Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qutu zehniyyəti
Qutu zehniyyəti
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 489
Səs ver:
BAŞ QUTU, BOŞ QUTU…

Yəqin ki, hər birimiz Cəlil Məmədquluzadənin "Poçt qutusu” əsərini oxumuşq. Hekayənin ibrətamizliyi, daim aktual olan mesajı bir qutu üzərindən qurulan hekayə olaraq bizə çatdırılır. Bəli, qutu…
Demək ki, qutu zehniyyətimiz həmişə aydın insanlarımızı məşğul etmişdir. İndi də rəhmətlik Cəlilin "qutu”larını görmək olur, özü də daha çox. Hər tərəfimiz qutudur. Bir çoxunun içi dolu, bir çoxunun isə boşdur. Dolu və boş demişkən, bir az diqqət etsək görərik ki, bu bizim başımızın göstəricisidir həm də. Bəzən tərs, bəzən də düz mütənasib olaraq başlar və qutular dolu vəya boş olur.

Keçim mətləbə. Qutu zehniyyətimiz… Bəli, mən də bir haləti diqqətinizə çatdırmaq istəyirəm. Bu yaxınlarda idarələrin birində divardan asılmış iki qutu gördüm:

1. Şikayət və təkliflər qutusu
2. Yardım fondu

Demək, birinci qutu bomboş idi. İkinci qutunun içində isə qəpiklər, manatlar və hətta avro da var idi. Dolu idi. Çox səxavətliyik. Olaq, nəyi pisdir? Yardımlaşmaq gözəldir. Amma… O biri qutu boşdur. Boş qalmış qutu içərisində yox olan vicdan və hayqırtımızı, haqqımızı pula çevirərək digər qutuya doldururuq. "Yardım” edirik. A kişi, necə ola bilər ki, o boyda idarədə bir insanın təklifi və şikayəti olmasın. Axı kinli baxışlar, arxadan danışmalar, fısıltılar, mızıltılar ürək bulandırır. Hər gün gileylənən, üsyan edək millət biz deyilikmi? İstəyirəm sual edəm ki, niyə boşdur. Amma nə? –qutu zehniyyətiqutumu, başmı? Baxaq dolu olan yönümüzə. Dilənçi zehniyyəti, rüşvət xəstəliyi. Bəli, rüşvət veririk. Allaha rüşvət, başçıya rüşvət, evdə arvada rüşvət… Alın, əl çəkin bizdən -deyirik. Biz verdikçə onlatr alır. Biz bəy oluruq, başqaları dilənçi olur. Verən varsa, alan da çox olacaq. Normaldır, təklifi olmayan bir toplumun niyə də dilənçisi olmasın?

Qutudayıq. Dünyanı da, vətəni də, evi də, zehniyyətimizi də qutuya çevirmişik. İçi boş və dolu qutular. O qədər qutulaşmışıq ki, içinin dolu vəya boş olması da bir şeyi dəyişmir. Ətrafda qutular dolaşır. Qutular içində qutular…

Müəllif: Vüsaləddin Rüstəmov


Şərhlər: 9
Baxılıb: 489
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Çox maraqla oxudum. Müəllif çox gözəl və önəmli nüanslara toxunub... Zehnimiz qutulaşır. Amma mən buna qutu yox sərhəd deyirəm. (yəni əvvəlcə elə deyirdim). İnsanların beyni sərhədlənib. Sadecə bir yerə qədər fikirləşə bilirlər. Sadecə bir yerə qədər anlayırlar. sadecə bir yerə qədər... Bu çizgidən, bu sərhəddən o tərəfə keçə bilmirlər. amma bu başqa mövzüdür...
Qutu zehniyyəti... Qutulaşmış insanlar... "Qutunun boş və ya dolu olmasının önəmi yoxdur"... Necə gözəl cümlə işlədib müəllif. "Axı kinli baxışlar, arxadan danışmalar, fısıltılar, mızıltılar ürək bulandırır. Hər gün gileylənən, üsyan edək millət biz deyilikmi?"-qıraqda üsyan etsək də, üzdə heç nə yoxdur. buna oxşar bir misal çəkim sizə:
Deməli bir dəfə bir məsələ baş vermişdi. Sinif yoldaşım da həmin vaxt susmuşdu. Səhərisi gün dedi ki, Nərmin əslində sən dediyin kimi deyil falan. mən də dedim ki, bəs bunu dünən niyə demədin Direktorun yanında??? dedi bu gün deyəcəm. dedim hə deyərsən (əsində bu məsələdə mən haqlı idim. Sadecə qaribim işte bir problem axtarır :) ). Direktor gələndə məsələyə izah gətirirdik (bir məsələ var idi. yazsam çox vaxt gedəcək). mən də buna qaş-göz elədim ki, bəs bayaq dediklərini direktora de da. o da demədi qorxdu. Sonra hamımız evə gedəndə uşaqlar həmin qıza dedi ki, bəs noldu direktor olmayanda dil-dil ötürdün. həmin vaxt səsin çıxmadı??))

Yəni hər kəs ancaq arxada pələng olur. Üzdə siçan...

...666...
3 avqust 2015 18:40
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dj_Vampir
Ahh bu qutular))
2 avqust 2015 21:19
# 8
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
xeyalperest
ay men bunu oxumamisam tezlikle oxuyacam o eseri
2 avqust 2015 20:24
# 7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
İndiki zəmanənin təəssüf doğurucu tərəfləri mənalı şəkildə izah olunub. Bəziləri hətta çoxları boş qutularla , boş zehniyyətlə gəzirlər..Rüşvət baş alıb gedib çox təəssüflər olsun ki, ...
2 avqust 2015 19:17
# 6
BARBI
Agli bos ici dolu qutulara cevrilmisik. Her gun get gede bosalir zehinlerimiz
2 avqust 2015 18:10
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
birinci qutuya kaqiz atmaqdan qorxurlar ikinciye ise goze girmekcin menem-menem demkcin atirlar
2 avqust 2015 17:51
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Meleknur
Allaha ruwvet vermek sozu hec xow deyil !!! Rebbim ne ruwvet verir ne de alir .
2 avqust 2015 17:50
# 3
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Bebiw
Baw qutu bow qutu menali budu!)
2 avqust 2015 17:43
# 2
sowu
ALESSANDRA
çox maraqlı yazıdır
Qutular içində qutular…
bu sozu çox beyendim
tsk 08
2 avqust 2015 17:36
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz