Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmtina etmək...
İmtina etmək...
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 450
Səs ver:
Elə an olur ki, imtina etmək məcburiyyətində qalırsan. Və elə an da olur ki, əldə etməyin qaçılmaz olur. Belə bir halda hər iki məhfumun nə qədər həssas və özəl xarakter daşıdığı aydın olur. Bu iki anlayışı bir-biri ilə müqayisə etmək çox çətindir. Məsələ insanın bu anlayışlara yerinə görə, olay və hadisələrin fonunda baxması ilə anlam qazanmasındadır. Yerinə görə qərar vemək, davranmaq hər iki anlayışın ayrılıqda insan həyatı üçün faydalılıq əmsalını təyin edir. Eyni zamanda hər ikisi birlikdə və ya bir-birini izləyərək faydalı ola bilir.
İmtina etmədən ancaq əldə etmək üçün çabalayan insana acgöz deyirik. Nə gəldi udar, mənimsəyər, ağına-bozuna baxmaz. Əldə etməyən və edə biləcəyi halda imtina edən insana isə fərsiz, bacarıqsız deyirik. Dünya aləm vecinə olmaz, əlində-ovcunda bir şey qalmaz, imtina etməsi ilə sanki bir xarakter formalaşdırar. Hər iki tip insanlar ətrafımızda çoxdur və biz də bu insanlara biganə qala bilmirik. Hətta müxtəlif vəziyyətlərdə hər hansı tipə qibtə də edirik. Qazandı, bacardı, mənimsədi deyə. Və ya imtina etdi, dözdü, dik durdu, xarakter nümayiş etdirdi deyə.

Demək ki, bu iki anlayışın həyatda rolu böyükdür. Bu böyüklüyün faydalılığı isə onlar arasında sərhəddin müəyyən olunmasıdır. Sərhəd, hər bir şeyin tərif almasından və özününü aydın ifadə edə bilməsindən başlar. Hər biri hadislərədə, olaylarda təzahür edən anlayışdır. Nədən imtina edəcəyimizi və nəyi əldə edəcəyimizi mövcud olduğumuz vəziyyət təyin edir. Vəziyyəti oxumaq, buna görə də sərhədləri müəyyən etmək lazımdır.
Dahilər, imtina etməklə əldə etməyin sərhədlərini müəyyən etmiş insanlardır. İmtina edə bilmək nemətdir. Nemətlərdən imtina etmək isə sərhədləri bilməkdən keçər. Bir şeyi nemətə çevirmək bu sərhəddin varlığından asılıdır. Bu sərhədləri əldə etmək lazımdır ki, imtina etməyi də bacaraq.

Əldə etməyi cəsarətə, imtina etməyi isə iradəyə bağlayırıq çox zaman. Cəsarət və iradə, müvafiq olaraq əldə etmə və imtina etmənin bazası sayıla bilər bəlkə də. Amma hər əldə edənə cəsarətli, hər imtina edənə iradəli deyə bilərikmi? Vəya, hər cəsarətli olan mütləq əldə etməldirmi? Hər iradə sahibi ancaq imtinamı etməldir? Əslində çox həssas mövzudur. Elə insanlar var ki, sadəcə əldə edə bilmirlər, amma imtina etmiş kimi görünürlər. Bunda diqqətli olmaq lazımdır. Necə ki, danışa bilməyən insanları susan müdriklərlə qarışdırmamalıyıq.

əldə etmək-imtina etməkMəncə, imtina edən insan əldə etməyi bacarıb da bunu edən insandır.  Əldə etmədən, əldə etməni bacarmadan imtinaya qol qoymaq, bunu iradə gücü ilə etmənin nəticəsinə oxşamır. İmtina edə bilmək iradəli bir addım olursa, o zaman bu elə ən böyük cəsarətdir. İnsan üçün ən böyük cəsaqrət elə iradə sahibi olmaqdır. Hələ də bu sahibliyi əldə etmək üçün deyil, imtina etmək üçün istifadə edəsən.

İmtina etməyi bacarmaq lazımdır. İmtina, nəticəsini və həzzini uzun zamanda biruzə verən bir nemətdir. İmtina edənlər, səbr edənlərdir o zaman. Səbr etməyi bacaranlar, imtina edərək qazanmaqdan həzz alanlardır. Müdriklər çox sözlər demişlər bu haqda. Bunun bir məqam olduğuna inanıram mən. Əks halda, əldə etməklə alışıb yanan fərdin imtinadan xoşlanması sadəcə bir özünü aldatmadır. Özünü aldadan insan isə nə əldə edər, nə də imtina etməyi bacarar.

Müəllif: Vüsaləddin Rüstəmov


Şərhlər: 6
Baxılıb: 450
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
BARBI
Bir seyi qazanmaqcun mueyyen seyleri imtina etmeyi bacarmalisan.

bu fikirlə tam razılaşıram. nələrisə qazanmaq üçün, nələrdənsə keçməlisən.

...666...
1 avqust 2015 19:35
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Bir seyi qazanmaqcun mueyyen seyleri imtina etmeyi bacarmalisan. Bezen ele veziyetde qaliriqki nedense imtina etmeli oluruq. Her zaman imtina etmeyi bacarmaliyiq
31 iyul 2015 20:34
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
elde etdiyimiz qeder imtinada ede bilmeliyik her sey elde edilir sonrada itrilir o itrilerken demek imtina etmeyin vaxtinin geldiyini anlamaq ondan el cekmek lazimdir daha inad etmek deyil

elde etdiyimiz qeder imtinada ede bilmeliyik her sey elde edilir sonrada itrilir o itrilerken demek imtina etmeyin vaxtinin geldiyini anlamaq ondan el cekmek lazimdir daha inad etmek deyil
31 iyul 2015 19:54
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
...Və bəzəndə bir məqsədə nail olmaq üçün hansısa sənə dəyərlindən imtina edirsən çətində olsa
31 iyul 2015 18:31
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Bəzən əldə etməyi arzulamaq kimi insan yerində imtina etməyi bacarmalıdır. Çünki həmin an ən doğru çıxış yolu sadəcə imtina etməkdir...Doğru qeyd edilib ki, imtina etdiyimiz və əldə etmək istədiklərimiz düşdüyümüz vəziyyətdən asılıdır. Əsas o vəziyyəti dərk etmək lazımdır...
31 iyul 2015 17:51
# 2
ALESSANDRA
nedense imtina etmeyi o qedrde bacarmiram(
gözəl mətndir.
tsk
31 iyul 2015 17:33
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz