Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Moda ilə dini nə birləşdirir?
Moda ilə dini nə birləşdirir?
Göndərən: Fialka
Şərhlər: 13
Baxılıb: 510
Səs ver:
Bir neçə mövsümdür ki, xaç və ikonalar populyarlığın zirvəsindədir.  "D&G” moda evinin bütün  kolleksiyalarını dini motivlər bəzəyir.

 

Xristian

İki il əvvəl "Givenchy”, "Valentino” ilə  "D&G” kimi məşhur brendlər ilhamını dini geyimlərdən almağa başladılar. Belə ki, onlar kolleksiyalarında rahibə geyim tərzindən, ikona və mozaikalar, o cümlədən freskalardan istifadə etdilər. Dizaynerlərin bu cəsarətini modapərəstlər yaxşı qarşıladı. Çox keçmədi ki, həmin geyimlər hətta dindar olmayan insanların da diqqətini cəlb etdi. Ona görə də stil ikonaları bu trendi həvəslə geyinməyə başladılar.

Bu fürsəti saxta mal istehsalçıları da əldən vermədi. Məsələn, onlar indiyədək ucuz dini aksessuarlar istehsal edirlər.

Fotoqraflar isə daha da qabağa gedərək jurnalların üz qabığı üçün modelləri soyunmuş rahibə obrazında təsvir edirdilər. Xatırladaq ki, "Vogue” jurnalının redaktoru Anna Dello Russonun bu addımı dindarların hiddətlənməsi ilə nəticələnmişdi.

İslam
Ekspertlərin fikrincə, yaxın bir neçə ildə müsəlman geyimi dünya bazarında hegemonluq qazanacaq və yeni dəb cərəyanlarının əsası qoyulacaq. Son illərdə örpək və şalların avropalı xanımların da qarderobuna daxil olması və sevilməsi bunun əyani təsdiqidir. Bundan başqa, Eli Saab və Zuahir Murad kimi livanlı dizaynerlər də geyim sənayesində çoxdan öz layiqli yerlərini tutublar. Onların yaradıcılığı şərq geyim ənənələrinə əsaslansa da, müasir dövrün tələblərinə cavab verir və özünəməxsusluğu ilə seçilir.

Xasidizm
İudaizmin bir qolu olan xasidizmdə kifayət qədər ciddi dress-kod qaydaları hökm sürür. İlk növbədə paltar sadə, enli və uzun olmalıdır. Bu dinə itaət edən xanımlar açıq paltar geyinə bilməzlər. Dekolte və yarıq birmənalı şəkildə yolverilməzdir. Onlardan bəziləri ailə qurduqdan sonra ya parik taxırlar, ya da baş geyimləri bağlayırlar. Xasidlərin hətta riayət etməli olduqları müəyyən parça, rəng, biçim və uzunluq da var. Onların geyimlə bağlı ağır şərtlərə əməl etməli olduqlarını düşünə bilərsiniz. Lakin heç də belə deyil. Məsələn, Mimi və Muşki bacıları uzun illərdir ki, Nyu-Yorkda yaşayırlar. Buna baxmayaraq, bu böyük şəhərin dəbi ilə ayaqlaşır, özünəməxsus tərzlərini yarada biliblər. Onlar hətta Nyu Yorkda dini geyim mağazası da açıblar. Bu mağaza tezliklə nəinki yəhudilərin, hətta müsəlman və hind xanımlarının da alış-veriş məkanına çevrilib. Zamanla kiçik mağaza öz fəaliyyətini genişləndirir. Mağaza internet versiyasını yaradaraq alıcı sayını xeyli artırıb. Bacılar göstərdi ki, hətta öz ənənələrinə və bütün qanunlara hörmət bəsləyərək dəbli geyinmək olar.


Şərhlər: 13
Baxılıb: 510
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Moda ilə hicabın heç bir əlaqəsi yoxdur! Moda üçün hicab taxanları zaqar üçün cəhənnəm gözləyir!

...666...
11 avqust 2015 17:04
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
ayka
Sitat: aLoNe AnGeL
dinin modasi hicabdir yeqin ki..

mence de
11 avqust 2015 14:06
# 12
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
pozitiv
Hicab gryimlerin sevirem...mence hec bir elaqesi yoxdur...
11 avqust 2015 04:27
# 11
Biz seni gormeden sevdik Ya Resulallah

"Bismillah" her xeyirin baslangicidir.
Yeni güne Bismillah!
Sehere qovusduran Rebbime sukurler
olsun...
aLoNe AnGeL
dinin modasi hicabdir yeqin ki..
10 avqust 2015 20:33
# 10
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
ALESSANDRA
moda hara din hara?!
box seylerdirde


pardon bos 122
10 avqust 2015 17:59
# 9
Don't trust anyone ∆
Dosta_inam
Mencede. Hec bir elaqesi yoxdur.
10 avqust 2015 16:14
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ell.nell
Boş şeydi.....
10 avqust 2015 16:12
# 7
SENI SENSIZ SEVDIM
Esas olan emeldi geyim yox..
Mence hecne birlewdirmir......Sizinle eyni fikirdeyem
10 avqust 2015 15:16
# 6
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
vipbetul
dini geyim bildiyimiz kimi olmalidirda onda moda axtarmaq lazim deyil
10 avqust 2015 14:56
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gul_Konul
Esas olan emeldi geyim yox..
Mence hecne birlewdirmir..
10 avqust 2015 14:37
# 4
VIP
Cox sevindim.İnşallah məndə hicab geyinərəm
10 avqust 2015 14:35
# 3
Başımın üstündə Allah,yanımda ailəm olsun.
xeyalperest
ALLAH bilir ne oyunlardan cixacaq
10 avqust 2015 14:33
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Gozel ideyalardi... Moda ile dinin hec bir elaqesi yoxdur. Sadece libaslarda buna ustunluk verilib
10 avqust 2015 14:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz