Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özümü sevəndən sonra anladım
Özümü sevəndən sonra anladım
Göndərən: tek umidim sen
Şərhlər: 14
Baxılıb: 554
Səs ver:
Özümü sevəndən sonra anladım ki, darıxmaq və tənhalıq həqiqətlərimin əksinə yaşadığıma dair xəbərdarlıq siqnallarıdır. Bu gün bilirəm ki, buna — Etibarlılıq deyilir.

Özümü sevəndən sonra anladım ki, bir insanın boynuna arzusunda olduğu şeyləri etmək vaxtının çatmasını qoymaqla, onun buna hazır olmadığını nəzərə almamaq, onun xətrinə dəymək deməkdir. Və bu insan elə mən özüməm. Bu gün bilirəm ki, buna — Etiraf deyilir.

Özümü sevəndən sonra, başqası kimi yaşamaq məqsədindən əl çəkib, öz əhatəmin məni necə böyütdüyünü anladım. Bu gün bilirəm ki, buna — Yetkinlik deyilir.

Özümü sevəndən sonra, nəyin, necə, harda və kiminlə baş verməsindən asılı olmayaraq, doğru şey etdiyimi, doğru yerdə, doğru insanla olduğumu anladım. Bu gün bilirəm ki, buna — Özgüvən deyilir.

Özümü sevəndən sonra, öz vaxtımdan oğurlamağı və gələcəyə dair möhtəşəm layihələr hazırlamağı tərgitdim. Bu gün mən ancaq mənə sevinc və xoşbəxtlik gətirən işlərlə məşğulam. Mən bunu özümə məxsus bacarığım və özümə məxsus ritmimdə edirəm. Bu gün bilirəm ki, buna — Sadəlik deyilir.

Özümü sevəndən sonra, mənə ziyan olan şeylər — qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub, məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Əvvəlcə mən bunu sağlam eqoistlik prosesi adlandırırdım. Amma bu gün bilirəm ki, buna — Özünə sevgi deyilir.

Özümü sevəndən sonra, hər zaman haqlı olmaq məqsədindən uzaqlaşdım və o gündən çox az səhv edirəm. Bu gün bilirəm ki, buna — Təvazökarlıq deyilir.

Özümü sevəndən sonra, mən keçmişlə yaşamaq və gələcək üçün nigarançılıq hissini tərgitdim. Artıq an-la yaşayıram. Artıq mən hər gündə varam. Bu gün, sabah, birigün… Bu gün bilirəm ki, buna — Bacarmaq deyilir.

Özümü sevəndən sonra anladım ki, ağılım məni təəsüfləndirə bilər və bundan xəstələnə bilərəm. Amma onu ürəyimlə birləşdirəndən sonra, mənim ağılım mənim dəyərli ortağıma çevrildi. Bu gün bilirəm ki, buna — Ürək müdrüklüyü deyilir.

Biz aramızda baş verən mübahisə, anlaşılmazlıqlar və s görə narahat olmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır. Bu gün bilirəm ki, buna — Həyat deyilir...

©  Charles  Chaplin


Şərhlər: 14
Baxılıb: 554
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Özümü sevəndən sonra, hər zaman haqlı olmaq məqsədindən uzaqlaşdım və o gündən çox az səhv edirəm. Bu gün bilirəm ki, buna — Təvazökarlıq deyilir.

Bəlkə də çox vaxt təvazökarlıqdan uzaq olduğum üçün daha çox səhvim olur...

...666...
26 avqust 2015 00:06
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
Little girl
Hamısı dəyərli sözlərdir.
24 avqust 2015 23:26
# 13
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
xeyalperest
Ay Charles Chaplin hayrani olmuşamee axir vaxtlar cox gozel sozler bunlar.deyerlidi hemde
24 avqust 2015 23:03
# 12
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
ALESSANDRA
ozumu cox sevrem >>>> ama herden nifred edrem!
24 avqust 2015 20:46
# 11
Don't trust anyone ∆
lilit
Özumede heyatada nifret edirem
24 avqust 2015 20:12
# 10
mutlulun sana gelmesini bekleme sen ona kow beklersen hayatinin sonuna kadar mutsuz olursun ..!
Tomris Müslümova
Sitat: Mammadova Aysel
salam.qizlar men niye sohbet otagindan istifade ede bilmirem?

çünki hələ ziryarətçisiniz çalışın hər xəbərə şərh yazın amma mənsı olmasa yazdığınız şərhin məsələn:tşk,maraqlıdı kimi o zaman silinəcək...çox şərh yazın girə biləcəksiziniz
24 avqust 2015 20:09
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
gozel anlayishdir

gozel anlayishdir

gozel anlayishdir
24 avqust 2015 19:29
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Çox gözel yazıdır.insan özünü sevende heyata başqa cür baxır.
24 avqust 2015 18:32
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
teri meri
hər biri mənalı cümlələrdi insan özünü sevməsə və özünə güvənməsə heç nə edə bilməz həyatda
24 avqust 2015 18:32
# 6
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
BARBI
Her biri teesirli cumlelerdi. Insanlar mueyyen seyleri ozunu sevennen sonra anlayir
24 avqust 2015 18:16
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Mənalı deyimlərdir ən əsası isə doğru çünki insanın özgüvəni mütləq olmalı və ilk əvvəl özünü anlamalıdır..
24 avqust 2015 18:14
# 4
İnci
Cox gozel yazan ellerin var olsun
24 avqust 2015 18:04
# 3
Her gulusun arxasında bır keder vardır
Mammadova Aysel
salam.qizlar men niye sohbet otagindan istifade ede bilmirem?
24 avqust 2015 17:42
# 2
Tomris Müslümova
Hər halda insan özünü sevməlidi,çox gözəl qeyd olunub ki hətta ulduzlar belə toqquşur..bu həyatdı və bircə dəfə gələcək hamı dünyaya...
24 avqust 2015 17:37
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz