Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəbərçilik etmək
Xəbərçilik etmək
Göndərən: WiRiN BaLaM
Şərhlər: 18
Baxılıb: 553
Səs ver:
İctimai münasibətlərə xələl gətirən mənfi və olduqca xoşagəlməz xüsusiyyətlərdən biri də xəbərçilikdir. Bu ruhi xəstəliyin qoyduğu mənfi təsirlərdən biri də insanların bir-birlərinə qarşı etimadsızlığı, kin-küdurət, ədavət və sairə xoşagəlməz hallardır. Xəbərçilik ixtilafların yaranmasına səbəb olan ən başlıca amillərdən biri olduğu üçün Quranda və nəql olunmuş rəvayətlərdə bu mətləbə dəfələrlə işarə olunmuş və o, böyük günahlardan biri kimi göstərilmişdir.
Xəbərçiliyin tərifində deyilir: Hər hansı bir şəxs barədə danışılan zaman dinləyicinin deyilənləri olduğu kimi həmin şəxsin özünə çatdırmasına xəbərçilik deyilir. Məsələn, «filan şəxs sənin barəndə belə fikirdədir» — demiş olsun. Bunu da qeyd edək ki, həmin şəxs barədə yalnız mənfi təəssürat yarada bilən sözlər xəbərçiliyə çevrilə bilər. Məlumdur ki, hər hansı bir şəxsi təriflədikdə kin-küdurətə səbəb olacaq heç bir yaranmır. Görkəmli islam alimlərindən olan Şəhid Sani xəbərçilik haqda deyir: Xəbərçilik o sirlərin açılmasına deyilir ki, deyən və ya nəzərdə tutulan şəxsi sarsıtmış olsun. Bu tərifə əsasən sirrin açılması istər ifadə, istər yazı, istərsə də işarələrlə olsun, xəbərçilik xüsusiyyəti daşıyır. Möminlər, qohum-əqrəba və dostlar arasında ixtilaf və ədavətin salınması qətiyyətlə pislənir və bu iş böyük günahlardan sayılır:

«...Fitnə, qətldən daha şiddətlidir...»
«...Fitnə salmaq vuruşmaqdan daha betərdir...»
Fitnə-fəsada və düşmənçiliyə səbəb olan xəbərçilik haqda deyilir:
«[Dalda] qeybət edib [üzdə] tənə vuran hər kəsin vay halına!»
«Və həm də itaət etmə [yalan yerə] hər and içənə, alçağa.
Yalandan çox-çox and içənlərə, eyb axtaran və sözgəzdirənlərə itaət etmə.»

Peyğəmbər (s) səhabələrə xitab edərək buyurur:  Sizin içərinizdə olan ən pis şəxsləri özünüzə tanıtdırımmı?
Dedilər: Bəli, ya Rəsuləllah!
Buyurdu: O kəsdir ki, daim əməli-saleh insanların eyb vəçatışmazlıqlarını axtarar və dostlar arasında təfriqə yaratmaq istəyər.

Başqa bir hədisdə deyilir:  Allahın daha çox nifrət etdiyi şəxs o kəsdir ki,əməli-saleh insanların eyb və çatışmazlıqlarını axtarar və xəbərçilik etməklə dostlar arasında təfriqə yaratmaq istəyər.

Әli (ə) buyurur:  Xəbərçilikdən uzaq olun. Çünki xəbərçilik düşmənçiliyə, insanın Allahdan və camaatdan uzaq düşməsinə səbəb olur.

Peyğəmbər (s) xəbərçiliyin müsəlmana yaraşmayan bir xüsusiyyət olması haqda buyurur: Xəbərçilik və düşmənçilik [Cəhənnəm] odundadır. Bu iki şey müsəlmanın qəlbində özünə yer tapmaz.

Xəbərçilik və düşmənçilik Cəhənnəm odundadır - dedikdə, Peyğəmbər (s) Cəhənnəm əhlini nəzərdə tutur və belə bir xüsusiyyətə malik olan şəxsləri müsəlmançılıqdan xaric edir.
Başqa bir hədisdə buyurur: Xəbərçilər Cənnətə daxil olmazlar.


Şərhlər: 18
Baxılıb: 553
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
usax vaxdi xebercilik uzre 1-ciydim 09
indi sükür bu xususiyyetime son qoymusam))
26 avqust 2015 18:30
# 18
Don't trust anyone ∆
Niquw Abdulayeva
En zehlem getdiyim xasiyyetdir. Birde kiminse arxasinca danismaq hec xosum gelmir bele insanlardan
25 avqust 2015 15:50
# 17
Dosta_inam
Xeberçilik insanlarda sevmediyim bir xüsusiyyetdir.ne qazanırlar xeberçilikle.
24 avqust 2015 19:21
# 16
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
VIP
Xəbərci insandan yararlanmag ücün istifadə edirlər.Sonra lazım olmayanda söz söhbət dalaşırlar.Hər kəs yoluna komandası verilir.Pis olan xəbərci olur..Acıgım gəlir xəbərciliydən və xəbərcidən.
24 avqust 2015 17:42
# 15
Başımın üstündə Allah,yanımda ailəm olsun.
tek umidim sen
Zehlem gedir xeberci insanlardan!...
24 avqust 2015 16:29
# 14
Kadın derin ama adam yüzme bilmiyor...
Catwoman666
Nifrət edirəm aranı qarışdıran, fitnə-fəsad törədən insanlara!..

...666...
24 avqust 2015 16:26
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
xebercilik cox pis emeldir insani dusmanda eder dostda,caishmaq lazimdirki xebercilik etmeyesen bu vasiteyle kimse senden isdifade de ede biler hec bir zama isdifade edilen olmayin
24 avqust 2015 13:59
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Xebercilik etmek insan xarakterinde en pis xususiyyetdi
24 avqust 2015 13:43
# 11
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Tomris Müslümova
Utanmırlarki hamı elə insanlara el arasında 65 deyilir,xəbəçi deyir hamı qaınayır..amma yenədə edirlər.buda sizin kimilərin günahları
24 avqust 2015 12:55
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
efsane..
insanlari bir birine dusmen eden en pis xususiyyetdi gerek mutleq uzaq olaq
24 avqust 2015 12:54
# 9
sadecə mən
Ən zəhləm gedən xüsusiyyətlərdən biridir,xəbərçilik.Çox lazımsız davranışdı.
24 avqust 2015 12:51
# 8
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
my_angel
Xəbərçi insanlarda artıq vərdiş yaranır o qədər xəbərçilık edirlər ki ufff ...
Allah bizi pis xislətli xəbərçilərdən qorusun.
24 avqust 2015 12:43
# 7
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Bebiw
gozel kelamlar deyilib
24 avqust 2015 11:38
# 6
sowu
ayka
xebercilikden ve xeberci insanlardan hec xowum gelmir ele insanlar menden ona ondan mene dawiyirlar xeberciler dediqoducular dv ...
24 avqust 2015 11:08
# 5
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
♥ KaMa ♥
1 dəfə elə hərəkətini görsəm uzaqlaşıram mənə olmasın başqasına olsun yenədə edən edəcək 28
24 avqust 2015 10:45
# 4
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
NeL
Xeberçi insandan her şey gözlemek olar
24 avqust 2015 10:20
# 3
Mammadova Aysel
xebercilik en pis emeldir.bele insanlar hec vaxt sevilmirler.
24 avqust 2015 08:52
# 2
BARBI
Xebercilik insanlarda en sevmediyim xususiyetdir. Fitne dedi qodu cox pis emeldir bagislanilmazdir. Her zaman onlardan uzagam
24 avqust 2015 08:35
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz