Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çexovun aforizmləri
Çexovun aforizmləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1551
Səs ver:

alt



Tanınmış rus yazıçısı Anton Çexovun ən yaxşı fikirlərini təqdim edirik.

Unutma; İnsanları tanımağın üçün ən uyğun zaman ayrılmağa ən yaxın vaxtdır. Çünki o vaxt saxta üzlər bilinir.

Həyata ilk küskünlüyümüz – yanımızda düşündüyümüz insanları qarşımızda görməkdir.

Anlamağa çalışma. Həyat belədir. Həmişə bir telinə belə qıymadıqlarımız qıyır bizə.

Sənə bir yaxşı, bir də pis xəbərim var; yaxşı xəbər – hələ ölməmişik; pis xəbər – hələ yaşayırıq.

İki mükəmməl insan heç vaxt birlikdə ola bilməz. Çünki mükəmməl qadın birinci dəfəsində “hə” deməz, mükəmməl kişi isə ikinci şansı verməz.

Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var.

Ağlatdığın bir qadının göz yaşlarını ya o vaxt silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan.

Əgər bir insanı həqiqətən unutmaq istəyirsənsə, onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla.

Kimsə arxanızca danışırsa, demək, ondan qabaqdasınız.
Doğru vaxtda gələn yanlış insana verdiyin şansı, yanlış zamanda gələn doğru insana verməyincə əziyyət çəkən sən olarsan.

İnsana kəpənək həyatda bir dəfə qonar: qaçırtsan, başqa şansın qalmaz. Çünki o kəpənək səhəri gün ölmüş olacaq.

Saxta bir gülüşlə gözlərimə baxmaqdansa, üzümə qarşı həqiqi bir nifrəti üstün tutaram.

Sən sevdiyin üçün heç vaxt utanma, bil ki, utanması lazım olan sevildiyini bildiyi halda sevməyi bilməyəndir.

Həyatınızın sonuna qədər yaşamayınca taleyinizdən şikayət etməyin.

Özünü tənha hiss edən biri üçün hər yer çöldür.

Əgər tənhalıqdan qorxursunuzsa, evlənməyin.

Sevməmiş evlənmək, inanmadan ibadət etmək kimi alçaq işdir.

Günel ƏSGƏRZADƏ
mənbə: KULİS


Şərhlər:
Baxılıb: 1551
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz