Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölüm
Ölüm
Göndərən: aLoNe AnGeL
Şərhlər: 14
Baxılıb: 751
Səs ver:
Ölüm — canlı orqanizmin həyat fəaliyyətinin dayanması. Tibbdə ölümü öyrənən sahə tanatologiya adlanır. Ölümün səbəbləri:
Bu qocalıq,aclıq,xəstəlik,özünəqəsd,qətl və bədbəxt hadisələrdir. Ölüm nədir? Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin bir ifadəçisidir: Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Zəiflik – ölümdür, - deyirdi Vivekananda. Sokratın öz ölümü ərəfəsində son dəfə etdiyi söhbəti xatırlayın. Bu söhbət Fedonda təsvir edilir. Sokrat ölüm ayağında etiraf və bəyan etdi ki, o, fəlsəfənin təyinatını hər şeydən əvvəl insanın özünü ölümə hazırlamasında görür. Transsendental dünya duyumun daşıyıcısı olan Sokrat üçün bu heç də təsadüfi deyildi. Sokrat qədim yunan fəlsəfəsində transsendental istiqamətin ən mühüm həlqələrindən biri idi və Sokratın siyasi mülahizələri də elə transsendental dünya duyumun üzərində köklənmişdi. Ölüm vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin vəyırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə sayılır Bilogiya və Tibb Ölümün növləri. Ölümün bir neçə növləri vardır: Klinik ölüm ,Bioloji ölüm ,tam ölüm. Alt kateqoriyaya beyin ölümü aiddir. Ölümdən sonrakı həyat Ölümdən sonrakı həyat haqqında müxtəlif fərziyələr mövcuddur: Yaşadığı müddətdə insanın beynindən keçən bütün fəaliyyətlər səs və görüntü dalğaları ilə yüklənmiş dalğalar kimi ruha yüklənmiş olduğu üçün özündə heç bir dəyişiklik hiss etdirmədən yaşayır və insan ruh olaraq eyni bədəndə olduğu kimi yaşamağına davam edir. Ancaq bir fərqlə: həmin bədəndə tamamilə şüurlu və canlı olmasına baxmayaraq maddı bədənindən istifadə edə bilməz. Xaricdə olan hər şeyi görür, duyur, ancaq xaricə özü haqqında məlumat verə bilmir. Böyük islam alimi İbrahim Haqqi özünün "Mərifətnamə" əsərində Məhəmməd peyğəmbərin dilindən ölüm hadisəsini belə nəql edir: "Ölən kəs bədənini kimin yuduğunu, kimin kəfənlədiyini, kimlərin namaz qıldığını, kimlərin ardınca gəldiyini bilir." Əgər insan ölümdən sonra yaşamasaydı, onda qəbir əzabı deyilən bir söz də olmazdı. Məhəmməd Peyğəmbər (s.ə.s)dən soruşurlar ki, möminlərin ən ağıllısı hansıdır. O da cavab verir kı, ölümdən sonrakı həyata ən çox hazırlananı. Günahkarlar mütləq qəbir əzabını yaşayırlar, hətta, heyvanlar da onların səsini eşidirlər. Böyük islam alimi İmam Qazali belə söyləyir:"İnsanların ölümü yoxluq kimi qarşılamaqları yanlışdır. Dirilmənin ilk yaradılış kimi ikinci bir yaradılış olduğunu zənn etmək də yanlışdır. Əslində insan oğlunun bir çox dirilməsi vardır, onun dirilməsi iki dəfədən ibarət deyildir." Həzrət Ömər Peyğəmbərimizdən soruşur ki, qəbirdə ağlımız başımızda olacaqmı? Peyğəmbər cavab verir ki, bəli eyni bu günki kimi. Sonra peyğəmbərimiz söyləyir:" İnsan qəbirdə uzaqlaşan ayaq səslərini eşidir, bundan sonra qəbir sorğuları başlayır. Mömin kəsə Allah tərəfindən mərhəmət gəlir və suallara düzgün cavab verir, kafir isə cavab tapa bilmir." İslamda deyilir: "Qəbrə qoyulan adamın şüuru yerində, ağlı başındadır. Qiyamətə qədər də yaşamağını şüurlu olaraq davam etdirər. Qiyamətdə o günün şərtlərinə uyğun yeni bədəninə qovuşar. Musa ibn Cəfər bir qəbrin başı üzərində dayanıb buyurdu: "Bir şeyin ki, axırı budur, elə əvvəldən ona qəlb bağlamamaq yaxşıdır. Bir şeyin ki, əvvəli budur, onun aqibətindən qorxmaq yaxşıdır." Aforizmlər və hikmətli sözlər İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar - fikirlərdə, xəyallarda, təsəvvürlərdə. Anar Öləcək adama dava-dərman xeyir verməz. Yusif Balasaqunlu Adəm övladının həyatı çiçək üzərindəki şeh damlasıtək yuvarlanaraq yox olur. Budda Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli. Hüseyn Cavid Mənim bir qorxum var,o da ömrümün çox uzun sürəcəyi və cırıq bir xalça kimi daha heç nəyə yaramayacağı qorxusudur. Tomas Cefferson Mən elə doğulduğum gün öldüm. İmam Əli Ölmək doğulmaqdan çətin deyil. Anatol Frans Ölmüş adam günahdan azad olunmuşdur. İncil Doğulmaq ölmək üçündür. Məhəmməd Peyğəmbər Ölmək haqdır (Azərbaycan Atalar sözü) Maraqlı faktlar İlk ölüləri torpağa basdırma mərasimi, İspaniyanın Atapuerka bölgəsində 350 min il əvvəl baş verib. Bütün ölümlərin təməlində oksigen qıtlığı durur. ABŞ-da basdırılan cəsədlər, torpağa hər il təxminən 3 milyon litr maye buraxır. Bir İsveç şirkəti, cəsədləri müxtəlif kimyəvi maddələrlə dondurur. Cəsəd, bir balonun içində 6-12 ay arası müddətdə tamamilə yox olur. Beləcə ətrafa zərər verilmədiyini iddia edən şirkət, bunu "ekoloji dəfn" adlandırır. Hindistandakı Zərdüştlər cəsədləri qırğıların yeməsi üçün açıq sahəyə atır. İngilis Kraliçası Viktoriyanın əri Şahzadə Albert, xalatı və əlinin gipsiylə basdırılmaq üçün israr etmişdir. Madaqaskarda ailələr qohumlarının sümüklərini çıxarıb mərasimlə kəndin ətrafında dolaşdırır. Daha sonra da sümüklər yeni bir kəfənə qoyulub yenidən basdırılır. Köhnə kəfən, yeni evlənənə verilir və ya uşağı olmayanların yataqlarına sərilir. 19-cu əsrdə Misirdə dəmiryolu inşaatı edən şirkət, mumiyaları lokomotivlərə yanacaq olaraq istifadə etdi. Bununla da tarixin bir qismini sildilər. İngilis filosofu Frensis Bekon toyuğu dondurmaq istədi. Toyuğun içini qarla dolduran Bekon, soyuqdan xəstəliyə yaxalandı. 1926-cı ildə də sətəlcəmdən həyatını itirdi. Embrional inkişaf dövründə orqanların meydana gəlməsində bəzi hüceyrələr ölür. Əgər bəzi hüceyrələr ölməsəydi, ördəklər kimi pərdəli ayaqlarla doğulardıq. 1907-ci ildə Massaçusetsli bir həkim, xüsusi bir ölüm döşəyi hazırladı. Sonra da insan bədəninin ölüm anında 21 qram itirdiyini hesabat etdi. Bu səbəblə ruhun 21 qram tutduğu fərz edilir ABŞ-da insanların 80%-i xəstəxanada ölür. ABŞ-ın Nyu-York şəhərində intihar edənlərin sayı cinayət qurbanlarının sayından çoxdur. Bəşəriyyətin yaranmasından bu yana 100 milyard insanın öldüyü güman edilir.


Şərhlər: 14
Baxılıb: 751
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aziz a
Talan dunyada tek dogru olan sey Olum!!!
Olum haqqdi cixmaq olmaz emirden.
12 avqust 2015 07:40
# 14
Qelbim doludu !!!!
Dosta_inam
Olum haqdir, geci tezi var, her bir insan canli bu yoldan kecir, herenin bir vaxti bir zamani var.
12 avqust 2015 04:11
# 13
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
VIP
Ölüm hakdır.Öləcük ki, yenidən diriləy
12 avqust 2015 01:18
# 12
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Catwoman666
Mənim ölüm hadisəsinə bu fikirlə yanaşıram: Ölmək yenidən doğulmaqdır əslində...

...666...


mənim-mən*
11 avqust 2015 18:00
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
...AdaDunyam``
Sitat: ♥ KaMa ♥
hələ cavanam nə ölüm ? 15


ay baci,olum qocaya-cavana baxsaydi ne var idi ki?!gozle qaw arasinda olan weydi
11 avqust 2015 17:29
# 10
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
eıiyeva gülmaye
Hami doguldugu kimi bir gunde olecek. Allah hamiya asan olmeyi qismet etsin. Zulmle olmeyi hamidan uzaq etsin. Hele cavanam eee ama qalanlara can sagligi, olenlere ise Allahdan rehmet dileyirem
11 avqust 2015 15:00
# 9
vipbetul
dunyaya gelen bir gun dunyadan gedegey.teki o biri dunyamiz gozel olsun
11 avqust 2015 13:33
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lale.veliyeva19
hər kəs ölmək üçün doğulubdu hər bir insanın alın yazısıdır
11 avqust 2015 11:52
# 7
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

tek umidim sen
Olum haqdir. Evvel axir hamimiz olecik...
11 avqust 2015 11:50
# 6
Kadın derin ama adam yüzme bilmiyor...
Meleknur
Cennete getmek isteyen coxdu olmek isteyen yoxdu amma
11 avqust 2015 11:06
# 5
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
ell.nell
Her birimiz buna hazır olmalıyıq
11 avqust 2015 10:58
# 4
♥ KaMa ♥
hələ cavanam nə ölüm ? 15
11 avqust 2015 09:41
# 3
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Milawka18
Allaah bu dunyamizda asan olumu ve axiretde sorgu sualdan yaxwi cixmagi nesib etsin
11 avqust 2015 09:38
# 2
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
BARBI
Olum dunyadaki tek gercekdir. Her canli olumu bir gun dadacaw
11 avqust 2015 08:42
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz