Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanın təfəkkür tərzi onun musiqi zövqünü müəyyənləşdirir
İnsanın təfəkkür tərzi onun musiqi zövqünü müəyyənləşdirir
Göndərən: Fialka
Şərhlər: 9
Baxılıb: 433
Səs ver:
İnsanın təfəkkür tərzi onun musiqi zövqünü müəyyənləşdirir. Dörd min adam arasında aparılmış sorğu dünyanın qanunauyğunluğu və quruluşu mexanizmlərinə daha çox diqqət yetirən şəxslərlə insani münasibətləri ən vacib hesab edənlərin zövqləri arasındakı təzadı üzə çıxarıb.tədqiqatların nəticələri "PLoS One” jurnalında təqdim edilib.

Kembric Universitetinin psixoloqları istinad nöqtəsi kimi Saymon Baron-Koenin empatiya-sistemləşdirmə nəzəriyyəsini əsas götürüblər. Bu alim insanları sistemləşdirməyə (səbəb-nəticə əlaqələrini başa düşmək və qanunauyğunluğu tapmaq bacarığı) və empatiyaya (qanunauyğunluğdan kənar hal kimi qəbul edilən qeyri-xətti mürəkkəb sistemin davranışını öncədən söyləməyə kömək edən) daha çox meyilli insanlar kateqoriyasına bölməyi təklif edir. Birincilər təbii və dəqiq elmlər, mexanizmlərlə işləmək sahəsində daha çox bacarıqlı olduqları halda, ikincilər başqa insanlara daha yaxşı təsir göstərir, onların rəftarlarını hiss edir və başa düşürlər.

Alimlər "Facebook”un istifadəçiləri çoxsaylı psixoloji testlərdən keçməyə məcbur edən "myPersonality” əlavəsi vasitəsilə dörd min könüllünü tədqiqata cəlb ediblər. Ayrı-ayrı musiqiçilər və onların əsərlərinə gözlənilməz şəxsi bağlılığı minimuma endirmək üçün könüllülərdən 26 janr və alt-janrda 50 musiqi əsərini dinləmək və qiymətləndirmək xahiş olunub.

Empatiyaya meyilli insanlar yumşaq və sadə musiqinin, o cümlədən soft-rok, kantri, folk, elektronika, europop musiqisinin həvəskarları olublar. Onlara ağır və pank-rok, ağır metal janrı xoş gəlməyib. Sistematiklərin zövqü bunun tam əksi olub. Bu fərqlər ayrı-ayrı üslublar çərçivəsində də davam edib: empatiyaya meyillilər yumşaq və sadə, sistematiklər mürəkkəb və avanqard caza üstünlük veriblər.

Bundan əlavə, empatiya şkalası üzrə yüksək göstəricilərin sahibləri az enerjili musiqini (düşündürücü, kamera melodiyaları), qəmli və melanxolik kompozisiyaları, habelə emosional məzmunlu əsərlərə üstünlük veriblər. Sistematiklərə daha çox enerjili, şən, aqressiv və intellektual musiqi xoş gəlib.

Psixoloqların gəldiyi nəticənin musiqi biznesi üçün praktik əhəmiyyəti var. Tədqiqatın həmmüəllifi, saksofonçu Devid Qrinberqin fikrincə, "Spotify” və "Apple Music” kimi striminq xidmətindən istifadə edənlər üçün musiqi seçən alqoritmlərə çox vəsait sərf olunur. İnsanın koqnitiv tipini bilən bu xidmətlər daha keyfiyyətli melodiyalar tövsiyə edə bilərlər.


Şərhlər: 9
Baxılıb: 433
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Mən rock və hip-hop (rep falan yəni) sevirəm və qulaq asıram. I love Rock and Roll)))Metal, ağır rock, rock and roll muzikaları çooooox sevirəm. hər zama da qulaq asıram. Gecələr də yatmamışdan əvvəl isə duygusal muzikalara qulaq asıram)) amma ən əsas rock və hip-hop sevirəm!

...666...

23 avqust 2015 20:11
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dj_Vampir
Men repleri sevirem Hip-hope)herden duygusala bagalaniram ama herden
21 avqust 2015 19:42
# 8
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
xeyalperest
Oxuduglarimdan bir cumle anladimsaa ne olayim yeni
21 avqust 2015 17:53
# 7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
sadecə mən
Hər cür musiqi növü dinləyirəm muğamından tutmuş popuna qədər.Təşəkkürlər maraqlı xəbər idi.
21 avqust 2015 17:20
# 6
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
meni_gozle
men en cox lirik mahnilari dinleyirem ve rahatliq tapiram
21 avqust 2015 17:12
# 5
Dosta_inam
Maraqli arasdirma olub, men daha cox lirik mahnilari dinleyirem.
21 avqust 2015 16:11
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
maraqli arashdirmadi ne qeder bele seylere inanmasamda
21 avqust 2015 15:14
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Maraqlı araşdırmalar olub və deyə bilərəm ki, sistematik deyil daha çox empatiyaya meyilli qrupa aidəm çünki ağır və avanqard tərzli musiqini sevmirəm yəni misal üçün istər rock istər jazz yüngül formada olmalı ağır olmamalıdır sevmirəm..
redaktə edənə təşəkkür.
21 avqust 2015 14:59
# 2
BARBI
men daha cox rock metal e blue terzi musiqileri dinleyirem.bu da mnim cilginligimi gosterir
21 avqust 2015 14:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz