Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səfərə hazırlaşanlar üçün təyyarə ilə bağlı maraqlı məlumatlar
Səfərə hazırlaşanlar üçün təyyarə ilə bağlı maraqlı məlumatlar
Göndərən: Fialka
Şərhlər: 9
Baxılıb: 508
Səs ver:
Çoxları uzun təyyarə səfərlərindən qorxur. Çünki tamamilə başqa saata keçmək, yuxu rejiminin dəyişməsi, uzun müddət eyni şəraitdə havasız qalmaq insanı fiziki cəhətdən çox yorur. Bəs təyyarədə vaxtın səmərəli və rahat keçməsi üçün nə etməliyik? Təyyarənin təsirindən necə çıxmaq olar?
 
Təyyarədən şən əhval-ruhiyyədə enə bilməyin ilk qaydası sağlam qidalanmaqdır. Bu səbəbdən təyyarədə çox yağlı yeməklər yeməməyə və spirtli içki içməməyə çalışın. Normalda sizə təsir etməyən qidalar mühitinizi dəyişdiyiniz üçün pis təsir göstərər. Odur ki, çətin vəziyyətdə qalmaq istəmirsinizsə, yüngül yeməklərlə qidalanın, hətta təyyarəyə minməzdən əvvəl də vərdiş etmədiyiniz ağır yeməklərdən uzaq durun.

Təyyarə şişkinlik və qaz problemlərinə səbəb ola bilər. Bu səbəbdən təyyarədə ayaqlarınızı isti saxlayan ayaqqabı və ya corab geyinin.

Təyyarədə sərnişinləri yoran və pis təsir edən məqamlardan biri də uzun müddət hərəkətsiz qalmaqdır. İmkanınız olsa, təyyarədə arada bir ayağa qalxın və ayaqlarınızı hərəkət etdirin. Ya da, təyyarəyə minməzdən əvvəl hava limanında gəzişin.

Qadınlar hər yerdə, hətta təyyarədə də gözəl olmaq istəyirlər. Amma təyyarə qapalı mühit olduğu üçün dərinin qurumasına yol açır. Odur ki, təyyarəyə minməzdən əvvəl dərinizi və dodaqlarınızı nəmləmdirin.

Sadəcə, dəriniz və dodaqlarınız deyil, gözləriniz və burnunuz da qurumağa meyllidirsə, eyni problemi yaşaya bilərsiniz. Bu vəziyyəti kosmetik məhsullarla bərpa etmək mümkün deyil. Lakin həkiminizlə məsləhətləşərək burun lakı və göz damcısı istifadə edə bilərsiniz.

Hündürlüyə qalxdıqda təzyiq dəyişir. Təyyarə səfərlərində yüksək nöqtələrə olduqca sürətli qalxma gerçəkləşdiyi üçün bədən bu təzyiq fərqinə uyğunlaşmaqda çətinlik çəkir. Aradakı təzyiq fərqi bədənin fərqli bölgələrində hiss edilməklə yanaşı, ən bariz şəkildə qulaqlarda ortaya çıxır. Orta qulaq tunellə burun boşluğuna açılır və qulaq pərdəsinin xarici tərəfindəki təzyiqlə daxilindəki təzyiqi tarazlaşdırmağa çalışır. Təyyarə səyahətlərində əsasən qulaq daxilindəki təzyiq aşağı olur və qulaq pərdəsi içəriyə doğru paraşüt kimi çökə bilir. Qulaq pərdəsindəki itələnmə-çəkilmə artıq olduğu zaman tıxanıqlıq hissi ilə yanaşı ağrı da hiss edilə bilir. Qazlı içkilər bu problemləri daha da artırdığı üçün onlardan istifadə etmək məsləhət deyil. Uçuş zamanı daha çox hərəkət etmək və qazsız su içmək lazımdır. Ən əsası isə xəstəliyi olanlar uçuşdan əvvəl mütləq həkimə müraciət etməlidirlər.

Lakin qrip, soyuqdəymə, tənəffüs yolu infeksiyaları kimi hallarda təzyiq və ağrı daha çox hiss edilir. Bu zaman burun lazımi qaydada funksiyasını yerinə yetirə bilmir. Düzgün nəfəs ala bilməyəndə burun və orta qulaq boşluğuna yetərli hava daxil ola bilmir. Ona görə də təzyiq dəyişikliyinə uyğunlaşmaq daha gec baş verir.

Təyyarə səfəri bitdikdən sonra hiss edilən ağrılar adətən, bir neçə saat ərzində yox olur. 10-12 saat sakitləşməyən ağrılar isə təhlükə işarəsi ola bilər. Belə hallar yaşanarsa, mütləq qulaq burun boğaz mütəxəssisinə getmək lazımdır.


Şərhlər: 9
Baxılıb: 508
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Təyyarə ilə bir neçə dəfə səyahət etmişəm.

...666...
20 avqust 2015 20:38
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
VIP
Mənim ücün hec bir narahatcılıgı yoxdu.Cox şükür rahat gedirəm ,rahat da gəlirəm.
19 avqust 2015 23:27
# 8
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Dosta_inam
Evvel mende qorxurdum, sonra kecdi.
19 avqust 2015 18:17
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
teyarede nastreniyam yerdekinde qat-qat yaxsi olur
19 avqust 2015 16:21
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
çox sevirəm təyyarəyə minməyi heç qorxmuram ləzzət edir mənə esasda qalxanda və enəndə )))
19 avqust 2015 14:44
# 5
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Fialka
Təyyarə ilə səfərə çıxmaqdan çoxları qorxur hətta bu qorxunu spirtli içki istifadə edərək əngəlləməyə çalışanlarda var ancaq qorxmaq lazım deyil əksinə bu qorxunun öhtəsindən gəlməyi bacarmaq lazımdır.
19 avqust 2015 14:21
# 4
eıiyeva gülmaye
Men hec minmemisem teyyareye
19 avqust 2015 14:02
# 3
yarpaq33
Teyyarede sefer etmeyi cox sevirem
Birce teyyare qalxanda ve enende bir az heyecan olur o qeder
19 avqust 2015 12:15
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Teyyare seyahetlerini cox sevirem. Xususende daha uzaq mesafeler. Biraz qulaqlarda ugultu olur sonraysa kecir
19 avqust 2015 12:08
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz