsa və onların cəmlənməsinə ehtiyac varsa, buna nail olmaq üçün ən sadə üsul düşündüklərinin yüksək səslə, ucadan deyilməsidir.

Buna əlavə olaraq psixoloqlar bilirlər ki, ucadan dilə gətirilən suallar əsəbləri sakitləşdirir. Buna görə də əgər sizi nəsə narahat edirsə, bunu ucadan dilə gətirin. Bu rahatlamanızı təmin edəcək.

Psixoloq Linda Sepedin iddia edir ki, problemlərin ucadan dilə gətirilməsi həmçinin ciddi və çətin qərarın qəbul olunmasında da yardımçı ola bilər.

Öz-özünlə danışmaq sizə qarşınıza qoyduğunuz məqsədlərə çatmaqda da kömək edə bilər.

Həyata keçirəcəyiniz işlərin siyahısını tutmaq və birbaşa onların reallaşdırılmasına çalışmaq çox yorucudur. Ancaq siz onları ucadan səsləndirsəniz, bu həmin işlərin reallaşdırılmasına öz təsirini göstərəcək. Beləliklə də hər addım daha asan və qısamüddətli görünəcək.

Sepedin bunu belə izah edir ki, siz öz məqsədləriniz haqqında ucadan danışdıqda diqqətinizin cəmlənməsi daha asan olur. Üstəlik, siz öz niyyətinizi sözlərlə daha da möhkəmləndirir və emosiyalarınızı idarə edirsiniz. Beləliklə də beynin bu məqsədlərdən yayınması çətin olur.

Beləliklə, özünüzlə danışmaqdan çəkinməyin, daxili səsinizi dinləyin... Təklikdə qaldıqda özü ilə danışmağı xoşlayanlar çoxlarına qeyri-normal görünsə də, əslində əksəriyyətdən ağıllı və effektiv insanlar olurlar. Onlar öz daxili səslərinə qulaq asmaq üçün sərf etdikləri zamana təəssüflənmir və adətən müsbət nəticə də əldə edirlər.


Şərhlər: 20
Baxılıb: 686
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aLoNe AnGeL
hamsi mene aiddire elebil oz-ozume danisiram ve belelikle eseblesende sakitlesirem 13
26 avqust 2015 19:09
# 20
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Catwoman666
Elə olur ki, mənim də axmaqlığım tutur. Öz-özümə danışıram 29 Amma məncə bu axmaqlıq sayılmaz.

...666...
26 avqust 2015 14:50
# 19
"All men must die, but we are not men"

Daenerys Targaryen
efsane..
tekce olanda is gorende oz ozume planli danisiram esebi olanda danisib rahatlayiram
26 avqust 2015 12:47
# 18
Ayselina
Tamamile raziyam..men telebelik illerinde derse hazirlasanda her zaman oz ozume danisrdm..sanki muellime danisan kimi..sehvlermi de ozum duzelderdim..men bir sehv is gordukde bele oz ozumu muhakime edirem ve sehvmi bir daha tekrar etmemeye calisiram.tesekkurler xebere gore.
26 avqust 2015 00:28
# 17
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
vipbetul
maraqli xeberdi yenede berkden ozu-ozune kucede danishmaq duzgun olmaz
25 avqust 2015 21:01
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Bu hal mende de olur.esebleşen de öz özüme deyine deyine gezirem deli kimi.
25 avqust 2015 18:30
# 15
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ayka
mamam oz-ozune cox daniwir bilge men o qeder de cox daniwmiram sadece esebilewende oz-ozume deyinirem... dj
Sitat: ♥ KaMa ♥
belə adam tapmayanda öz özümə danışıram adam varsa onun başın xarab elirəm )) 30

he men de eleyem))
25 avqust 2015 18:09
# 14
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Dj_Vampir
Ayyy mende oz ozumle danisiramee))
25 avqust 2015 18:05
# 13
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
GünƏşimƏ_AiD_
Men eleyemee oz ozume danishiram qab yuyanda hele vabshey bashliyiram danishmaqa sey kimi birde gordun oturmusham abtobusda bashlamisham oz ozume danishmaqa birde baxiramki yanimdaki baxir mene sora utaniram duzdu 122 amma ne edimee danishiramda onda ele bilirem problemler menden uzaqlashir.yada gunluyme yaziram.
25 avqust 2015 17:42
# 12
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
♥ KaMa ♥
belə adam tapmayanda öz özümə danışıram adam varsa onun başın xarab elirəm )) 30
25 avqust 2015 17:22
# 11
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Bebiw
bele pis cixmasin men tek olan kimi gun erzinde ne oldu ne olacaq ne etmek istirem ve yaxud derdli olanda oz ozume danwiram sanki qarwda biri oturub ve mene qulaq asir buda mene xow ehval ruhiyye bexw edir
25 avqust 2015 17:18
# 10
sowu
GUNAY---
ESEBLESENDE DANISIRAM
25 avqust 2015 16:51
# 9
ALESSANDRA
öz-özme danismisram
arada olur o da cox nadir hallarda neyise itirende,,cixilmaz vezyetde qalanda 29
25 avqust 2015 16:41
# 8
Don't trust anyone ∆
xeyalperest
Vaybee agilim danişmirki.men bele xeyri olsugnu bilmirdim.menim etrafimdaki insanlar hamsi danişir meni dinleyen yoxdur.yeni fikrimi kimese demeye adam taapmadigima sadece ureyimle beynimle elaqe qururam.En sevdiyim ise Boz(beynim) dir.duzu hec yola getmirik amma onu cox sevirem
25 avqust 2015 16:23
# 7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
meni_gozle
mende oz-ozume cox daniwiram son zamanlar ureyimde daha cox daniwiram
25 avqust 2015 15:05
# 6
Mrs. Perfect
Ele bilirdim bu tekce mendedi
25 avqust 2015 14:49
# 5
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
Tomris Müslümova
Dahilik deməzdim buna,bəzən problemlər nəticəsində olurki insan özüdə istəmədən danışır öz-özüylə...
25 avqust 2015 14:46
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Mende de coxdur bu hallar. Bezen oz ozume danisiram. Bu o demek deyil ki deliyik.
25 avqust 2015 14:44
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Luna-90
Tek olanda allahimla danisiram sukurki sesi esidir
25 avqust 2015 14:36
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Mrs.Pianist
Oz ozumle coxx danisiram dehset derecede..Delilik deyil sadece bezen ele olurki hec kime deye bilmediklerini ozuve etiraf edirsen bu qeder.
25 avqust 2015 14:34
# 1
Acısı çox olan qizların guluşu gozel olur.!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz